Həmişəyaşıl sərv — Vikipediya
Həmişəyaşıl sərv | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Həmişəyaşıl sərv | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Həmişəyaşıl sərv (lat. Cupressus sempervirens) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin sərv cinsinə aid bitki növü.
Yabanı halda Kiçik Asiya, İran, Kipr, Krit və Rodos adalarında yayılmşdır. Hündürlüyü 30 m olan düzqamətli gövdəyə malik, üfüqi formalı, enli-piramidal çətirli ağacdır. İynəyarpaqları xırda, uzunsov-rombşəkillidir, xaçşəkilli yerləşir və zoğlara sıx bitişmişdir. Boz-qonur, yumru qozaların diametri 3 sm-ə çatır, qısa budaqlardan sallanır. Toxumları qırmızı-qonur, ensiz qanadlıdır, hər qabıq altında 20 ədədə qədərdir. Xüsusilə cavan bitkilər tez böyüyür, 100 yaşında maksimum hündürlüyə çatır.
Kölgəyə davamlıdır. Şəhərin əlverişsiz şəraitinə, uzunmüddətli quraqlığa dözür. Torpağa az tələbkardır, daşlıq və əhəngli, quru və az duzlu, dərin və təzə torpaqlara adavamlı, çox rütubətli torpaqlara isə davamsızdır. Budanmanı yaxşı keçirir. 5-6 yaşından toxum verməyə başlayır. Dekorativ xüsusiyyətlərə malik olmasına görə qədimdən bağ-park incəsənətində geniş istifadə edilir. Abşeronun sərt şaxtalarına davamlıdır. Onun tünd-yaşıl rəngli olması memarlıq cəhətdən park landşaftında özünəməxsus yer tutur. Bu forma böyük qrup və massivlərdə, budanmış divarların ətrafında istifadə edilir. Mədəni şəraitdə 1778-ci ildən becərilir. Tərkibində terpen karbohidrogenləri və onların əlavələri vardır. Əsəb sistemi gərginliyini və yorğunluğu aradan qaldırmaq üçün aromaterapiyada istifadə edilir. Toxumlarla və ya uc qələmləri ilə çoxaldılır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1002.