Cavanşir Novruzov — Vikipediya

Cavanşir Novruzov
Ümumi məlumatlar
Tam adı Cavanşir Məmməd oğlu Novruzov
Doğum tarixi (64 yaş)
Doğum yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Karyerası
Klub karyerası[* 1]
1982 SSRİ Avtomobilçi Mingəçevir ? (4)
1983 SSRİ Neftçi 0 (0)
1984 SSRİ Qarabağ Stepanakert 13 (0)
1985 SSRİ Dinamo Gəncə 10 (0)
1986 SSRİ Araz-Naxçıvan 23 (12)
1987 SSRİ Göyəzən 23 (4)
1988—1992 SSRİ Azərbaycan Qarabağ 104+ (34+)
1993—1994 SSRİ Avtomobilçi Yevlax 6 (0)
1994—1998 Azərbaycan Qarabağ 37 (5)
Məşqçisi olduğu klublar
1997—1998 Azərbaycan Qarabağ
Təltif və medalları
Azərbaycan Respublikasının əməkdar məşqçisi — 2021

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Cavanşir Məmməd oğlu Novruzov[1] (29 avqust 1959, Ağdam) — hücumçu mövqeyində çıxış etmiş SSRİ və Azərbaycan futbolçusu. Məşqçi. SSRİ idman ustası (1991), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (2021).

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

29 avqust 1959-cu ildə Ağdamda anadan olmuşdur.[1] Uşaqlıqdan futbola marağı olub. 6-cı sinifdə oxuyanda məktəbin həyətində futbol oyunu zamanı Adil Nadirov onu görmüş və öz idman məktəbinə dəvət etmişdir.[2]

1979-cu ildə Almaniyaya hərbi xidmətə yollanıb. Orada da futbol fəaliyyətini davam etdirib. Hərbi xidmətdən qayıtdıqdan sonra 3 ay Ağdamda futbol oynayıb. Buradakı çıxışı zamanı onu Mingəçevirin "Avtomobilçi" klubunun nümayəndələri bəyənərək komandalarına dəvət ediblər. 1981-1982-ci illərdə "Avtomobilçi"nin heyətində çıxış edib.[2][3]

Bakıda "Neftçi" ilə yoldaşlıq oyunu zamanı "Neftçi"nin baş məşqçisi Kazbek Tuayev Novruzovun oyununu bəyənib və beləliklə, o, 1983-cü ildən "Neftçi"nin üzvü olub. Lakin komandanın əsas heyətində forma geyinmək şansı qazana bilməyib və yalnız klubun əvəzedici heyətində oyunlar keçirib.[2][3]

1984 mövsümündə Stepanakertin "Qarabağ" komandasının heyətində SSRİ ikinci liqasında 13 görüş keçirib.[2][4][5] Növbəti mövsümü Gəncə "Dinamo"sunda forma geyinib. Gəncəlilərin heyətində 10 oyunda meydana çıxıb. 1986-cı ildə Əli Rəhmanovun dəvətilə "Araz-Naxçıvan"a keçib. Burada 26 oyuna 12 qol vuraraq komandasının ən məhsuldar oyunçusu olub. 1987 mövsümündə Qazaxın "Göyəzən" komandasının heyətidə 23 oyun keçirib, 4 qol vurub.[3]

1988-ci ildə Ağdamın "Qarabağ" komandasının heyətində Azərbaycan SSR çempionatının qalibi olur. İki il sonra komanda eyni uğuru təkrarlamağı bacarır, həmçinin Azərbaycan SSR kubokunu da əldə edir.[3][6][7] 1993-1994 mövsümü istisna olmaqla, 1998-ci ilədək "Qarabağ"da çıxış edib.[3][8]

Məşqçilik karyerası

[redaktə | mənbəni redaktə et]

1997-1998-ci illərdə "Qarabağ" klubunun baş məşqçisi olub. Ağdam təmsilçisi onun rəhbərliyi altında çempionatı dördüncü yerdə bitirib, ölkə Kubokunun finalında isə "Kəpəz"ə məğlub olub.[8]

2007-2010-cu illər aralığında "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədovun yanında köməkçi məşqçi kimi fəaliyyət göstərib.[1]

2010-cu ildən 2019-cu ilə kimi seleksioner məşqçi kimi çalışıb.[2]

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qarabağ

Qarabağ

Dövlət mükafatları

[redaktə | mənbəni redaktə et]
  • SSRİ idman ustası: 1991[2]
  • Azərbaycan Respublikasının Əməkdar məşqçisi: 2021[2]
  1. 1 2 3 "Texniki Heyət — Məşqçilər". Gabalafc.az. 2009-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  2. 1 2 3 4 5 6 7 ""Toni Adamsı "Qəbələ"yə gətirdilər, heç altılığa düşə bilmədilər" - MÜSAHİBƏ". Adalet.az. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  3. 1 2 3 4 5 "Новрузов Джаваншир". Footballfacts.ru. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  4. "Новрузов Д." Footballfacts.ru. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  5. ""Qarabağ", erməni mövzusu daha bir veteranı dilə gətirdi". Football-plus.az. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  6. "Azerbaijan - List of Champions". RSSSF. 26 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2023.
  7. "Azerbaijan - List of Cup Finals". RSSSF. 12 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2022.
  8. 1 2 "Peşəkar Futbol Liqası (arxiv)". pfl.az. 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]