Elşən Şirəliyev — Vikipediya
Elşən Şirəliyev | |
---|---|
Elşən Şıxəli oğlu Şirəliyev | |
Digər adı | Elşən Çarhanlı |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Təhsili | Azərbaycan Dövlət İncəsənət İnstitutu |
Mükafatları | |
IMDb | ID2948300 |
Elşən Şirəliyev (tam adı: Elşən Şıxəli oğlu Şirəliyev; 2 oktyabr 1962, Bakı – 20 dekabr 2021, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018).
Həyatı
[redaktə | mənbəni redaktə et]2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Həmin ildən təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur.
H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında əsas rolları:
- Əkizlər — ("Dörd əkiz", P. Panşev)
- Manqurt — ("Əsrə bərabər gün", Ç. Aytmatov)
- Dursun — ("Oqtay Eloğlu", C. Cabbarlı)
- Göyçək kababçı — ("Dəyirman", M. Süleymanlı)
- Saşka — ("Saşka", V. Kondratyev)
1989-cu ildə Saşka roluna görə Mədəniyyət Nazirliyinin I dərəcəli Diplomuna və pul mükafatına layiq görülüb.
Gənc Tamaşaçılar Teatrında əsas rolları:
- Neron — ("Neron oynayır", M. Xubai)
- Potso — ("Aydın", C. Cabbarlı)
- Məcnun — ("Leyli və Məcnun", M. Füzuli)
- Dimetçi — ("Yay gecəsində yuxu", Vilyam Şekspir)
- Qildestern — ("Hamlet", Vilyam Şekspir)
- Kleon — ("Herostatı unudun", Q. Qorin)
- Naçalnik — ("Qurbanəli bəy", C. Məmmədquluzadə)
- Məşədi Oruc — ("Ölülər", C. Məmmədquluzadə)
- Dəli Tiriq — ("Mamoy kişinin yuxuları", V. Səmədoğlu)
- Passifist – ("Generalın son əmri", V. Səmədoğlu)
- Fərrux şah – ("Qadın ilan", K. Qotsi)
- Məmmədəli – ("Dələduz", N. B. Vəzirov)
- Məlikməmməd – ("Məlikməmməd", Xalq nağılı)
- Novruz bəy – ("Aydın", C. Cabbarlı)
- Səyyad – ("Onun iki qabırğası", Ə. Əmirli)
- Səfir – ("İyirmi ildən sonra", Ə. Əmirli)
- Əvəz – ("Kişi və qadın", Ə. Əmirli)
- Dilənçi – ("Varlı qadın", Ə. Əmirli)
- Rüstəm – ("Atamın kitabı", B. Vahabzadə)
- Vəzir – ("Yaxşı padşahın nağılı", Anar)
- Kişi – ("İmperator", E. Hüseynbəyli)
- Əzrayıl – ("Dünyanın axırı", R. Əlizadə)
- Effer bəy – ("Bir az gəlirmisiz", Ə. Nesin)
- Şair İsmayıl – ("Hamı səni sevənlər buradadır", K. Abdulla)
- Zabit – ("Kim dedi ki, Simurq quşu var imiş", K. Abdulla)
- Bəstəçi – ("Sevirəm səni Türkiyə", K. Abdulla)
- Əbülüla – ("Şeyx Sənan", H. Cavid)
- Kral – ("Yatmış gözəl" B. Marvin)
- Mister Bambl – ("Oliver Tvistin macəraları" — Ç. Dikkens)
- Molla Feliks – ("Əcəl atı" V. Əlixanlı)
- Nəcəf – ("Mən səni sevirəm –M. S. S" Ə. Əmirli)
- Tip – ("Məhv olmuş gündəliklər" İ. Əfəndiyev)
- Əmirqulu — ("Buzovna kəndinin əhvalatları" Elçin)
- Hatəmxan ağa – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə)
- Ohan yüzbaşı – ("Hacı Qara" M. F. Axundzadə)
- Əmir Teymur – ("Əlincə qalası" Dilsuz)
- Hüseynqulu bəy – ("Qaraca qız" S. S. Axundov, A. Şaiq)
- Karabas Barabas – ("Buratinonun macəraları" A. Tolstoy)
- Canavar — ("Qoğalın nağılı" Xalq nağılı)
Mükafatları
[redaktə | mənbəni redaktə et]7 mart 2014-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur.
27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]
10 may 2019-cu ildə[2] və 7 may 2020-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Ağ dünya (film, 1995)
- Son döyüş (film, 1996)
- Fatehlərin divanı
- Bir anın həqiqəti (film, 2003)
- Biz qayıdacağıq (film, 2007)
- Cavid ömrü (film, 2007)
- Ölüm növbəsi (film, 2009)
- Səhərə inan... (film, 2011)
- Sirr (serial, 2012)
- Sübhün səfiri (film, 2012)
- Bir ovuc torpaq (2013)
- Aydın
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.