Denominasiya — Vikipediya
Denominasiya — köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə “sıfırların silinməsi” də deyilir.
Mal və xidmətlərin qiymətləri, tariflər, əməkhaqqı, pensiyalar, təqaüdlər, idarə və müəssisələrin balanslarında, bank hesablarında olan pul vəsaitlərinin qalığı da bu nisbətlə yenidən hesablanır.
Tarixin fantastik pul denominasiyaları
[redaktə | vikimətni redaktə et]1 iyul tarixində Belarusiyada ölkə tarixində milli valyutanın ən geniş miyqaslı denominasiyası başladı. İndi ən böyük nominallı banknot 500 rubl olacaq. Yeni banknotlarda sıfırların sayı 4 ədəd azalacaq, mübadilə faizi isə 10 000 : 1-ə nisbəti təşkil edəcək.
10-cu yer – 1 milyon ley dəyərində valyuta
1 iyul 2005-ci il tarixində Rumınya milli valyutadan 4 sıfır sildi. Dövriyyəyə “ağır ley” adlandırılan valyuta buraxıldı və 500 ley ən iri həcmli banknot oldu.
9-cu yer – 2 milyon zloto dəyərində banknot
1 yanvar 1995-ci il tarixindən etibarən Polşa da maliyyə vəziyyətini sabitləşdirmək məqsədilə milli valyutada mövcud olan 4 sıfırdan imtina etdi. Dövriyyəyə 200 zloto dəyərində banknot və 50 qəpik buraxıldı. Denominasiyadan əvvəl ölkədə ən iri həcmli banknot 2 milyon zloto idi.
8-ci yer – 1 milyon karnobans dəyərində banknot
Ukraynada denominasiya sayəsində yeni milli valyuta peyda oldu. 25 avqust 1996-cı ildə ölkə prezidentinin fərmanı əsasında qrivna milli pul vahidi adını qazandı. 2 sentyabr tarixindən isə artıq 100 000 krb : 1 qrivna nisbəti ilə mübadilə prosesi başlamışdı. Keçmiş valyuta 16 sentybar tarixinə qədər qəbul edilirdi. O dövrdn etibarən milli valyutanın denominasiyası həyata keçirilməsə də, milli valyutanın dəyəri əhəmiyyətli dərəcədə enib.
7–ci yer – 30 min gürcü larisi dəyərində kupon
Eyni vəziyyət 1996-cı ildə Gürcüstanda da müşahidə edilirdi. Ölkə rəhbərliyi hiperinflyasiyadan qaçmaq məqsədilə banknotlardan 6 sıfırı silir. Bu zaman gürcü larisini SSRİ-nin süqutundan sonra dövriyyədə olan kuponlar əvəz edirdi. Denominasiya isə 2 oktyabr 1995-ci ildə 1:1 000 000 nisbəti ilə başlayır. Banknotlarla yanaşı dövriyyəyə tetri qəpikləri buraxılır.
6-cıyer – 1 milyon türk lirəsi dəyərində banknot
Xarici ölkələrdə mövcud olan hiperinflyasiya həmçinin türk lirəsinin də denominasiyasına səbəb olmuşdu. 1 yanvar 2005-ci ildən başlayaraq dövriyyəyə yeni banknot və qəpiklər buraxıldı. 31 dekabr 2005-ci ilə qədər isə bütün köhnə banknotlar dövriyyədən yığışdırılmışdı.
5-ci yer – 500 min drahm dəyərində banknot
Yunanıstanda denominasiya ölkənin alman-faşist qüvvələrindən xilas olandan dərhal sonra başlanır. Yeni drahma 11 noyabr 1944-cü ildə dövriyyəyə buraxılır. İşğal dövründə hiperinflyasiya səbəbindən drahm 50 milyar dəfə denominasiya edilmişdi.
4-cü yer – 1 milyard kağız mark dəyərində banknot
Almaniyada denominasiya köhnə Papiermark-ın əvəzlənməsi ilə üst-üstə düşdü. 30 avqust 1924-cü il tarixindən onu yavaş-yavaş Reyxsmarkdan çıxarmağa başlayırlar. O 1948-ci ildə öz yerini alman markına təhvil verir. 2002-ci ildə isə ölkə avroya keçdi.
3 və 2-ci yerlər – 1 trilyon zimbabve dolları dəyərində banknot
1 avqust 2008-ci il tarixində Zimbabve milli valyutası 10 milyard dəfə dəyərsizləşdi. 2 fevral 2009-cu ildə 12 sıfır itirdi. 30 iyun 2009-cu ildə Zimbabve Ehtiyat bankının qərraı ilə zimbabve dolları öz fəaliyyətini dayandırdı. Hazırda ölkədə qonşu dövlətlərin valyutaları və Amerika dolları istifadə edilir.
1-ci yer – 1 sekstilyon penge dəyərində banknot
Maliyyə tarixidə ən inanılmaz denominasiya 1946-cı ildə Macarıstanda baş vermişdi. Müharibə başa çatdıqdan sonra inflyasiya nəzarətdən çıxmışdı və pul sutkada 400% sürətilə ucuzlaşırdı. Bu zaman dövriyyədə penge var idi. Ən iri həcmli banknot sekstilyon idi. Lakin hətta bu inflyasiya ilə mübarizə aparmağa kifayət etmir. Ölkə rəhbərliyi artıq 100 sekstilyon dəyərində valyuta buraxmağa hazırlaşırdı. Lakin valyuta tam zamanında forint ilə əvəzlənir. Mübadilə faizi 400 oktilyon təşkil edirdi. Macarıstan hələ də nisbətən sabit olan forintdən istifadə edir.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Dövlət maliyyəsi terminləri lüğəti. Bakı 2008