Daft Punk — Vikipediya
Daft Punk | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | haus elektronik rok texno nyu-disko fank sinti-pop |
Fəaliyyət illəri | 1993—2021. |
Ölkə | Fransa |
Şəhər | Paris |
Leybl | Soma Virgin Records Columbia Records |
Heyət | Tomas Benqalte Gi-Manuel de Omem-Kristo |
Digər layihələr | Darlin Stardust Together Le Knight Club Crydajam |
www.daftalive.com www.daftpunk.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Daft Punk — Tomas Banqalter və Gi-Manuel de Omem-Kristo tərəfindən 1993-cü ildə yaradılmış fransız elektron musiqi dueti. 1990-cı illərin sonlarına doğru Fransada haus musiqisinin inkişafı ilə əlaqədar böyük uğurlara nail oldular. Onlar elektro, haus, disko və sintipop musiqisinin elementlərini birləşdirərək özünəməxsus səslənmə üslubu yaratdılar.
Daft Punk 2006-2007-ci illərdə iştirak etdiyi musiqi turundan sonra Alive 2007 adlı konsert albomunu buraxdı. 2009-cu ildə həm albom, həm də bu aboma daxil olan Harder Better Faster Stronger mahnısı Qremmi mükafatına layiq görüldü.
2013-cü ilin mayında Daft Punk özünün dördüncü studiya albomu olan Random Access Memories albomunu, bundan bir ay əvvəl isə həmin alboma daxil olan və sonradan hitə çevrilən Get Lucky mahnısını buraxdı. 26 yanvar 2014-cü ildə 56-cı Qremmi mərasimində həm mahnı, həm də albom ümumilikdə 5 nominasiyada Qremmi mükafatına layiq görüldü.
Diskoqrafiya
[redaktə | vikimətni redaktə et]Studiya albomları
[redaktə | vikimətni redaktə et]- Homework (1997)
- Discovery (2001)
- Human After All (2005)
- Random Access Memories (2013)
Konsert albomları
[redaktə | vikimətni redaktə et]- Alive 1997 (2001)
- Alive 2007 (2007)
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Daft Punkun rəsmi veb-saytı
- "Random Access Memories" albomunun alternativ promo-saytı Arxivləşdirilib 2014-05-17 at the Wayback Machine
- Daft Punk — IMDb səhifəsi