Elnarə Akimova — Vikipediya
Elnarə Akimova | |
---|---|
Vəzifədədir | |
2024-cü ildən | |
Seçki dairəsi | 2024 — 46 saylı Sumqayıt beşinci seçki dairəsi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 yanvar 1978 (46 yaş) |
Doğum yeri | |
Təhsili | Bakı Dövlət Universitetinin Filologiya fakültəsi |
İxtisası | filoloq |
Fəaliyyəti | ədəbi tənqid |
Elmi fəaliyyəti | |
Elm sahəsi | ədəbiyyatşünaslıq[1], ədəbi tənqid[1], Azərbaycan ədəbiyyatı[1] |
Tanınır | tənqidçi, ədəbiyyatşünas |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Elnarə Akimova (28 yanvar 1978, Sumqayıt) — siyasətçi, ictimai-siyasi xadim,Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (2017), dosent (2014), Nizami adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri (2018), "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri (2016), Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı
[redaktə | vikimətni redaktə et]Elnarə Akimova 28 yanvar 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1995–1999-cu illərdə bakalavr, 1999–2001-ci illərdə magistr təhsili alıb. 2001–2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 2006-cı ildə "Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)" mövzusunda namizədlik, 2017-ci ildə "Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hazırda filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin və "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiridir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, iki oğlu var.
Elmi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Elnarə Akimova 2001-ci ildən ədəbiyyat tarixçisi kimi elmi fəaliyyətə və çağdaş ədəbi prosesdə tənqidçi kimi fəaliyyətə başlamışdır. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Müasir Azərbaycan ədəbiyyatı" şöbəsində işə başlamış (2001), kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrini icra etmişdir. 2011–2016-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası nəzdində olan Elmi Seminarın üzvü, 2012–2016-cı illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Azad Həmkarlar Təşkilatının sədr müavini olmuşdur.
2019-cu ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən ədəbiyyatşünaslıq üzrə Koordinasiya Şurasının üzvüdür.
2019-cu ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür .
Cəfər Cabbarlı Komissiyasının üzvü, Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatının ekspertidir.
2015-ci ildən ölkənin nüfuzlu "Ədəbiyyat qəzeti"ndə Azərbaycan ədəbiyyatının yaradıcıq problemlərindən bəhs edən elmi-nəzəri yazılarla çıxış edir.
Ondan artıq kitab, yüzlərlə məqalənin müəllifidir. Elnarə Akimova çox sayda beynəlxalq elmi konfrans və simpoziumların iştirakçısı olmuş, məruzələr etmiş, məqalələri nüfuzlu xarici və ölkə elmi məcmuələrində dərc olunmuşdur. Hər il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən "İlin ədəbi yekunları" elmi-yaradıcılıq müşavirəsində məruzə edir. Müxtəlif Dissertasiya Şuralarında ekspert və opponent kimi çıxışlar edir. Rəhbərlik etdiyi doktorantların (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Dillər Universiteti) bir alim kimi formalaşması üçün nəzəri-metodoloji tövsiyələrini verir.
Siyasi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilmişdir.[2]
Elnarə Akimova 2024-cü il növbədənkənar parlament seçkilərində 46 saylı Sumqayıt beşinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü kimi seçkiyə qatılıb. Qələbə qazanaraq Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı seçilib.
Milli Məclisin Elm və təhsil komitəsi və Mədəniyyət komitəsinin üzvüdür.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının üzvüdür.
Kitabları
[redaktə | vikimətni redaktə et]- Azərbaycan ədəbi tənqidi müstəqillik illərində. Bakı: MBM, 2009, 301 s.
- Yeni təfəkkür v ədəbi tənqid. Bakı: MBM, 2013, 301 s.
- Çingiz Aytmatov – türk ruhunun qələbəsi. Bakı: Nağıl evi, 2013, 284 s.
- Çağdaş poeziya və ədəbi təmayüllər. Bakı: Elm və təhsil, 2016, 316 s.
- Bəxtiyaram Mən (Bəxtiyar Vahabzadə haqqında (Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə). Tərtibçi, ön sözün müəllifi). Bakı: Çaşıoğlu, 2016, 288 s.
- Müslüm Maqomayev. Bakı: Şərq-Qərb, 2018, 316 s.
- Düşüncə zamanı — ədəbi tənqid diskurs kimi. Bakı: Elm və təhsil, 2019, 600 s.
- Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda (Elnarə Akimovanın təqdimatında). Bakı: Elm və təhsil, 2019, 589 s.
- Uzun, incə bir yolda (Azər Turan ömrü). Bakı: Elm və təhsil, 2021, 497 s.
Kollektiv işləri (toplu)
[redaktə | vikimətni redaktə et]- İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli, Elnarə Akimova, Aygün Bağırlı, Lalə Həsənova. Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala. Monoqrafiya, I kitab, Bakı: Elm və təhsil, 2018, 400 s.
- İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli, Elnarə Akimova, Aygün Bağırlı, Lalə Həsənova. Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala. Monoqrafiya, II kitab, Bakı: Elm və təhsil, 2019, 332 s.
- Akademik Məmməd Cəfər Cəfərov və Azərbaycan ədəbiyyatında romantizm (oçerk). Akademik Məmməd Cəfər Cəfərov: şəxsiyyəti və yaradıcılığı (toplu). Bakı: Elm və təhsil, 2019, s.40–82
- Elnarə Akimova, İlhamə Ağazadə, Gülnar Qəmbərova, Səadət Bayramova. Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası. Monoqrafiya, Bakı: Elm və təhsil, 2020, 140 s.
- Elnarə Akimova, Mətanət Vahid, İlhamə Ağazadə, Gülnar Qəmbərova, Səadət Bayramova. Uşaq ədəbiyyatında Tofiq Mahmud imzası. Monoqrafiya, Bakı: Elm və təhsil, 2023, 180 s.
- Azərbaycan ədəbiyyatında Vətən və dövlətçilik məfkurəsinin intibahı – Heydər Əliyevdən İlham Əliyevə (İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Elnarə Akimova, Əlizadə Əsgərli, Aygün Bağırlı, Lalə Həsənova). Bakı: Elm və təhsil, 2023, 460 s.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Şans" nominasiyası — 2013
- AMEA Rəyasət heyətinin "Fəxri fərman"ı — 2014
- AMEA Rəyasət heyəti Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı −2015
- AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin gənc alimi" mükafatı −2015
- Azərbaycan Yazıçılar Birliyi və "Ədəbiyyat qəzeti"nin "Əli bəy Hüseynzadə mükafatı" — 2016
- Azərbaycan Yaradıcılıq Fondunun "Ədəbiyyat adamı" mükafatı −2018
- İlin tənqidçisi. APA Holdinq "Kulis.az" saytı — 2019
- AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Fərmanı- 2019
- AMEA-nın Rəyasət Heyətinin "Fəxri fərman"ı — 2021
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Nizami Gəncəvi" döş nişanı – 2021
- AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Yaşar Qarayev" mükafatı — 4 mart 2024
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 02 fevral tarixli 4289 saylı sərəncamı ilə elmi və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə "Heydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalı" — 27 mart 2024
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 Akimova, Elnarə Seydulla qızı // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- "Tənqiddə qadın gərək "zəif bənd" olmasın" — ədəbiyyatşünas Elnarə Akimova
- Elnarə Akimova: "Bizdə uşaq yazıçısına o qədər də ciddi yanaşmırlar"
- Uşaq ədəbiyyatına kommersiya vasitəsi kimi baxmaq olmaz
- Elnarə Akimova: "Qərb ədəbiyyatına meyillilik ağrılı prosesdir"
- "Ədəbiyyat nəzəriyyəsi ilə praktika arasında uçurum var.