Dimdim döyüşü — Vikipediya

Dimdim döyüşü və ya Dimdim mühasirəsi
Səfəvi-Osmanlı müharibəsi (1603-1618)
Dimdim qalasının yerləşdiyi ərazi
Dimdim qalasının yerləşdiyi ərazi
Tarix 1609-cu ilin noyabrından 1610-cu ilin yayına qədər
Yeri Dimdim qalası, Dimdim dağları, İran
Səbəbi Kürd tayfalarının üsyanı
Nəticəsi Səfəvi dövlətinin qəti qələbəsi
Münaqişə tərəfləri

Səfəvilər dövləti

Kürd üsyançı tayfaları

Komandan(lar)

I Şah Abbas
Hatəm bəy Ordubadi

Əmir xan Lepzerin

Tərəflərin qüvvəsi

35.000

10.000

Dimdim döyüşüSəfəvi imperiyası ilə Osmanlı imperiyasının sünni kürdləri arasında 1609–1610-cu illərdə baş vermiş döyüş nəzərdə tutulur.[1]

Döyüş İranın şimal-qərbində, Urmiya gölünün ətrafındakı Bradost bölgəsindəki İslamdan əvvəlki dövrə aid Dimdim qalasında baş vermişdir. Əmir xan Lepzerin tərəfindən yenidən ucaldılan qala sonda Səfəvi qoşunu tərəfindən ələ keçirildi. Sonradan isə Osmanlı valisinin əmrilə dağıdıldı. Qalanın dağıdılmasına baxmayaraq, bu gün qalannı dəqiq yeri hələ də müəyyən edilə bilir. Qalanın yerində qalanın divarlarının bir hissəsi və bəzi tikinti materiallarının qalıqları hələ də qalır.[1]

Döyüş Dimdim qalası ətrafında baş vermişdir. Dağılan qala 1609-cu ildə Əmir xan Lepzerin tərəfindən bərpa edildi. O, genişləyən bəyliyinin müstəqilliyini həm Osmanlıya, həm də Səfəvilərə qarşı müdafiə etmək istəyirdi. Buna görə də, Dimdim qalasını bərpa edərək, orada möhkəmlənməyi planlayırdı. Dimdim qalasının yenidən tikilməsi şimal-qərbdəki Səfəvi hakimiyyətinin təhdid edilməsi kimi qiymətləndirildi. Məhabad hakimləri kimi bəzi kürd tayfa rəhbərləri Əmir xanın ətrafında birləşdi.

Döyüşlər 1609-cu ildən 1610-cu ilə qədər davam etdi. Demək olar ki, bir il davam edən döyüşdə kürdlər say və texniki təchizat baxımından Səfəvilərdən zəif idilər. Demək olar ki, 1 il davam edən mühasirədən sonra kürdlər Səfəvilərin baş vəziri Hatəm bəy tərəfindən məğlub edildi. Qala ələ keçirildi və kürd qarnizonu məhv edildi.[2]

1609-cu ilin noyabr ayından 1610-cu ilin yayına qədər davam edən qanlı mühasirədən sonra qala ələ keçirildi. Qaladakı bütün üsyançı kürdlər I Şah Abbasın əmri ilə öldürüldü. I Şah Abbas Bradost və Məhabad ətrafındakı bütün üsyançı kürd tayfalarının məhv edilməsi ilə bağlı əmr verdi. Bu tayfaların bir qismi Xorasana köçürüldü. Bunun ardınca Əfşar tayfası bu bölgədə yenidən məşkunlaşdırıldı.

Bununla da bölgədəki kürd üsyanı beləcə Səfəvilər tərəfindən yatırıldı.[1]

  1. 1 2 3 "Battle of Dim Dim". Iranicaonline.org. 2018-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-30.
  2. Kelly, Michael J. Ghosts of Halabja: Saddam Hussein and the Kurdish Genocide. Praeger. 2008. səh. 14. ISBN 978-0275992101.