Dini milliyətçilik — Vikipediya

Dini millətçilikmillətçiliyin müəyyən bir dini inanc və ya doğma ilə olan əlaqəsidir.[1]

Bu əlaqə iki yerə ayırıla bilər:

  • Din siyasəti
  • Dinin siyasət üzərindəki təsiri

Paylaşılan bir din millətin vətəndaşları arasında ortaq bir əlaqə olan birlik duyğusuna əlavə dəyər yükləyir. Dinin digər bir siyasi tərəfi, bəzi hallarda paylaşılan etnik mənsubiyyət, dil və ya kültür kimi milli kimliyi dəstəkləməsidir.[2]

Xristianlıq və millətçilik

[redaktə | vikimətni redaktə et]

Xristian millətçilər xristianlıq qanunlarını keçərək, daxili siyasıtə daha çox diqqət ayırırlar. Birləşmiş Krallıqda Xristian millətçiliyi mühafizəkar olmağa daha meyillidirlər. XX əsrin ilk yarısındakı müharibələr dövründə xüsusi olaraq müxtəlif Avropa ölkələrində siyasi görüşlərin sağ cinahında dini millətçilik və ya din millətçiliyinin (klero-millətçilik və ya kretizm-millətçiliyi) müəyyən radikallaşmış formaları ortaya çıxırdı. Polşada millətçilik hər zaman Katolik kilsəsinə bağlı olmuşdur. Polşa Milli Dirilməsi kimi qruplar, Vielka Polska Katolicka (Böyük Katolik Polşa) kimi şüarlardan istifadə edirlər, cinsi azlıq evliliklərinin və abortun qanuniləşdirilməsinə şiddətlə qarşı çıxırlar. Radio Maryja ilə əlaqəli mühafizəkar dini qruplar, əsasən millətçi və anti-semit mövqelərinə görə günahlandırılırlar. Şərqi Ortodoks və milli Ortodoks Kilsələrinə ortaq olaraq bağlılıq ilə xarakterizə olunan dini millətçilik, bir çox Şərqi Avropa ölkəsində və Rusiya Federasiyasında var. Rus Milli Birliyi kimi bir çox neo-faşist və ne0-nasist qrup Rus Ortodoks Kilsəsinin hüquqlarının artırılmasını tələb etməkdədir.[3]

İslam və millətçilik

[redaktə | vikimətni redaktə et]

Pakistan millətçiliyi, iki millət nəzəriyyəsində formalaşdırılan müsəlman mirası ilə, İslam dinipan-islamçılıqla yaxından əlaqəlidir. Eyni zamanda, burada milli özünüdərki formalaşdırmağa köməkçi olan ən böyük faktor din amilidir. Başqa əhalisi müsəlman olan ölkələrin əksəriyyətində isə millətçiliklə İslam çox da yaxın deyillər.[4]

Yəhudilik və millətçilik

[redaktə | vikimətni redaktə et]

Dini Sionizm, sionizm və dindar yəhudiliyi birləşdirən ideologiyadır. İsrail dövlətinin qurulmasından əvvəl Dini Sionistlər İsrail torpaqlarında yəhudi dövlət qurma cəhdlərini dəstəkləyən yəhudilər idi. Dini Sionist hərəkat İsrail millətçiliyi ilə bütünləşdi və ideologiyası üç sütun formalaşan Neo-sionizm halına gəldi:[5]

  • İsrail torpağı
  • İsrail xalqı
  • İsrail Tövratı

Hinduizm və millətçilik

[redaktə | vikimətni redaktə et]

Hind əhalisinin yüksək səviyyədə dil baxımından, dini və etnik müxtəlifliyi nəzərə alındığında, Hindistandakı millətçilik əsasən millətçilik olaraq dəyərləndirilə bilməz. Hind vətəndaşları mülki, kültürəl və ya III dünya millətçiliyini təşkil edirlər. Bəzi şərhçilər, Hindlərin çoxunun Hindu olmasına baxmayaraq modern Hindistanda müasir bir Hindu millətçiliyini yalnız iki partiyanın təmsil etdiyi bildirrilər.[6]

  1. Panayotis Tournikiotis, Prefacio Arxivləşdirilib 2015-04-08 at the Wayback Machine a La historiografía de la arquitectura moderna, Reverte, 2001, ISBN 8482113437, s. 17.
  2. Jose Ortega y Gasset (1928): the "Philosophy of History" of Hegel and historiología . In Complete Works (Volume IV). Madrid: Taurus, 2005. ISBN 84-306-0592-4
  3. Dionysius, On Thucydides, 5.
  4. Warren, John (1998). The past and its presenters: an introduction to issues in historiography, Hodder & Stoughton, ISBN 0-340-67934-4, pp. 67–68.
  5. Khalidi, Tarif. Arabic historical thought in the classical period. Cambridge Univ Pr, 1996.
  6. E. Sreedharan (2004). A Textbook of Historiography: 500 BC to AD 2000 Arxivləşdirilib 2014-09-21 at the Wayback Machine. Orient Blackswan. s. 115.