Canbuta — Vikipediya

Azərbaycanın Milli mizrablı-simli musiqi aləti

CanbutaAzərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2017-ci ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib.

Canbuta Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və Azərbaycanın milli atributu olan "buta" sözünün birləşməsi ilə adlandırıb.

Qorxmaz Əlilicanzadə 2017-ci ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2018-ci ildə alət ərsəyə gəlib. Alətin ilk ustası Vaqif Özbək oğlu Orucovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib. 2019-cu ildə isə alətin son variantı ərsəyə gəlib.

2019-cu ilin mart ayında Qorxmaz Əlilicanzadə tərəfindən ixtira olunmuş milli musiqi alətlərindən ibarət "Nur" instrumental ansamblı yaradılıb. "Canbuta" simli-mizrablı musiqi aləti də bu ansamblın tərkibinə daxil edilib. Alətin ilk ifaçısı musiqi pedaqogikası üzrə fəlsəfə doktoru, "VEKTOR" Beynəlxalq elmi mərkəzin fəxri doktoru, professor, Əsgər Nadir oğlu Ələkbərov olub. Növbəti ifaçılar Nizami, Rəşad Sehrəddin oğlu Bayramov olub. 2019-cu ilin iyun ayında ARB Tv-nin "Səhər-səhər" proqramında "Nur" milli musiqi alətləri ansamblının təqdimatı olub. Ansamblın konsertmeysteri Mirmöhsün Mirhafiz oğlu Mirmöhsünzadədir. Ansamblın ilk solisti Əli İlham oğlu Səlimovdur.

Bir sıra yerli media orqanlarında ixtiraçının alətləri barədə xəbər mətnləri, məqalələr və köşə yazıları yayımlanıb. Bu məqalələrdə "Canbuta" aləti haqqında da məlumat verilir.

Quruluş və forması

[redaktə | mənbəni redaktə et]

İxtira Azərbaycan milli musiqi alətlərinə, xüsusən, mizrablı-simli müsiqi alətlərindən — ud ailəsinə aiddir.

İxtiranın məqsəd-məramı alətin səs akustikasının mükəmmələşdirilməsi, alətin kökdən düşmə ehtimalının minimuma endirilməsi, səs diapazonunun genişləndirilməsi, əlavə bəm səslərin artırılması sayəsində ifa imkanlarının genişləndirilməsidir.

Qarşıya qoyulan məsələ onunla həll olunur ki, üzərinə rezonator rolunu oynayan, nazik taxta üzlüklü membran örtülmüş çanaqdan, üst tərəfdən və alt tərəfdən yastı olan və aşağı hissəsi çanağa birləşdirilmiş qoldan, qolun yuxarı hissəsinə bərkidilmiş və üzərində aşıxlar yerləşdirilmiş kəllədən, qolun kəllə ilə birləşdiyi yerdə yerləşən kiçik xərəkdən, çanaqda membran üzərində yerləşən böyük xərəkdən (xərək eyni zamanda simgir rolunu oynayır, simgiri xərəkdən ayırıb çanağın alt hissəsində yerləşdirmək olar), çanaq və qol üzərində on bir kapron simdən (jılka) ibarət olan mizrablı-simli musiqi alətində ixtiraya əsasən, çanaq və kəllə buta milli ornamenti şəklində hazırlanıb, qolun yuxarı — kəllə tərəfdən eni 42 mm, aşağı — çanaq tərəfdən eni isə 52 mm təşkil edir, hündürlüyü 200 mm, çanağın gövdəsinin uzunluğu 480 mm, eni 350 mm təşkil edir.

"Canbuta" mizrablı-simli musiqi alətinin çanaq və kəlləsinin Azərbaycanın ənənəvi milli atributu olan buta şəklində hazırlanması alətin yalnız Azərbaycana məxsus olduğunu və milliyini qorunması məqsədini daşımaqla, həmçinin, buta formalı çanaq, alətin səs akustikasının xeyli mükəmməlləşməsinə səbəb olub. Çanaqdan çıxan səs təbii exo ilə ətrafa yayılır.

Alətin qolunun uzunluğu ud alətindən fərqli olaraq 200 mm deyil 300 mm uzunluğundadır. Ud alətində birinci "əl" simində "do" notundan "fa" notuna qədər, "Canbuta" alətində isə "do" notundandan "re" notuna qədər, yəni, bir oktavadan çox notlar yerləşir. Bu səbəbdən "Canbuta" alətində muğamın şöbələrini, onlara müvafiq təsnif, rəng, dəraməd, diringi, bəstəkar mahnıları, hətta, klassik avropa musiqi əsərlərini də ifa etmək imkanları yaranır.

Kəllənin buta şəklində olması və aşıxların metaldan (dəmirdən) hazırlanması sayəsində alət rahat və tez köklənir, həm də simlərin taxılıb — dəyişdirilməsində, az vaxt sərf etməklə, xeyli rahatlıq yaradır, bundan əlavə simli alət not-köklərini sabit saxlayır, kökdən düşmə ehtimalı minimuma endirilir.

"Canbuta" mizrablı simli alətində köklənmə sistemi: "do", sol", "re", "lya", "mi", "do" — şəklindədir.

Udun diapazonu böyük oktavanın "mi" səsindən ikinci oktavanın "fa" səsinə kimidir. "Canbuta" alətində qolun 100 mm uzadılması sayəsində, diapazon bir oktava artırılıb. "Canbuta" alətində diapzon böyük oktavanın "mi" səsindən üçüncü oktavanın "re" səsinə kimidir.

"Canbuta" mizrablı simli müsiqi aləti ifaçılar üçün əlavə ifaçılıq imkanları yaradır. Əsasən, ifaçının muğam və xalq mahnılarının ifası zamanı müxtəlif, yeni çalarlar və geniş səs diapazonları yaranır. Bu alət muğam ifaçılarını tar səviyyəsində, amma fərqli və rəngarəng səs tembrləri ilə müaşiyət edə bilər.

1. https://www.youtube.com/watch?v=7XeRsLOB-uo

2. https://www.youtube.com/watch?v=IcQtU8NkFpg

3. https://www.youtube.com/watch?v=Jl-ur5DzLyg

4. https://sputnik.az/culture/20190706/421023526/qorxmaz-elilinin-ixtira-etdiyi-musiqi-aletleri.html