Digah (Abşeron) — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Digah | |
---|---|
40°29′36″ şm. e. 49°52′36″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Abşeron rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 39 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Digah — Azərbaycan Respublikasının Abşeron rayonunun Digah qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə.[1] Abşeron yarımadasındadır.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Digah Abşeron rayonunun Məhəmmədi, Balaxanı və Fatmayı kəndləri ilə qonşudur. Digər kəndlərdə oldugu kimi Digah kəndinində tarixi tam öyrənilməmişdir. Lakin bu ərazidə olan abidələr kəndin qədim olmasının göstəricisidir. Digahda tunc dövrünə aid göldə mövcuddur. Kənd əsasən Tərəkəmə türk tayfasından mövcuddur. Daha sonra isə kəndə müxtəlif ərazilərdən, o cümlədən Cənubi Azərbaycan-İrandanda insanlar gəlmişlər. Hal-hazırdada Digahda Şahsevərlər məhəlləsi mövcuddur.
Aparılan araşdırmalar nəticəsində kənd ərazisində qədim dövrlərə aid heyvan sümükləri aşkar olunmuşdur.
Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi Digah kəndidə 1918-ci ildə erməni işğalçılarının hücumuna məruz qalmışdır. Türklərin gəlişi ilə ərazi ermənilərdən təmizlənmişdir.
Digah kəndi rejissorlarında maraq dairəsində olub. Beləki 1986-cı ildə Cəlil Məmmədquluzadənin əsəri üzərində çəkilmiş Qəm pəncərəsi filminin bir neçə səhnəsi Digahda lentə alınmışdır.
Kəndin adının mənasını hal-hazırda Balaxanılılar və Suraxanılıların danışdığı, vaxtı ikən də iki-üç kəndi çıxmaqla Digah da daxil olmaqla bütün Bakı kəndlərində danışılan Tat dilindədir. Mənası "Dügah" yəni, "dü–iki, ikinci", "gah–yer" deməkdir, yəni, "ikinci yer".
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Digah (Abşeron) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |