Dəb — Vikipediya
Dəb (fr. mode, lat. modus – ölçü, obraz, tərz) və ya moda — həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbulolunmuş tərzin müvəqqəti hökmranlığı. Dəb anlayışı əksər hallarda tez keçiciliklə əvəz olunur. Müəyyən bir müddət ərzində cəmiyyətdə məşhur üslub və ya geyim, fikir, davranış, etiket, həyat tərzi, incəsənət, ədəbiyyat, mətbəx, memarlıq, əyləncə növü, və s. üstünlük göstərə bilər. Dəb anlayışı həmçinin cari dövrə aid insan bədən növünü də əks etdirir (məsələn, qədimdə dolu bədən formaları daha gözəl hesab olunurdu, XXI əsrin əvvəllərində isə incə bədənli insanlar gözəl sayılırdı).[1]
Müasir dünyada dəbi izləyən xüsusi ixtisaslaşmış jurnallar da mövcuddur.
Nəhəng moda evləri bunlardır: Chanel, Christian Dior, Dolce&Gabbana, Armani, Lacoste, Prada, Gucci, Calvin Klein, Hugo Boss və s.
Dəb tarixi
[redaktə | mənbəni redaktə et]11–14 may 2015-ci il tarixində Bakıda, Azərbaycanda ilk yüksək moda həftəsi keçirilmişdir. Moda həftəsində 25 yerli və xarici dizaynerlər öz işlərini nümayiş etdirişdilər.[2]
Hal-hazırda qəbulolunmuş dörd əsas dəb paytaxtı Paris, Milan, Nyu-York və London şəhərləri sayılır. Bu şəhərlərdə dünya dəbinə ciddi təsir göstərən ən böyük dəb şirkətlərinin qərargahları yerləşir. Dəb həftələri adları çəkilən şəhərlərdə keçirilir, harada ki məşhur dizaynerlər öz yeni dəb kolleksiyalarını tamaşaçi auditoriyalarına nümayiş etdirirlər. Koko Şanel və İv Sen-Loran kimi tanınmış dizaynerlərin uğurları Parisi hələ də dəbin mərkəzi statusuna layiq görməyə imkan verir.
Son illərdə Asiya dəbi də yerli və dünya bazarlarında geniş vüsət almağa başlayıb. Belə ki, Çin, Yaponiya, Hindistan və Pakistan kimi ölkələrin geniş tekstil sənayeləri ənənəvi olaraq Qərb dizaynerlərinin diqqət mərkəzində olub, lakin indi Asiyada yerli ideyalara əsaslanaraq istehsal olunan parça növləri birbaşa satış bazarlarına çıxarılır.
Dəb sənayesi
[redaktə | mənbəni redaktə et]Dəb sənayesi müasir dövrün məhsuludur. XIX-cu əsrin ortalarına qədər dəbi ayrı-ayrı şəxslər üçün xüsusi dərzilər tərəfindən hazırlanmış geyimlər təşkil edirdi. XX-ci əsrin əvvələrindən başlayaraq yeni texnologiyalarin, məsələn, tikiş maşınlarının meydana gəlməsi ilə əlaqədar olaraq, eyni zamanda kapitalizmin və istehsalın fabrik sisteminin inkişafı ilə əlaqədar geyim kütləvi şəkildə standart ölçüdə hazırlanır və müəyyən olunmuş qiymətə satılırdı. Baxmayaraq ki dəb sənayesi ilk olaraq Avropa və Amerikada inkişaf etmişdi bu gün artıq o yüksək şəkildə qloballaşmış beynəlxalq sənayedir. Bunu onunla izah etmək olar ki, artiq bu gün hər hansı bir geyim növü bir ölkədə dizanlaşdirilir, başqa bir ölkədə istehsal olunur və dünya miqyasinda satışa çıxarılır.Misal üçün, Amerkanın məşhur dəb şirkəti parçanı Çindən idxal edə bilər,geyimlərin hazırlanması Vyetnamda davam etdirilə, İtaliyada sona çatdirila bilər.Nəticədə hazir dəb nümunələri pərakəndə satış məqsədilə Birləşmiş Ştatlara çatdırılır.
Geyim
[redaktə | mənbəni redaktə et]Geyim dəbi — nisbətən qısa vaxt ərzində geyim forma və nümunələrin dəyişkənliyi sayılır. "Dəbli güyinmiş" ifadəsi (Fr à la mode) XVII əsrdən bu günədək istifadə olunur. Məhz o zamandan Fransız geyim dəbi btün avropa ölkələrinə nümunə olur. İncəsənət nöqteyi nəzərindən, bir obraz yaratmaq üçün müxtəlif elementləri (saç üslubu, geyim materialları, stil, rəng, aksesuarlar) özündə birləşdirdiyi üçün, Dəb konseptual sənətə daha yaxındır.
Geyim dəbi, bədən növünü vizual dominant ideallara yaraşdırma ilə bağlıdır. Məsələn Avropada gənc qızların bədənləri korset vasitəsiylə deformasiya olunurdu. Geyimdə krinolindən istifadə ləyaqət və sosial statusu vurğulayərdı. Şleyf və ya paltarın üslubu müəyyən bir səviyəyə aid olmanın göstəricisi idi.[3]
Yüksək moda sindikatı
[redaktə | mənbəni redaktə et]Yüksək moda (fr Haute Couture)- hərfi "Tikişin yüksək məharəti" kimi tərcümə olunur və yüksək keyfiyyətli və buna uyğun qiymətə malik individual geyim hazırlanmasıdır. Tarixən Paris hər zaman Yüksək dəbin paytaxtı hesab olunub. 1858-ci ildə burada ingilis mənşəli Çarlz Yort özünün ilk Moda Evini və sonra "Yüksək Moda Sindikatı" (fr Chambre syndicale de la haute couture parisienne) yaradır. Sindikat cəmiyyətin yüksək təbəqələrini və kübar nümayəndələrinə qulluq edən Moda Evlərini birləşdirirdi.[4]
Sindikat üzvləri — moda evlərinin siyahısı
[redaktə | mənbəni redaktə et]- Adeline André
- Alexis Mabille
- Atelier Gustavolins
- Chanel
- Christian Dior
- Christophe Josse
- Franck Sorbier
- Giambattista Valli
- Jean-Paul Gaultier SA
- Martin Margiela
- Maurizio Galante
- Stéphane Rolland
Müxbir üzvlər
[redaktə | mənbəni redaktə et]- Versace
- Elie Saab
- Giorgio Armani
- Valentino
- Azzedine Alaïa
Dəvətli üzvlər
[redaktə | mənbəni redaktə et]Bu kateqoriya 1998-ci ildə yaranıb. Yeni fransız və beynəlxalq brendlərin inkişafına yardım edir. 2012-ci ildən 8 brend (aksesuar xəttləri ilə birgə) Yüksək moda defilesində iştirak ediblər.
Pret-a-porte kolleksiyaları
[redaktə | mənbəni redaktə et]Yüksək dəb anlayışına alternativ kimi "Pret-a-porte" (fr prêt-à-porter – hazır paltar) anlayışı mövcuddur. Bu tikiş sənayesi məhsullarının kütləvi buraxılışı – standart ölçülər üzrə böyük həcmdə hazır paltar modellərinin istehsalıdır. Pret-a-porte modellərinin müəllifləri kimi məşhur moda evlərinin aparıcı modelyerləri çıxış edir. Pret-a-porte kolleksiyaları moda evlərinin əsas gəlir məmbəyidir.
Dəb sənayesinin seqmentlərinin təsnifatı
[redaktə | mənbəni redaktə et]Yüksək qiymət kateqoriyası
[redaktə | mənbəni redaktə et]- Haute couture
- Prêt-à-porter de luxe
- Prêt-à-porter
Orta qiymət kateqoriyası
[redaktə | mənbəni redaktə et]- Diffuz xətt (en diffusion lines) — "Yayılma xəttləri" — Geyim istehsalında ikinci və üçncü xətt. Bunlara Gucci, Pierre Cardin, Versace, Miu Miu, Dolce & Gabbana, Prada, Roberto Cavalli və s. aiddir.
- Bric-brend (en bridge — körpü) — Pret-a-porte və kütləvi istehsal arasındakı xətt. (Cacharel, Apriori, Cavita, Morella (Max Mara Fashion Groupa daxildir), Stefanel, Zadig&Voltaire)
Həmçinin Bric-brend iki hissəyə bölünür
- Daha yaxşı markalar(better)- Calvin Klein Jeans, Massimo Dutti, Levi Strauss & Co., Mexx, Tommy Hilfiger və s.
- Utilitar brendlər (contemporary) — Benetton, Marks & Spencer, Motivi, Oasis, Topshop, Zara
Demokratik markalar
[redaktə | mənbəni redaktə et]- Büdcə brendləri
- Kütləvi brendlər
Demokratik markalar iki hissəyə bölünür
- Gənclər üçün brendlər (Bershka, Mango, New Yorker, Pull & Bear, Stradivarius və s.)
- Bütün ailə üçün brendlər (С&A, Esprit, LC Waikiki, HoneyLook və s.)
Azərbaycan moda evləri
[redaktə | mənbəni redaktə et]- Emiland Moda Evi
- ELATUS Moda Evi
- Fashion Couture by Ulker Huseynova
- Fəxriyyə Xələfovanın Moda və Dizayn Mərkəzi
- GALATEYA Moda Evi
- İradə Qurbanovanın Moda Evi
- Lel by Leila Gulusoi
- Nərgiz Camal Moda Evi
- Zenfira Gurbanova Fashion Designer
- Ye.S Moda Evi
və s.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Людмила Кибалова, Ольга Гербенова, Милена Ламарова. Сущность и влияние моды // Иллюстрированная энциклопедия моды. — Прага: Артия, 1966.
- ↑ "Arxivlənmiş surət". 2015-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-24.
- ↑ Людмила Кибалова, Ольга Гербенова, Милена Ламарова. Сущность и влияние моды // Иллюстрированная энциклопедия моды. — Прага: Артия, 1966.
- ↑ Diana de Marly, Worth Father of Haute Couture. Elm Tree Books, London, 1980 ISBN 0-241-10304-5, səh. 2.