COVID-19 vaksini — Vikipediya

Peyvəndləşmənin getdiyi ölkələrin xəritəsi
  Ümumi istifadə təsdiqlənmış, kütləvi peyvəndləşmə başlamışdır
  ÜST icazə vermiş, kütləvi peyvəndləşmə davam edir
  ÜST məhdud peyvəndləşməyə icazə verib
  Ümumi istifadə üçün təsdiqlənmiş, kütləvi peyvəndləşmə planlaşdırılır
  ÜST icazə vermiş, kütləvi peyvəndləşmə planlaşdırılır
  Üst gözləmə mövqeyindədir
BNT162, Pfizer – BioNTech COVID-19 peyvəndi ampulası

COVID-19 vaksiniCOVID-19 xəstəliyinə qarşı insanlarda imuniteti təmin etməyi hədəfləyən biyoteknoloji peyvənd. 231 peyvənd namizədi hələ tədqiqat mərhələsindədir[1][2] və bunlardan heç birinin təhlükəsizliyini və effektivliyini sübut edən klinik sınaqlar hələ tamamlanmamışdır. Avqust ayında ən azı 24 peyvənd namizədi elan edildi və ya klinik sınaqlara məruz qaldı. Bunlardan 6-sı III, 18-i I–II sınaq mərhələlərindədir.[3]

2020-ci il fevral ayının sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna qarşı bir peyvəndin 18 aya hazır olacağına ümid etdiyini açıqladı.[4] Peyvəndin yaradılması virusun davamlı mutasiyası ilə çətinləşir. Effektivliyi insan orqanizmində immunitet reaksiyası yaratmaq qabiliyyətindən asılıdır.

2020-ci ilin avqust ayında Rusiyada Gam-COVID-Vac adlı bir rus peyvəndi qeydiyyata alındı.[5][6]

2020-ci ildən etibarən elm aləminə koronavirus ailəsinə aid bir neçə infeksiya artıq məlum idi. Heyvanlarda bu infeksiyalara quşların quş koronavirusu, və itlərdə it koronavirusu, pişiklrədə pişik koronavirusu daxildir. İnsanlara təsir edən infeksiyalar arasında Ağır Kəskin Tənəffüs Sindromu (SARS)Yaxın Şərq Tənəffüs Sindromu (MERS) var.

SARS və MERS əleyhinə təsirli və təhlükəsiz peyvəndləraşılar yoxdur, yalnız tədqiqatlar mövcuddur. MERS-ə qarşı (törədici MERS-CoV) insanlarda klinik sınaqların birinci mərhələsindən keçən bir GLS-5300 DNT əsaslı peyvənd var.[7] Denovirus vektorları ilə insanlar üzərində iki klinik tədqiqat keçən Oksford Universitetinin ChAdOx1-MERS və Gamaleya Araşdırma və İnkişaf Mərkəzinin BVRS-GamVac-ı və MVA MVA-MERS-S vektorunda bir peyvənd mövcuddur.[8]

COVID-19-a qarşı peyvəndin hazırlanması

[redaktə | mənbəni redaktə et]

2019-cu ilin dekabr ayının ortalarında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı.[9] 2019-cu il dekabrın 31-də Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Çin alimləri yeni koronavirus — COVID-19 ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus, şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir.

Bir çox təşkilatlar SARS-CoV-2-yə qarşı mümkün peyvəndlərin hazırlanması üçün dərc olunmuş genomlardan istifadə edir.[10][11] Tədqiqatlarda təxminən 35 akademik şirkət və təşkilat iştirak edir.[12] Bunlardan üçü Biotexnika şirkətləri Moderna,[13] Inovio Pharmaceuticals şirkətlərinin layihələri daxil olmaqla, Queensland Universiteti Epidemik Hazırlıq İnnovasiyası Koalisiyasından (CEPI) dəstək alır.[14].

2020-ci ilin mart ayına olan məlumatlara görə təxminən 300 tədqiqat aparılırdı.[15] 23 aprel 2020-ci il tarixdə ÜST-nin perspektivli tədqiqatlar siyahısına 83 dərman daxil edilmişdir ki, bunlardan da 77-si klinik öncəsi tədqiqatlar mərhələsində, 6-sı insanlar üzərində klinik sınaqlardan keçirdi.[16]

Qlobal səviyyədə sürətləndirilmiş tədqiqatlar

[redaktə | mənbəni redaktə et]

2020-ci ildən başlayaraq peyvənd tədqiqatı, inkişafı və istehsalına milli və ya beynəlxalq investisiyalar üçün vəsait ayıran milli hökumətlər arasında 275 milyon Kanada dolları verəcəyini açıqlayan Kanada hökuməti də var. Kanadalı şirkətlərdə və universitetlərdə 96 tədqiqat peyvəndi tədqiqatı layihəsi üçün milyonlarla dollarlıq maliyyə, başqa bir koronavirus epidemiyası baş verəcəyi təqdirdə istifadə edilə biləcək bir neçə yeni peyvənddən ibarət "peyvənd bankı" qurmağı planlaşdırır. Kanadadakı klinik sınaqları dəstəkləmək və peyvəndlər üçün istehsal və təchizat zəncirlərini yaxşılaşdırmaq üçün 1,1 milyard əlavə investisiya əlavə edildi.[17][18][19] Çin höküməti mərkəzi bankı vasitəsi ilə peyvənd tədqiqatı aparanlara aşağı faizli kreditlər verir və istehsal sahələrinin yaradılması üçün ərazi yerləri ilə təmin edir.[20] 2020-ci il iyunundan etibarən, erkən mərhələdə insan testində on bir COVID — 19 peyvənd namizədindən altısı Çin təşkilatları tərəfindən hazırlanmışdır.[21] Çinin üç peyvənd hazırlayan şirkəti və tədqiqat institutu, tədqiqatların maliyyələşdirilməsi, klinik tədqiqatlar aparılması və ən perspektivli peyvənd namizədlərinin hazırlanması üçün hökumət tərəfindən dəstəklənir, eyni zamanda təhlükəsizliyə nisbətən sürətli təsir vasitələrinə üstünlük verirlər.[22] Mayın 18-də Çin, ÜST-nin COVID-19-a qarşı proqramlar üçün ümumi səylərini dəstəkləmək üçün 2 milyard dollar dəstək vəd etmişdi.[23]

2020-ci ilin iyun ayında Fransa, Niderland, Almaniyaİtaliya COVID-19 virusuna qarşı peyvəndin hazırlanması üçün İnklüziv Alyans (Alliance İnclusive pour le Vaccin) yaradıblar. Bu 4 ölkə "AstraZeneca" laboratoriyası ilə saziş imzalayıb. Britaniya qrupu tərəfindən sınaqdan keçirilmiş peyvənd uğurlu olduğu təqdirdə, Avropa Birliyinə üzv ölkələrinin xüsusi imtiyazları olacaq. Bu sazişə əsasən, peyvənd hazır olan kimi 400 milyon doza Avropa ölkələrinə çatdırılacaq. Ehtimal olunur ki, koronavirusa qarşı peyvənd ilin sonuna qədər əldə olunacaq. İnklüziv Alyans ölkələri tərəfindən imzalanmış saziş Avropa Birliyinin bütün ölkələrinə, eləcə də bu təşəbbüsə qoşulmaq istəyən digər tərəfdaş ölkələrə xidmət etmək üçün nəzərdə tutulub. Peyvəndlər bütün iştirakçı ölkələrə əhali sayına uyğun paylanacaq.[24] Lakin "AstraZeneca" peyvəndinin istifadəsindən sonra bəzi peyvənd etdirənlərdə tramboz baş verdiyindən istifadəsindən imtina hallarına rast gəlinmişdir. Bu səbəbdən "AstraZeneca"nın adı dəyişdirilərək, "Vakszevria" adlandırılmışdır.[25]

COVID-19 qarşı peyvənd növləri

[redaktə | mənbəni redaktə et]
ABŞ Hökümətinin Hesabatlılığı İdarəsi, ənənəvi peyvəndin hazırlanması qrafiki ilə mümkün sürətləndirilmiş zaman ilə müqayisə edən diaqram
  • Pfizer-BioNTech peyvəndi. Kod adı BNT162b2-dir. BioNTech və Pfizer şirkətləri ilə əməkdaşlıq sayəsində hazırlanmışdır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ciddi tənzimləyici orqanlar olaraq təyin olunan qurumlardan təcili istifadə təsdiqini və müntəzəm istifadə təsdiqini alan ilk COVID-19 peyvəndidir.[26][27][28] Aktiv tərkib hissəsi dustinginameran maddəsidir. Klinik sınaqları 2020-ci ilin aprelində başlayan peyvəndin 3 mərhələli klinik sınaqlarında 40 mindən çox insan iştirak etmişdir. 2020-ci il dekabrında 180 COVID-19-a yoluxan şəxsin analizində, peyvəndin COVID-19 xəstəliyinin qarşısının alınmasında 95% təsirli olduğu təsbit edilmişdir. Peyvəndin ümumi yan təsirləri arasında iynə vurulan yerində yüngül ağrı, zəiflik və baş ağrısıdır.[29][30]
  • MRNA-1273 peyvəndi. Moderna şirkəti tərəfindən hazırlanan peyvənd.[31][32][33]. 18 dekabr 2020-ci il tarixində ABŞ Qida və Dərman İdarəsi (FDA) mRNA-1273 peyvəndinin istofadəsi üçün təcili icazə sənədi verdi[34][35]. 23 dekabr 2020-ci ildə Kanada Səhiyyə Nazirliyi peyvəndin istifadəsinə icazə verdi.[36]. Moderna texnologiyası, SARS-CoV-2 hissəciklərinin səthində mövcud olan stabilləşdirilmiş sünbül zülalını kodlayaraq SARS-CoV-2-yə toxunulmazlıq yaradan mRNA-1273 adlı nükleosid modifikasiyalı bir RNA-mesenjeri (modRNA) birləşməsidir.[37]
  • AZD1222 və yaxud Vakszevria,[25] (Oxford–AstraZeneca COVID-19 vaccine) peyvəndi. Oksford peyvəndi kimi də tanınır.[38] Əzələdaxili vurulan peyvənd Oksford Universiteti və AstraZeneca şirkəti tərəfindən hazırlanmışdır. Genetik cəhətdən dəyişdirilmiş şimpanze adenovirus ChAdOx1 istifadə edilən vektor vaksinidir. Peyvəndi ev soyuducu temperaturlarında sabit saxlamaq olar və dozası 3–4 dollardır.[39][40][41][42]
  • Спутник V peyvəndi. Elmi adı Qam-COVİD-VAC vaksinidir.[43] ("Спутник ви"[44][45] Əzələ daxilinə vurulur.[46]; лиофилизат для получения раствора для инъекций[47] Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleyi adına Milli Epidiomologiya və Mikrobiologiya Mərkəzi hazırlanmış COVID-19-a qarşı iki komponentli vektor peyvəndi. Peyvəndin tərkibidə koronavirus yoxdur və özündə insan adenovirus zərrələrinin hissələrini daşıyır, hansı ki, onlarda koronavirusun zərf proteinini — S-in zülalları vardır, onlarda imunitet yaradır. Rusiya Səhiyyə Nazirliyi 2021-ci il yanvarın 1-dən Qam-COVİD-VAC vaksininin kütləvi istifadəsinə icazə vermişdir.[48]
  • BBIBP-CorV peyvəndi.[49] "Sinopharm" tərəfindən istehsal olunan viruslara qarşı COVID-19 peyvəndlərindən biri. 2020-ci ilin dekabr ayına qədər 60.000-dən çox insanın iştirak etdiyi Argentina, Bəhreyn, Misir, Fas, Pakistan, Peru və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) III mərhələ klinik sınaqları keçirilmişdir.[50] 9 dekabr 2020-ci il tarixində BƏƏ BBICP-CorV-nin rəsmi qeydiyatdan keçdiyini elan etdi. III mərhələ klinik sınaqlarının təhlili BBIBP-CorV-nin COVID-19 infeksiyasına qarşı təsirinin 86% olduğunu göstərmişdir.[51] BBICP-CorV CoronaVac-la ənənəvi olaraq eyni eyni texnologiyalardan istifadə edir.[52]
  • CoronaVac və ya Sinovac peyvəndi. Çin biofarmatsevt şirkəti Sinovac tərəfindən hazırlanmış COVID-19 peyvəndi üçün potensial namizəd.[53] Namizəd peyvəndi 2020-ci ilin ortalarından bəri III klinik sınaqlardan keçirilmişdir.[54][55] Oktyabrın 19-da Braziliyada keçirilmiş III mərhələ tədqiqatının ilkin nəticələri CoronaVac-ın COVID-19-a qarşı etibarlı bir müdafiə olduğunu göstərdi.[56] 2021-ci il yanvarın 7-də effektivlik dərəcəsinin necə hesablandığını açıqlamadan, Butantan İnstitutu peyvəndin 13.000 könüllüdən 220 COVID-19 hadisəsinə əsaslanan yüngül hallarda 78%, ağır və orta infeksiyalara qarşı 100% təsirli olduğunu elan etdi.[57][58][59] CoronaVac vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir.[60][61] CoronaVac peyvəndinin birini standart soyuducuda 2–8 dərəcədə saxlamaq mümkündür.[62] CoronaVac soyuducuda üç ilə qədər sabit qala bilər ki, bu da isti iqlimi olan bölgələrə peyvənd paylanmasında bir qədər üstünlük verə bilər.[63] Şirkət, vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniyaİsveçrədən olan Covid-19 xəstələrindən nümunələr götürüb. Bütün məlum olan vaksinlər kimi, "CoronaVac" da iki dozada vurulur.
  • Ad5-nCoV peyvəndi. Ticari adı Convidesiya.[64] Təkrarlanmayan virus vektoruna əsaslanır, rekombinant insan adenovirus növü Ad5-dən istifadə olunur.[65][66] Peyvənd dərman şirkəti "Cansino Biologics" tərəfindən hazırlanmışdır. Hələ III mərhələ tədqiqatları keçməkdədir.[67]
  • EpiVacCorona peyvəndi. "Rospotrebnadzor"un (rus. Роспотребнадзор) "Vektor" "Dövlət Virusoloji və Bioteknoloji" Elmi Mərkəzi tərəfindən hazırlanmış COVID-19 əleyhinə tək komponentli peptid peyvəndi.[68]. Peyvənd daşıyıcı bir zülal ilə birləşərək alüminium tərkibli bir köməkçi (alüminium hidroksid) üzərində adsorbe edilmiş SARS-CoV-2 virusunun S-zülalının üç hissəsindən ibarət kimyəvi bir şəkildə sintez edilmiş peptid antigenləridir. Konservantlardan və antibiotiklərdən ibarət deyil. Peyvəndləşmə kursu ən az 14–21 gün aralığında iki əzələdaxili qəbul etmədən ibarətdir.[69][70]
  • BBV152 peyvəndi. Ticari adı "Covaxin". Hindistan Tibbi Tədqiqat Şurası ilə əməkdaşlıq edərək "Bharat Biotech" şirkəti tərəfindən hazırlanmış təsirsiz bir virus əsaslı COVID-19 peyvəndi.[71][72] Peyvənd 3 yanvar 2021-ci ildə Hindistan höküməti tərəfindən təcili istifadə üçün təsdiqlənmişdir.[73].

COVID-19 qarşı peyvənd namizədləri

[redaktə | mənbəni redaktə et]
CoronaVac qutusu
COVID-19 peyvəndi vurulan mülki ABŞ pilotu.
  • Ad26.COV2.S (JNJ-78436735[74]) peyvəndi. "Johnson & Johnson" tərəfindən "Janssen-Cilag International N.V." ilə birlikdə hazırlanmış COVID-19 əleyhinə vaksin, əzələdaxili tətbiq olunur. Reproduktiv olmayan genetik cəhətdən dəyişdirilmiş ad26 adenovirus istifadə edərək vektor peyvəndi. I mərhələnin 2a klinik sınaq nəticələri 2020-ci il sentyabrında dərc edilmişdir.[75][76].
  • NVX-CoV2373 peyvəndi. Ticari adı Novavax COVID-19 vaksinidir. Epidemik Hazırlıq Yenilikləri Koalisiyası tərəfindən düzəldilmişdir. 2020-ci ilin yanvarında "Novavax", SARS-CoV-2-ə qarşı imunitet yaratmaq üçün NVX-CoV2373 adlı bir peyvənd namizədinin hazırlandığını elan etdi.[77] NVX-CoV2373, SARS-CoV-2 virusunun sünbül zülalı olan bir protein alt vaksinidir.[78] "Novavax"ın işi, onlarla digər şirkətin istehsal etdiyi peyvəndlərlə rəqabətə girir.
  • ZF2001 peyvəndi. Ticari adı RBD-Dimer. Çin Elmlər Akademiyası Mikrobiologiya İnstitutu ilə əməkdaşlıq edən "Anhui Zhifei Longcom" tərəfindən hazırlanmış protein tərkibli COVID-19 əleyhinə peyvənd.[79][80] 2020-ci ilin dekabr ayından etibarən peyvənd namizədi Çin, Ekvador, İndoneziya, Malayziya, Pakistan və Özbəkistanda 29.000 iştirakçı ilə III mərhələ sınaqlarında idi.[81] Sınaqlar uğurlu olarsa, şirkət hər il 300 milyon doza peyvənd istehsal etməyi planlaşdırır. ZF2001, Novavax, Vektor İnstitutu və Medicagodan III mərhələ sınaqlarında digər protein əsaslı peyvəndlərlə bənzər bir texnologiyadan istifadə edir.[61]
  • Zorecimeran (CVnCoV) peyvəndi. Almaniyanın CureVac farmakologiya şirkəti tərəfindən hazırlanır. Tədqiqat mərhələsindədir.[82]
  • ZyCoV-D peyvəndi. Hindistanın "Cadila Healthcare" farmakologiya şirkəti tərəfindən hazırlanır.[83]
  • CoVLP peyvəndi. Kanadanın "Medicago Inc." biotexnologiya şirkəti tərəfindən hazırlanır.[84]
  • IIBR-100 peyvəndi. İsrail Səhiyyə Nazirliyi tərəfindən hazırlanır.[85]
  • INO-4800 peyvəndi. Inovio Pharmaceuticals, BMT-nin Beynəlxalq Peyvənd İnstitutu və Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyi tərəfindən hazırlanır.[86]
  • Unnamed peyvəndi. Pekin birləşmiş Tibb Koleci tərəfindən hazırlanır.[87]
  • AG0301-COVID‑19 peyvəndi.[88] AnGes Inc və Yaponiya Tibbi Tədqiqatlar və İnkişaf Agentliyi tərəfindən hazırlanır.[89]
  • Lunar-COV19/ARCT-021 peyvəndi. ABŞ biotexniki şirkəti "Arcturus Therapeutics" tərəfindən hazırlanır.[90][91]
  • VLA2001 peyvəndi. Fransanın "Valneva SE" biotexniki şirkəti tərəfindən hazırlanır.[92][93]
  • COVID‑19/aAPC peyvəndi. Şenzen Genoimmun Tibb İnstitutu tərəfindən hazırlanır.[94]
  • LV-SMENP-DC peyvəndi. Şenzen Genoimmun Tibb İnstitutu tərəfindən hazırlanır.[95]
  • LNP-nCoVsaRNA peyvəndi. Tibbi Tədqiqat Şurası (Böyük Britaniya), Klinik sınaq bölməsi (Böyük Britaniya) və London İmperial Kolleci tərəfindən hazırlanır.[96]
  • GRAd-COV2 peyvəndi. ReiThera, Lazzaro Spallanzani Milli Yoluxucu Xəstəliklər İnstitutu tərəfindən hazırlanır.[97][98]
  • GX-19 peyvəndi.[99][100] "Genexine consortium"[101] və BMT-nin Beynəlxalq Peyvənd İnstitutu tərəfindən hazırlanır.
  • SCB-2019 peyvəndi.[102][103] Clover Biopharmaceuticals,[104] Britaniya "GlaxoSmithKline" farmakologiya şirkəti və Epidemik Hazırlıq Yenilikləri Koalisiyası tərəfindən hazırlanır.
  • COVAX-19 peyvəndi.[105] "Vaxine Pty Ltd"[106] tərəfindən hazırlanır.
  • Unnamed peyvəndi.[107] Çin PLA Hərbi Elmlər Akademiyası və "Walvax Biotech"[108] tərəfindən hazırlanır.
  • HGC019 peyvəndi.[109] Gennova Biopharmaceuticals, HDT Biotech Corporation tərəfindən hazırlanır.[110]
  • Bangavax peyvəndi.[111][112] "Globe Biotech Ltd of Bangladesh" tərəfindən hazırlanır.
  • Unnamed pevəndi.[113] Biological E. Limited və Baylor Tibb Kolleci tərəfindən hazırlanır.[114]
  • SARS-CoV-2 Sclamp/V451 peyvəndi.[115][116] Kvinslend Universiteti, Syneos Sağlamlığı təşkilatı, Epidemik Hazırlıq Yenilikləri Koalisiyası və Avstraliyanın "CSL Limited" dərman şirkəti tərəfindən hazırlanır.
  1. "Arxivlənmiş surət". 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.
  2. "Arxivlənmiş surət". 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.
  3. "Arxivlənmiş surət". 2020-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.
  4. Grenfell, Rob. "Here's Why It's Taking So Long to Develop a Vaccine for the New Coronavirus". ScienceAlert. 2020-02-17. 2020-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  5. "Arxivlənmiş surət" (rus). 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.
  6. "Arxivlənmiş surət" (rus). 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.
  7. "Safety and immunogenicity of an anti-Middle East respiratory syndrome coronavirus DNA vaccine: a phase 1, open-label, single-arm, dose-escalation trial" (ingilis). The Lancet. Infectious Diseases. 19.09.2019. 2020-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.08.2020.
  8. "Recent Advances in the Vaccine Development Against Middle East Respiratory Syndrome-Coronavirus" (ingilis). Frontiers in Microbiology. 2019. 2020-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.08.2020.
  9. Fauci, Anthony S. Covid-19 — Navigating the Uncharted // New England Journal of Medicine (journal) (ingilis). — 2020. — 28 fevral. doi:10.1056/nejme2002387. ISSN 0028-4793.
  10. Steenhuysen, Julie. "With Wuhan virus genetic code in hand, scientists begin work on a vaccine". 2020-01-24. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-25.
  11. Lee, Jaimy. "These nine companies are working on coronavirus treatments or vaccines — here's where things stand". MarketWatch. 2020-03-07. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-07.
  12. Spinney, Laura. "When will a coronavirus vaccine be ready?". The Guardian. 2020-03-18. 2020-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
  13. Ziady, Hanna. "Biotech company Moderna says its coronavirus vaccine is ready for first tests". CNN. 2020-02-26. 2020-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-02.
  14. Devlin, Hannah. "Lessons from SARS outbreak help in race for coronavirus vaccine". The Guardian. 2020-01-24. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-25.
  15. Devlin, Hannah. "Hopes rise over experimental drug's effectiveness against coronavirus". The Guardian. 2020-03-10. 2020-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-19.
  16. "Каждая десятая перспективная разработка вакцины от COVID-19 в мире оказалась российской". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  17. "Arxivlənmiş surət". 2020-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  18. "Arxivlənmiş surət". 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  19. "Arxivlənmiş surət". 2020-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  20. "Arxivlənmiş surət". ISSN 0362-4331. 2020-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  21. "Arxivlənmiş surət". 2020-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  22. "Arxivlənmiş surət". 2020-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  23. "Arxivlənmiş surət". 2020-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  24. "Avropa ölkələri COVID-19 virusuna qarşı peyvəndin hazırlanması üçün İnklüziv Alyans yaradıblar". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  25. 1 2 "Вакцину AstraZeneca переименовали после ситуации в Европе". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-31.
  26. "Arxivlənmiş surət". 2021-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  27. "Arxivlənmiş surət". 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21. (#first_missing_last); (#first_missing_last)
  28. "Arxivlənmiş surət" (fransız). 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  29. Polack FP, Thomas SJ, Kitchin N, Absalon J, Gurtman A, Lockhart S, Perez JL, Pérez Marc G, Moreira ED, Zerbini C, Bailey R, Swanson KA, Roychoudhury S, Koury K, Li P, Kalina WV, Cooper D, Frenck RW, Hammitt LL, Türeci Ö, Nell H, Schaefer A, Ünal S, Tresnan DB, Mather S, Dormitzer PR, Şahin U, Jansen KU, Gruber WC. . doi:10.1056/NEJMoa2034577. PMC 7745181 (#bad_pmc). PMID 33301246 (#bad_pmid). (#cite_web_url)
  30. "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  31. "Increasing number of biopharma drugs target COVID-19 as virus spreads". www.bioworld.com (ingilis). 2020-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-13.
  32. finanzen net GmbH. "These 5 drug developers have jumped this week on hopes they can provide a coronavirus treatment". markets.businessinsider.com (ingilis). 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-13.
  33. Kelland, Julie Steenhuysen, Kate. "With Wuhan virus genetic code in hand, scientists begin work on a vaccine". Reuters. 2020-01-24. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-13.
  34. "В США одобрили использование вакцины от коронавируса производства Moderna". PИА Новости. 19.12.2020. 2020-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.12.2020.
  35. "FDA Takes Additional Action in Fight Against COVID-19 By Issuing Emergency Use Authorization for Second COVID-19 Vaccine" (ingilis). Food and Drug Administration. 18.12.2020. 2021-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  36. "Regulatory Decision Summary - Moderna COVID-19 Vaccine - Health Canada" (ingilis). Health Canada. 23.12.2020. 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.12.2020.
  37. Pendleton, Devon; Maloney, Tom. "MIT Professor's Moderna Stake on the Brink of Topping $1 Billion". Bloomberg News. 18 May 2020. 16 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 May 2020. CEO Bancel, other Moderna executives have been selling shares
  38. Rajagopal, Divya. "AstraZeneca & Serum Institute of India sign licensing deal for 1 billion doses of Oxford vaccine". The Economic Times. 4 June 2020. 22 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2021.
  39. Nick Paton Walsh, Jo Shelley, Eduardo Duwe and William Bonnett CNN. "The world's hopes for a coronavirus vaccine may run in these health care workers' veins". CNN. 2020-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-13.
  40. University of Oxford. A Phase 2/3 Study to Determine the Efficacy, Safety and Immunogenicity of the Candidate Coronavirus Disease (COVID-19) Vaccine ChAdOx1 nCoV-19. № NCT04400838. clinicaltrials.gov. 2020-12-08.
  41. "Clinical trials — 2020-001228-32". 2020-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  42. "ISRCTN - ISRCTN89951424: A phase III study to investigate a vaccine against COVID-19". www.isrctn.com (ingilis). 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-13.
  43. "Первую в мире зарегистрированную вакцину от коронавируса назвали "Спутник V"". 2020-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  44. "Спонсор первой вакцины от коронавируса объяснил, как правильно произносить ее название — "Спутник Ви" или "Спутник Пять"". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  45. "Глава РФПИ объяснил значение буквы "V" в названии вакцины "Спутник V"". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  46. ГРЛС, ЛП-006395 Arxivləşdirilib 2020-08-19 at the Wayback Machine Лекарственная форма: раствор для внутримышечного введения
  47. ГРЛС, ЛП-006423 Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine Лекарственная форма: лиофилизат для приготовления раствора для внутримышечного введения
  48. Соколов А. Сколько хотят заработать на прививках от коронавируса // Ведомости. — 2020. avqust.
  49. Chen W, Al Kaabi N (18 July 2020). "A Phase III clinical trial for inactivated novel coronavirus pneumonia (COVID-19) vaccine (Vero cells)". Chinese Clinical Trial Registry. Retrieved 15 August 2020.
  50. Staff, Reuters. "China Sinopharm's coronavirus vaccine taken by about a million people in emergency use". Reuters. 2020-11-19. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  51. "UAE: Ministry of Health announces 86 per cent vaccine efficacy". gulfnews.com (ingilis). 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  52. Jon Cohen. China's vaccine gambit // Science . 370 (ingilis) (6522). 2020-12-11. 1263–1267. doi:10.1126/science.370.6522.1263. ISSN 1095-9203 0036-8075, 1095-9203 (#bad_issn).
  53. "Indonesia Starts CoronaVac Phase 3 Clinical Trials". Jakarta Globe. 2020-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  54. "Clinical Trial of Efficacy and Safety of Sinovac's Adsorbed COVID-19 (Inactivated) Vaccine in Healthcare Professionals - Full Text View - ClinicalTrials.gov". clinicaltrials.gov (ingilis). 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  55. ":: Welcome Indonesia Registry Center ::". www.ina-registry.org. 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  56. "Tests show China's Sinovac vaccine is safe, Brazil research centre says". South China Morning Post (ingilis). 2020-10-20. 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  57. "Why did the efficacy of China's top vaccine drop from 78% to 50%?". Fortune (ingilis). 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-14.
  58. "Sinovac's Covid Shot Proves 78% Effective in Brazil Trial". Bloomberg.com (ingilis). 2021-01-07. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-07.
  59. Cohen, Jon; Moutinho, Sofia. "Brazil announces 'fantastic' results for Chinese-made COVID-19 vaccine, but details remain sketchy". Science. 7 January 2021. 8 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2021.
  60. Tan Y. "Covid: What do we know about China's coronavirus vaccines?". BBC News. 16 December 2020. 24 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2020.
  61. 1 2 Zimmer C, Corum J, Wee SL. "Coronavirus Vaccine Tracker". The New York Times (ingilis). 2020-06-10. ISSN 0362-4331. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-27.
  62. "CoronaVac: Doses will come from China on nine flights and can..." AlKhaleej Today (ərəb). noyabr 1, 2020. dekabr 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: noyabr 1, 2020.
  63. Staff. "China's Sinovac coronavirus vaccine candidate appears safe, slightly weaker in elderly". Reuters (ingilis). sentyabr 7, 2020. oktyabr 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 6, 2020.
  64. "Информация, связанная с осуществлением государственной регистрации". grls.rosminzdrav.ru. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-11.
  65. "Clinical Trial of Recombinant Novel Coronavirus Vaccine (Adenovirus Type 5 Vector) Against COVID-19 - Full Text View - ClinicalTrials.gov". clinicaltrials.gov (ingilis). 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-10.
  66. "Петербургский инфекционист: Как разные вакцины от COVID-19 заставляют работать иммунитет". ДокторПитер (rus). 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-13.
  67. "В РФ пройдет заключительный этап исследования китайской вакцины от COVID-19". 2020-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  68. "Вектор" впервые опубликовал фото вакцины от коронавируса "ЭпиВакКорона" Arxivləşdirilib 2021-01-10 at the Wayback Machine // Статья от 08.09.2020 г. "ТАСС".
  69. ЭпиВакКорона Вакцина на основе пептидных антигенов для профилактики COVID-19 (EpiVacCorona Vaccine based on peptide antigens for prevention of COVID-19) Arxivləşdirilib 2021-04-05 at the Wayback Machine // Электронный текст инструкции (временной) к препарату на сайте СЛС "Vidal".
  70. Медиков обязали сообщать о каждом случае применения вакцины "ЭпиВакКорона" Arxivləşdirilib 2020-12-01 at the Wayback Machine // Статья от 14.10.2020 г. "Известия".
  71. "Coronavirus | Covaxin Phase III trial from November". The Hindu. Hyderabad. 2020-10-23. 0971-751X. 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  72. Brunda Ganneru, Harsh Jogdand, Vijaya Kumar Dharam, Narasimha Reddy Molugu, Sai D. Prasad. Evaluation of Safety and Immunogenicity of an Adjuvanted, TH-1 Skewed, Whole Virion InactivatedSARS-CoV-2 Vaccine - BBV152 // bioRxiv (ingilis). 2020-09-12. 2020.09.09.285445. doi:10.1101/2020.09.09.285445.
  73. "Коронавирус в мире: карантин в Англии и Германии, новая вакцина в Индии, Венгрия прощается со "Спутником V"". BBC News Русская служба. 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-03.
  74. "(This statement was updated on October 4, 2020 to include additional information) Johnson & Johnson Posts Interim Results from Phase 1/2a Clinical Trial of its Janssen COVID-19 Vaccine Candidate | Johnson & Johnson". Content Lab U.S. (ingilis). 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-04.
  75. Jerry Sadoff, Mathieu Le Gars, Georgi Shukarev, Dirk Heerwegh, Carla Truyers. Safety and immunogenicity of the Ad26.COV2.S COVID-19 vaccine candidate: interim results of a phase 1/2a, double-blind, randomized, placebo-controlled trial // medRxiv (ingilis). 2020-09-25. 2020.09.23.20199604. doi:10.1101/2020.09.23.20199604.
  76. GMPnewsRu. "Вакцина от COVID-19 компании Johnson & Johnson формирует сильный иммунный ответ | Новости GMP" (rus). 2020-08-06. İstifadə tarixi: 2020-12-14.[ölü keçid]
  77. Sara Gilgore. "Novavax is working to advance a potential coronavirus vaccine. So are competitors". Washington Business Journal. February 26, 2020. March 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  78. Nidhi Parekh. "Novavax: A SARS-CoV-2 Protein Factory to Beat COVID-19". July 24, 2020. November 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 24, 2020.
  79. "Anhui Zhifei Longcom: RBD-Dimer – COVID19 Vaccine Tracker". covid19.trackvaccines.org. 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-27.
  80. "COVID-19 Vaccine: RBD-Dimer by Anhui Zhifei Longcom Biopharma, Institute of Microbiology Chinese Academy of Sciences". covidvax.org (ingilis). 2021-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-27.
  81. "Fifth Chinese Covid-19 vaccine candidate ready to enter phase 3 trials". South China Morning Post (ingilis). 2020-11-20. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-27.
  82. "CureVac. Retrieved 21 December 2020". 4 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2021.
  83. ""A prospective, randomized, adaptive, phase I/II clinical study to evaluate the safety and immunogenicity of Novel Corona Virus −2019-nCov vaccine candidate of M/s Cadila Healthcare Limited by intradermal route in healthy subjects". 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  84. "GSK, Medicago launch phase 2/3 clinical trials of plant-derived COVID-19 vaccine". 2022-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  85. "A Phase I/II Randomized, Multi-Center, Placebo-Controlled, Dose-Escalation Study to Evaluate the Safety, Immunogenicity and Potential Efficacy of an rVSV-SARS-CoV-2-S Vaccine (IIBR-100) in Adults". ClinicalTrials.gov. United States National Library of Medicine. 1 November 2020. NCT04608305. 3 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2021.
  86. "Safety, Tolerability and Immunogenicity of INO-4800 for COVID-19 in Healthy Volunteers". ClinicalTrials.gov. United States National Library of Medicine. 7 April 2020. NCT04336410. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2020.
  87. "Safety and Immunogenicity Study of an Inactivated SARS-CoV-2 Vaccine for Preventing Against COVID-19". ClinicalTrials.gov. United States National Library of Medicine. 2 June 2020. NCT04412538. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2020.
  88. "Study of COVID-19 DNA Vaccine (AG0301-COVID19)". ClinicalTrials.gov. United States National Library of Medicine. 9 July 2020. NCT04463472. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2020.
  89. "About AnGes – Introduction". AnGes, Inc. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2020.
  90. "CTI and Arcturus Therapeutics Announce Initiation of Dosing of COVID-19 STARR™ mRNA Vaccine Candidate, LUNAR-COV19 (ARCT-021) in a Phase 1/2 study". UK BioIndustry Association. 13 August 2020. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2020.
  91. "Ascending Dose Study of Investigational SARS-CoV-2 Vaccine ARCT-021 in Healthy Adult Subjects". clinicaltrials.gov. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2020.
  92. "VLA2001 COVID-19 Vaccine". Precision Vaccinations. 31 December 2020. 13 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2021.
  93. "Dose Finding Study to Evaluate Safety, Tolerability and Immunogenicity of an Inactiviated Adjuvanted Sars-Cov-2 Virus Vaccine Candidate Against Covid-19 in Healthy Adults". clinicaltrials.gov. U.S. National Library of Medicine. 30 December 2020. 14 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2021.
  94. "Safety and Immunity of Covid-19 aAPC Vaccine". ClinicalTrials.gov. United States National Library of Medicine. 9 March 2020. NCT04299724. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2020.
  95. "Immunity and Safety of Covid-19 Synthetic Minigene Vaccine". ClinicalTrials.gov. United States National Library of Medicine. 19 February 2020. NCT04276896. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2020.
  96. Ward, Denise; McCormack, Sheena. "Clinical trial to assess the safety of a coronavirus vaccine in healthy men and women". ISRCTN. 22 May 2020. doi:10.1186/ISRCTN17072692. ISRCTN17072692.
  97. "GRAd-COV2 Vaccine Against COVID-19". ClinicalTrials.gov. United States National Library of Medicine. 7 January 2021. NCT04528641. 3 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2021.
  98. "ReiThera Announces its GRAd-COV2 COVID-19 Vaccine Candidate is Well Tolerated and Induces Clear Immune Responses in Healthy Subjects Aged 18-55 Years". ReiThera Srl. Yahoo! Finance. 24 November 2020. 3 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2021.
  99. "Safety and Immunogenicity Study of GX-19, a COVID-19 Preventive DNA Vaccine in Healthy Adults". ClinicalTrials.gov. United States National Library of Medicine. 24 June 2020. NCT04445389. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2020.
  100. "S. Korea's Genexine begins human trial of coronavirus vaccine". Reuters. 19 June 2020. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2020.
  101. "Genexine consortium's Covid-19 vaccine acquires approval for clinical trails in Korea". 11 June 2020. 26 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2020.
  102. "SCB-2019 as COVID-19 Vaccine". ClinicalTrials.gov. United States National Library of Medicine. 28 May 2020. NCT04405908. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2020.
  103. "Clover Biopharmaceuticals starts Phase I Covid-19 vaccine trial". Clinical Trials Arena. 20 June 2020. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2020.
  104. "About Us". Clover Biopharmaceuticals. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2020.
  105. "Monovalent Recombinant COVID19 Vaccine (COVAX19)". ClinicalTrials.gov. United States National Library of Medicine. 1 July 2020. NCT04453852. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2020.
  106. "Vaxine". 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2020.
  107. "A Phase I clinical trial to evaluate the safety, tolerance and preliminary immunogenicity of different doses of a SARS-CoV-2 mRNA vaccine in population aged 18–59 years and 60 years and above". Chinese Clinical Trial Register. 24 June 2020. ChiCTR2000034112. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2020.
  108. "Company introduction". Walvax Biotechnology. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2020.
  109. "Indigenous mRNA vaccine candidate supported by DBT gets Drug Controller nod to initiate Human clinical trials". pib.gov.in. Press Information Bureau. 16 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2021.
  110. "mRNA Vaccines - HGC019". Gennova Biopharmaceuticals Limited. 3 May 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 January 2021.
  111. "Bangavax Vaccine: Permission sought for clinical trial". thedailystar.net. The Daily Star. 18 January 2021. 9 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2021.
  112. "Bangladesh joins global COVID-19 vaccine race with Bongavax set for clinical trial". arabnews.com. Arab News. 8 January 2021. 11 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2021.
  113. "A prospective open label randomised phase-I seamlessly followed by phase-II study to assess the safety, reactogenicity and immunogenicity of Biological E's novel Covid-19 vaccine containing Receptor Binding Domain of SARS-CoV-2 for protection against Covid-19 disease when administered intramuscularly in a two dose schedule (0, 28D) to healthy volunteers". ctri.nic.in. Clinical Trials Registry – India. 13 January 2021. CTRI/2020/11/029032. 12 November 2020 tarixində arxivləşdirilib.
  114. Chui, Molly. "Biological E. Limited and Baylor COVID-19 vaccine begins clinical trial in India". Baylor College of Medicine. 16 November 2020. 3 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2021.
  115. "A Study on the Safety, Tolerability and Immune Response of SARS-CoV-2 Sclamp (COVID-19) Vaccine in Healthy Adults". ClinicalTrials.gov. United States National Library of Medicine. 3 August 2020. NCT04495933. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2020.
  116. "UQ-CSL V451 Vaccine". precisionvaccinations.com. 19 December 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 December 2020.

Peyvənd sənədləri

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]