Con Byufort — Vikipediya

Con Byufort
ing. John Beaufort
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1373
Vəfat tarixi 16 mart 1410
Dəfn yeri
Fəaliyyəti hərbi qulluqçu
Atası Gentli Con[1]
Anası Ketrin Svinford[1]
Hərbi xidmət
Döyüşlər
Rütbəsi Admiral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Byufort (ing. John Beaufort; təq. 137316 mart 1410) — İngilis əsilzadəsi və siyasətçisi. O, İngiltərə kralı III Eduardın oğlu Gentli Conun məşuqəsi Ketrin Svinforddan dünyaya gələn və sonradan qanuniləşdirilən 4 övladından ən böyüyü idi. Doğulduğu əsnada qeyri-qanuni övlad olduğu üçün atasının soyadını ala bilməmiş, bu səbəblə atasının Fransadakı mülklərindən olan və özünün də doğulduğu Byufort qalasının adını soyad olaraq aldı.

Özündən sonra doğulan bacı və qardaşları da bu soyadı aldılar və birlikdə Byufort uşaqları olaraq anılmağa başladılar. Byufort uşaqları İngiltərə kralı II Riçardın səltənətində 13901397-ci illərdə 2 dəfə parlament tərəfindən, 1396-cı ilin sentyabrında isə Papa IX Bonifas tərəfindən qanuni övlad elan edildilər. Buna baxmayaraq ögey qardaşları IV Henri 1399-cu ildə İngiltərə kralı təyin edildikdən dərhal sonra onların taxt hüquqlarını əlindən aldı.

  • Jones, Michael K, and Malcolm G. Underwood, The King's Mother: Lady Margaret Beaufort, Countess of Richmond and Derby. Cambridge University Press, 1992. see especially pp. 17–22
  • Weir, Alison (2008). Britain's Royal Families, The Complete Genealogy. London: Vintage Books. ISBN 978-0-09-953973-5
  • Marshall, Rosalind (2003). Scottish Queens, 1034-1714. Tuckwell Press
  1. 1 2 Kindred Britain.