Duyğu — Vikipediya
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır.
Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar:
- Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur.
- Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu.
- Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir.
- Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
Eşitmə, görmə distant və ya məsafəli duyğuya bariz misaldır. Adətən insanda bu və ya digər duyğuya təmiz formada rast gəlmək nadir hallarda mümkün olur. Çünki, hər hansı bir qıcıq təkcə bir analizatora təsir etmir, o eyni zamanda bir neçə analizatora təsir edərək müxtəlif duyğuların tam bir qammasını yaratmış olur.