Dəstər — Vikipediya
Dəstər | |
---|---|
38°38′48″ şm. e. 48°36′22″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 702 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (Talışca "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.230
Lerik rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |