Camuqa-seçen — Vikipediya
Camuqa-seçen | |
---|---|
monq. ᠵᠠᠮᠤᠬᠠ | |
Doğum tarixi | 1162 |
Vəfat tarixi | 1205 |
Fəaliyyəti | xan |
Camuqa-seçen (1154-1205)— Çingiz xanın andası və silahdaşı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Temuçinin digər andası Borçu tərəfindən, Çingiz xanın əmri ilə öldürülmüşdür. Camuqa da əvvəllər Çingiz xanın rəqibiydi. Amma Camuqanı digərlərindən ayıran ən önəmli səbən, Çingiz xan ilə olan qan qardaşlığıydı…
Çingiz xan və Camuqa-seçen
[redaktə | vikimətni redaktə et]Camuqa Çingiz xan ilə eyni yaşlardadır. Camuqa, gəncliyində, mənsub olduğu Cacirat (Cadaran) ulusunun başçısı olmuşdu. Seçen ünvanı daşıyırdı. Hətta, istənildiyində 20 min əsgər dəxi çıxara bilirdi. Çingiz xanla olan münasibətlərinin korlayan səbəblər məchul,ayrılışlarının necə olduğu da qəti olaraq bilinmir.
Tanışmalarının, ikisininde 11 yaşlarında oluğu zamanlarda gerçekleştiği rəvayət edilmekdedir. Onan çayı kenarında oyun oynuyurdılar. İlk dəfə bir-birlərinə hədiyyə verərək qan qardaşı oldular. 7 il kimi uzun bir sürə bir-birləriylə görüşmədilər. Çingiz xanın arvadı Börte Merkitlər tərəfindən qaçırılır. Fəqət Çingiz xan o zaman Merkitlərlə mücadilədən çəkinir. Atasının dostu mənəvi atası Toğrul xandan yardım istəyir. O da Camuqaya Çingiz xanın dost olduğunu bilir və Çingiz xana bunu deyir ‘Kiçik qardaşımız Camuqaya xəbər göndər iki tümənlə sol qoldan yürüsün. Görüşmə yerini Camuqa təyin etsin.’ Camuqa qan qardaşınən uğradığı fəlakəti öyrənincə dərin üzüntüyə qapılır. Dostunun arvadını qurtarmak üçün üzərinə düşəni etmək sözünü verir.