Cavanşir mahalı — Vikipediya
Cavanşir mahalı — Qarabağ xanlığının 25 mahalından biri.
Qısa bilgi
[redaktə | vikimətni redaktə et]- Sahəsi -
- Əhalisi — Cavanşirlər
- Yaranması — 1747-ci il
- Mərkəzi— Sarıcalı-Quzanlı obası
- Sərhədləri —Qərbdən Vərəndə mahalı, şimaldan Xaçın mahalı, şərqdən İyirmidörd mahalı, cənubdan I Kəbirli mahalı.
Cavanşir mahalının tarixi
[redaktə | vikimətni redaktə et]Cavanşir mahalının 1 kənd və 32 oymağında 696 (370 vergi ödəyən və 326 ödəməyən) ailə yaşayırdı. Hamısı müsəlman-azərbaycanlılardan ibarət idi. Mahal sakinlərinin başlıca məşğuliyyəti maldarlıq və taxılçılıq idi. Ən böyük oymaqlar 97 ailədən ibarət Qaravənd, 51 ailədən ibarət Köçərli idi. Mahalı minbaşı Şərifxan bəy idarə edirdi.[1]
Cavanşir-Dizaq mahalının naibləri
[redaktə | vikimətni redaktə et]Titul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | İskəndər ağa Sarıcalı-Cavanşir | 1747 | 1761 |
Naib | Rzaqulu bəy Sarıcalı-Cavanşir | 1761 | 1777 |
Naib | Mirzəxan bəy Sarıcalı-Cavanşir | 1777 | 1794 |
Naib | Hacı Babıx bəy Sarıcalı-Cavanşir | 1794 | 1805 |
Naib | Şərəfxan bəy Sarıcalı-Cavanşir | 1805 | 1822 |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Ənvər Çingizoğlu, Cavanşir mahalı, "Soy" elmi-kütləvi dərgi, 2011, № 5, səh.30–41.