Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619) — Vikipediya

Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilikBöyük Moğol imperatoru Cahangir şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur.

Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı.

1618-ci ildə Osmanlı imperiyasını bir daha məğlub edib sülhə məcbur edən Abbas hökmdarlığının ən möhtəşəm elçiliyini qəbul etmək üçün Qəzvinə qayıtdı. Bu elçilik heyəti Böyük Moğol imperatoru Cahangir tərəfindən göndərilmişdi və moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir. Alamı 800-ə yaxın xidmətçi və bir neçə yüz gözətçinin müşayiəti ilə Hindistan faunasının ekzotik kolleksiyası müşayiət edirdi. Elçilik heyətinin İsfahana gəlişini öz gözləri ilə görən İsgəndər bəy Türkman yazır ki, heyətdə qızıl hövdələrlə[a] təchiz edilmiş və hər cür bəzəklərlə bəzədilmiş 10 nəhəng fil, pələnglərin, leopardların, antilopların, çitaların, gərgədanların, danışan quşların və müxtəlif növ zibilləri çəkən su camışlarının daxil olduğu müxtəlif heyvanlar da olmuşdur. Heyətin üzvlərindən biri də moğolların saray rəssamı Bişan Das idi. O, Səfəvi imperiyasında olarkən bir neçə şəkil çəkdi və onları Cahangir şaha apardı. Çəkdiyi şəkillərin sırasına Abbasın da şəkli daxil idi. Elçiliyik heyətinin bu qədər geniş və təmtəraqı olması şübhəsizki Abbası təsirləndirmək üçün idi. Çünki Cahangir belə bir elçilik göndərməklə Abbasa olan öz ehtiramını göstərməyə çalışmaqla birlikdə, onu çoxdandır gözlənilən Qəndəharı geri alma istəyindən əl çəkməyə sövq etməyə çalışırdı. Qəndəhar iki imperiya arasında olan ticarət yollarının kəsişməsində yerləşirdi və ikili ticarət üçün mühüm şəhər hesab edilirdi. Abbas Qəndəharı geriqaytarmaq məsələsində qəti olsa da, hələlik moğolların dostluğunu qoruyub saxlamağa can atırdı, çünki bu, onların özbəklərlə ona qarşı ittifaq yaratma ehtimalını azaldırdı. Həmçinin Abbasın Heratda böyümüş olması inistinktiv olaraq moğolları özünə heyran etməsinə yol açırdı, çünki bu şəhər bir zamanlar moğolların ulu əcdadlarının hökmranlıq etdiyi paytaxtları olmuşdu. Abbas bunu legitimliyinin mühüm mənbəyi hesab edirdi və getdikcə öz nəslini böyük türk-monqol fateh ilə əlaqələndirməyə çalışırdı. O, 1603-1604-cü ilin qışında İrəvanı mühasirəyə alarkən ona baş çəkən moğol səfirliyinin gətirdiyi hədiyyələr arasında olan qılıncı yaxşı əlamət olaraq götürdü, çünki onun dediyinə görə, bu Teymurun nəslindən olan biri tərəfindən göndərildiyinə görə xüsusi idi. Abbasın Əmir Teymura olan xüsusi marağından xəbərdar olan Cahangirin ona göndərdiyi hədiyyələrdən biri də Əmir Teymur və onun nəslindən olan şəxslərin 240 nadir portreti idi.[1]

Abbas Xan Aləmə həm Qəzvində, həm də İsfahanda hörmətlə qarşıladı. Xeyli sayda insan piyada və at üzərində şəhərdən aralanaraq elçiliyin heyətinin şəhərə gəlişinə tamaşa eləməyə getmişdi. Daha sonra minlərlə çıraq və şamla işıqlandırılan Kral Meydanında ziyafətlər və müxtəlif əyləncələr, o cümlədən gecə öküz döyüşləri təşkil edildi. Bu şənliklərə qatılan Fiqueroanın bildirdiyinə görə, Xan Aləm çox yaxşı yumor qabiliyyətinə sahib olmaqla birlikdə, həm də yaxşı dost idi və Abbasla yaxşı yola gedirdi. Figueroaya görə, şah "tez-tez onu ələ salır və onunla zarafatlaşırdı, təkcə sözlərlə deyil, həm də saqqalından tutaraq, çiyinlərinə vuraraq". Abbasın bəyənmədiyi yeganə şey Xan Aləmin siqaret çəkmə vərdişi idi ki, o, iki fut uzunluğunda qızıl boru ilə tüstü buludları çıxaraarq "uzaqda oturanların da narahatçılığına səbəb olurdu". Figueroa deyir ki, Abbas qonaqlarına qarşı çox mehriban olsa da, buna qıcıqlandığını gizlətməkdə çətinlik çəkib.[2]

  1. Fili minən zaman üzərində oturmaq üçün istifadə edilən alət
  1. Blow, 2009. səh. 108-109
  2. Blow, 2009. səh. 109
  • David Blow. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. I.B. Tauris. 2009. 288. ISBN 1845119894.