Corc Akerlof — Vikipediya
Corc Akerlof | |
---|---|
ing. George Arthur Akerlof | |
Doğum tarixi | 17 iyun 1940[1][2] (84 yaş) |
Doğum yeri |
|
Həyat yoldaşı |
|
Təhsili | |
Fəaliyyəti | iqtisadçı, professor |
Tanınır |
|
Mükafatları | 2001 İqtisadiyyat üzrə Nobel mükafatı |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Corc Akerlof (ing. George Arthur Akerlof, 17 iyun 1940[1][2], Nyu-Heyven[d], Konnektikut) — Amerikalı iqtisadçı. 2001-ci ildə Maykl Spens və Cozef Stiqlitslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Corc Akerlof Berkli Kaliforniya Universitetində iqtisadiyyat professorudur. Corc Akerlofun atası İsveç, anası isə yəhudi əsillidir.[4]
Corc Akerlof Lavrensvil məktəbindən məzun olmuş və 1962-ci ildə Yel Universitetində magistr dərəcəsinə yüksəlmişdir. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmiş və London İqtisadiyyat məktəbində işləməyə başlamışdır.
Corc Akerlofun həyat yoldaşı Canet Yellen San Fransiskonun Federal Ehtiyat Sisteminin rəhbəridir və Berkli Kaliforniya Universitetində iqtisadiyyat professorudur. Canet Yellen həmçinin Bill Klintonun İqtisadi Məsləhət Şurasında da işləmişdi.[5][6]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Corc Akerlof haqqında Nobel mükafatı e-muzeyində məlumat
- Corc Akerlof haqqında faktlar
- Corc Akerlofun İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı
- Corc Akerlofun müsahibəsi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 George A. Akerlof // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 George A. Akerlof // Munzinger Personen (alm.).
- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
- ↑ "Arxivlənmiş surət". 2006-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-29. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2008-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-29. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2011-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-29. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)