Ehsan xan Naxçıvanski (general-mayor) — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ehsan xan Naxçıvanski | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 oktyabr 1891 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Atası | Cəfərqulu xan Naxçıvanski |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya İmperiyası |
Qoşun növü | Süvari |
Təltifləri | 1916-cı ildə ştabs-rotmistr rütbəsinə yüksəldilərək, , , və ordenləri ilə təltif edilmişdir. III Kalbalı xan 1915-ci ildə qızıl “Georgi silahı” [1] |
Ehsan xan Naxçıvanski (20 oktyabr 1891, Naxçıvan – bilinmir, Naxçıvan) — general-mayor. Görkəmli ictimai-siyasi xadim. III Kəlbəli xan, Cəfərqulu xan Naxçıvanskinin oğlu, məşhur sərkərdə Cəmşid Naxçıvanskinin böyük qardaşı.
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]III Kalbalı xan 1891-ci il oktyabrın 20-də Naxçıvanda anadan olmuşdur. O, 1909-cu ildə kadet korpusunu bitirərək Qafqaz hərbi məktəbinin Nikolayev eskadronunda yunker rütbəsində xidmətə başlamışdır.Xidmətinin sonrakı mərhələlərində Varşavada hərbi xidmətini davam etdirir.Onun I Dünya müharibəsi cəbhələrində göstərdiyi şəxsi şücaətləri diqqətdən kənarda qalmamış, 1916-cı ildə ştabs-rotmistr rütbəsinə yüksəldilərək, III dərəcəli "Müqəddəs Stanislav", IV dərəcəli "Müqəddəs Anna", II dərəcəli "Müqəddəs Stanislav" və III dərəcəli "Müqəddəs Anna" ordenləri ilə təltif edilmiş- dir. III Kalbalı xan 1915-ci ildə qızıl "Georgi silahı" ilə mükafatlandırılmış- dır. 1917-ci ildə Rusiyada baş vermiş oktyabr çevrilişi və iğtişaşlar vaxtilə Romanovlar sülaləsinin tabeliyində olan Qafqazı da öz cənginə almışdı. Azərbaycanın Naxçıvan bölgəsinin ermənilər tərəfindən talan edilməsi, əhalisinin dəhşətli cinayətlərlə qarşılaşması çar ordusunda xidmət edən Naxçıvanskilərin böyük bir qisminin Naxçıvana qayıtmalarına səbəb olur. Onların arasında pokovnik-leytenant III Kalbalı xan Naxçıvanski də vardı. Ermənilərin Naxçıvana ərazi iddiaları, yerli əhalini qətlə yetirmələri xalqın səbir kasasını daşdırmışdı. 4 iyun 1918-ci ildə türk qoşunları Naxçıvana daxil olaraq III Kalbalı xanın yaratdığı könüllü dəstələrlə birlikdə buranı erməni-daşnak qüvvələrindən təmizlədi. III Kalbalı xana 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri tərəfindən polkovnik rütbəsi verildi. O, Türkiyənin "Məcidiyyə" ordeni ilə təltif edilmişdir. Az sonra Azərbaycan Xalq Cümhuriyyətinin fərmanı ilə ona general-mayor hərbi rütbəsi verilmişdir. 1920-ci ilin iyulunda Naxçıvanın rus qoşunları tərəfindən işğal edilməsi, III Kalbalı xanın atası Cəfərqulu xan və əmisi Rəhim xan Naxçıvanskilərin həbs edilərək Şuşaya sürgün edilməsi kimi hadisələr onun Naxçıvandan İrana mühacirət etməsinə səbəb olmuşdur.[1]
Davud xan İran ordusunda yüksək rütbələr daşımışlar. Lakin digər qardaşı Cəmşid xan Naxçıvanskinin sovet (Şurəvi) ordusunda yüksək vəzifə daşıdığınıı öyrəndikdən sonra İran şahının göstərişi ilə 1934-cü ildə Kəlbəli xan Naxçıvanski (II) və qardaşı Davud xan güllələnmişdir.[2]
Naxçıvanskilər
[redaktə | vikimətni redaktə et]Kəlbəli xan Kəngərli | |||||||||||||||||||||||||||||
Ehsan xan Kəngərli (1789—1846) | |||||||||||||||||||||||||||||
İsmayıl xan Naxçıvanski (1819—1909) | Kəlbəli xan Naxçıvanski (1824—1883) | Qönçəbəyim (1827—?) | |||||||||||||||||||||||||||
Ehsan xan Naxçıvanski (1855 — 1894) | Cəfərqulu xan Naxçıvanski (1859—1929) | Hüseyn xan Naxçıvanski (1858-1919) | |||||||||||||||||||||||||||
Kəlbəli xan Naxçıvanski (1891—1931) | Cəmşid Naxçıvanski (1895—1938) | Davud xan Naxçıvanski (?—1934) | |||||||||||||||||||||||||||
İstinadlar
[redaktə | vikimətni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et] Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |