Cavanşir Hadıyev — Vikipediya

Cavanşir Hadıyev
Cavanşir Rüfət oğlu Hadıyev
Cavanşir Hadıyev və vyetnamlı aktrisa Mai Thu Huyen Vyetnamın "Golden Kite 2024" mükafat mərasimində
Cavanşir Hadıyev və vyetnamlı aktrisa Mai Thu Huyen Vyetnamın "Golden Kite 2024" mükafat mərasimində
Doğum tarixi (55 yaş)
Doğum yeri Bakı, Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1991-indiyədək
Təhsili Sergey Gerasimov adına Ümum-İttifaq Dövlət Kinematoqrafiya İnstitutu, SSRİ SSRİ
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2018

Cavanşir Rüfət oğlu Hadıyev — Azərbaycan kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018).

Cavanşir Hadıyev 1969-cu il aprelin 18-də Bakı şəhərində anadan olub.[1] Orta təhsilini 126 nömrəli məktəbdə alıb.[1] 1986-cı ildə Moskvada yerləşən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) tanınmış rus aktyoru və rejissoru Aleksey Batalovun sinifinə qəbul olunur.[2] 1990-cı ildə təhsilini başa çatdırıb Azərbaycana qayıdıb. Bakıya gəldikdən sonra Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında və “Yuğ” teatrlarında çalışmağa başlayıb. Daha sonra teatrdan ayrılaraq Müdafiə Nazirliyinin sənədli filmlər studiyasında hərbi rejissor kimi fəaliyyətini davam etdirib. 2000-ci ildə “Lider” televiziyasına dublyaj rejissoru kimi dəvət olunub.[2]

Cavanşir Hadıyev 30-a yaxın filmdə obrazlar canlandırıb. O, ilk dəfə 1991-ci ildə Mozalan kinojurnalının 162-ci buraxılışında "Adi əhvalat" qısa komediyasında çəkilib. 1993-cü ildə ekran üzü görən "Fəryad" filmində rol alıb.[3] 2010-cu ildə rejissor Elxan Cəfərov onu “Dolu” filminə dəvət edib.[3] Daha sonra türkiyəli rejissor Mehmet Ulukan onu “Qaranlıqlar çiçəyi” adlı serialına dəvət edir.[3] Cavanşir Hadıyev teleserialda Xalq artisti Rasim Balayev, Əməkdar artist Abbas Qəhrəmanovla birlikdə çəkilir.[2] 2012-ci ildə “Bakı, mən səni sevirəm” layihəsində Yeqor Konçalovskidən dəvət alır və Andrey Razenkovun rejissorluğu altında baş rollardan birinə çəkilir.[2] 2013-cü ildə iranlı rejissor Babək Şirinsifətin “Çaqqal nəfəsi” serialında və rejissor Eldar Quliyevin "Dərvişin qeydləri" tarixi detektiv filmində[2], 2015-ci ildə rejissor Yavər Rzayevin "Xeyirlə şərin rəqsi" filmində, 2016-cı ildə rejissor Emil Abdullayevin "Axırıncı yol" filmində, 2017-ci ildə rejissor Kənan MM tərəfindən çəkilən "Gecə qonağı 2" filmində, 2017-ci ildə tanınmış fransız "Büro" teleserialında epizodik rollarda[4], 2019-cu ildə isə “Jana, Gana, Mana” adlı Hindistan filmində baş rolda çıxış edib.[5] 2024-də “Vidaamuyarchi” (“Cəhd etmək”) filmi hindistanlı rejissor Magizh Thirumeni tərəfindən lentə alınan döyüş filmində rol alıb. Filmdə onunla birlikdə məşhur hindistanlı aktyor Ajith Kumar da çəkilib. “Lyca Productions” və “Subaskaran Allirajah” tərəfindən istehsal olunan bu filmin Hindistan premyerası 2024-cü ilin 31 oktyabr tarixinə nəzərdə tutulub.[6]

Cavanşir Hadıyev “Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası”nın rəhbəridir.[2]

2024-cü ildə Vyetnam Kino Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində Vyetnam-Azərbaycan kino əlaqələrinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq, Azərbaycan kino heyətinin nümayəndələri, Azərbaycan Kinematoqrafçılar İttifaqının təmsilçiləri Əməkdar artist, aktrisa Gülzar Qurbanova və Əməkdar artist, aktyor Cavanşir Hadıyev Vyetnam Sosialist Respublikasınında 9-14 sentyabr tarixlərində Vyetnam kinoassosiyasının təşkil etdiyi "Qızıl Çərpələng 2024" mükafat mərasimində rəsmi səfərdə olublar.[7][8][9]

2018-ci il avqustun 1-də Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncamı ilə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.[10]

  1. Adi əhvalat (qısametrajlı film, 1991)
  2. Fəryad (film, 1993) [3]
  3. Dolu (film, 2012)[3]
  4. Sirr (serial, 2012)
  5. Qaranlıqlar çiçəyi (teleserial, 2011)[3]
  6. Dərvişin qeydləri (film, 2013)[3]
  7. Çaqqal nəfəsi (film, 2013)
  8. Gil (film, 2013)
  9. Qisas (teleserial, 2014)[1]
  10. Bakı, mən səni seivirəm! (film, 2015)
  11. Bəhram Gur (film, 2015)
  12. Qonşu qadın (film, 2015)[11]
  13. Yarımçıq xatirələr (film, 2015)
  14. Xeyirlə şərin rəqsi (film, 2015)
  15. Axırıncı yol (film, 2016)
  16. Sənin deyil (film, 2016)
  17. Dəfnə ağacı (teleserial, 2016)
  18. Qarabağnamə (serial, 2016-2017)
  19. Gecə qonağı 2 (2017) (bədii film)
  20. Büro (teleserial, 2017, Fransa) [4]
  21. Jana Gana Mana (2019, Hindistan)
  22. Vidaamuyarchi (film, 2024, Hindistan)[6]
  1. 1 2 3 Tahir, Rövşən. "Əməkdar artist Cavanşir Hadıyev". ucnoqta.az (az.). 2020-07-02. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  2. 1 2 3 4 5 6 Azəri, Lalə. ""Kino həyatımın ayrılmaz hissəsidir"". medeniyyet.az (az.). 2013-08-30. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  3. 1 2 3 4 5 6 7 Babayev, Fuad; Hüseynova, Aynur. "Cavanşir Hadıyev: "Tarixi filmlərimiz yoxdu"". 1905.az. 2019-08-19. İstifadə tarixi: 2024-08-14.
  4. 1 2 "Javanshir Hadiyev on IMDB". IMDB. 18.09.2024. Archived from the original on 2017-02-17. İstifadə tarixi: https://www.imdb.com/name/nm7467964/.
  5. Kamal, Sədaqət. "Dərdi yaxın, özü uzaq Kəşmir..." www.anl.az. 2009-09-04. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  6. 1 2 "Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir". AzərTac. 2024-07-06. 2024-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  7. "Azərbaycanın kino heyəti Vyetnamda". Azərbaycan Kinematoqrafçılar İttifaqı. 18.09.2024. Archived from the original on 2024-09-18. İstifadə tarixi: 2024-09-18.
  8. Gia, Anh. "Đồng nghiệp quốc tế đánh giá cao bộ phim 'Đóa hoa mong manh' của Đạo diễn Mai Thu Huyền". 18.09.2024. Archived from the original on 2024-09-18. İstifadə tarixi: 2024-09-18.
  9. Lê, Gia. "Mai Thu Huyền và đoàn phim 'Đóa hoa mong manh' giao lưu cùng khán giả Nha Trang". Hoa Hau. 18.09.2024. Archived from the original on 2024-09-18. İstifadə tarixi: 2024-09-18.
  10. President.Az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
  11. "Filmlərimiz beynəlxalq film festivalında — Fotolar". Qafqazinfo (az.). 2016-12-21. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]