Donetsk — Vikipediya
Şəhər | |
Donetsk | |
---|---|
ukr. Донецьк | |
48°00′32″ şm. e. 37°48′15″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Vilayət | Donetsk vilayəti |
Daxili bölgüsü | 9 rayon |
Mer | İqor Martinov |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1869 |
Yaşayış məntəqəsi statuslu | 1917 |
Sahəsi | 385 km² |
Mərkəzin hündürlüyü | 169 m |
İqlimi | kəskin kontinental |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 922 137 nəfər (2015) |
Sıxlığı | 2425 nəf./km² |
Aqlomerasiya | 948 427[1] |
Milli tərkibi | ruslar, ukraynalılar, belaruslar, yunanlar, yəhudilər, tatarlar və d. |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +380 62 |
Poçt indeksi | 283000–283497, 83000–83497 |
Nəqliyyat kodları | AH, KH / 05 |
Digər | |
mer.dn.ua (rus.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Donetsk (ukr. Донецьк, Doneck) — Ukraynanın şərqində yerləşən böyük sənaye və iş mərkəzi. Donetsk vilayətinin inzibati mərkəzidir.
Donetsk şəhəri alçaq sıra dağlarından cənuba Donetsk kömür hövzəsinin mərkəzi hissəsində, çöl zonasında, Kalmius çayının yuxarılarında yerləşdirilmişdir və kiçik meşələrlə, təpələrlə, çaylarla və göllərlə mühasirəyə alınmışdır.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Əhalinin sayına görə Donetsk Ukraynada beşinci yeri tutur. Şəhər əhalisinin sayı 1,7 milyon insandan yuxarı təşkil edir. Donetsk şəhərinin ümumi sahəsi — 385 km²-dir. O şimaldan cənuba 38 km, şərqdən qərbə isə 55 km uzanmışdır. Şəhər 9 inzibati əraziyə bölünmüşdür. Donetsk öz yaxınlığındakı şəhərlər ilə birlikdə Donetsk aqlomerasiyasının — Ukraynanın ən böyük sənaye mərkəzini təşkil edir.
Şəhərin adlandırılması
[redaktə | vikimətni redaktə et]1923-cü ilə qədər Donetsk şəhəri bu şəhərin təməlini qoyan milyonçu Con Yuzun şərəfinə Yuzovka adını daşıyırdı. 1869-cu ildə C. Yuz bu torpaqlarda Yuzovka fəhlə qəsəbəsi saldırmışdır və metallurgiya zavodunun tikintisinə başlamışdır. Qəsəbənin tikilmə tarixinin Donetsk şəhərinin təsis tarixi kimi hesab edilməsi qəbul edilmişdir.
1924-cü ilin aprel ayının 22-də ÜUMİK – nin qərarı ilə Yuzovka şəhərinə Stalin adı verilmişdir, 1920-ci illərin sonlarında — 1930-cu illərin əvvəlində isə, rəsmi qətnamələr olmadan şəhəri Stalino adlandırılırdı.
1961-ci ildə Stalin vilayətinə onun 1932–1938-ci illərdəki adı qaytarılmışdır, hansı ki, ona Severski Donets çayının adının şərəfinə verilmişdi, vilayətin mərkəzi Stalino şəhəri isə Donetsk adlandırdılar. 1932-ci ildə şəhər Donetsk vilayətinin mərkəzi oldu.
2010-cu ildə "Reytinq TOP-100. Ukraynanın ən yaxşı şəhərlər və regionları" tədqiqatının nəticələri üzrə Donetsk "500 min insandan yuxarı əhalisi olan şəhərlərin arasında ictimai-iqtisadi inkişafın səviyyəsi üzrə ən yaxşı şəhər" nominasiyasında birinci dərəcəli diplomu ilə mükafatlandırdı.
Təhsil
[redaktə | vikimətni redaktə et]Təhsil müəssisələri şəhərin həyatında əhəmiyyətli rol oynayır. Donetskdə 5 dövlət universiteti, 11 institut, 3 akademiya, o cümlədən Donetsk dövlət musiqi akademiyası, 14 texnikum, həmçinin 5 şəxsi universitet və 6 kollec yerləşir.
Donetskın ən qədim və böyük təhsil müəssisələri – bu Donetsk milli texniki universiteti (1921), Donetsk milli tibbi universiteti (1930), Donetsk milli universiteti (1937), M. İ. Tuqan-Baranovski adına Donetsk milli iqtisadiyyat və ticarət universiteti və mühəndislik qoşunlarının və rabitə qoşunlarının Donetsk ali hərbi-siyasi məktəbidir— DAHSM (1967).
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]İstehsalat sənayesinin həcmləri üzrə Donetsk Mariupoldan sonra vilayətdə ikinci yerdə və artım sürətləri üzrə birinci yerdədir. Şəhərin ərazisində investisiyalarının həcmləri üzrə Ukraynanın ən böyük Azad İqtisadi Zonalarından (AİZ) biri — "Donetsk" AİZ-sı yerləşir. Makeyevka şəhəri ilə birlikdə Donetsk Ukraynanın ən böyük sənaye mərkəzlərindən biri idi.
Nəqliyyatı
[redaktə | vikimətni redaktə et]Donetskdə əsas şəhər nəqliyyat növləri: tramvaylar, trolleybuslar, avtobuslar və marşrut taksiləridir.
Şəhərdə dəmiryol vağzalı, 2 avtovağzal — "Cənubi" və "Qərbi", 8 avtostansiya var. 2012-ci ildə mayın 14-də aeroportun yeni terminalı açılmışdır. Yaxın gələcəkdə metropolitenin açılışı planlaşdırılır.
Donetskin diqqətəlayiq yerlərindən biri "Donbass Arena"-dır, hansı ki, Avro-2012-ni qəbul edən stadionlardan biri oldu.
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Donetsk çox sayda gözəl parkları, bağçaları, bulvarları olan çox yaşıl şəhərdir. İl uzunu Donetskdə botanika bağı işləyir. Şəhərdə xüsusi yeri döymə fiqurlar parkı tutur, hansında ki, hər il dəmirçilərin Avropa müsabiqəsi keçirilir, Donetskinin Şerbakov adına parkı isə Ukraynanın ən yaxşı parkı hesab edilir.
Şəhərin simvollarından bir qızılgüllərdir ki, şəhər prospektlərini, parkları və qızılgül bağçalarını bəzəyirlər.
Qardaş şəhərlər
[redaktə | vikimətni redaktə et]Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Діяльність Головного управління статистики у Донецькій області". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-14.