Elnur Məmmədov (gimnast) — Vikipediya

Elnur Məmmədov
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (19 yaş)
Təhsili orta
İdman növü Batut gimnastikası və Tamblinq
Məşqçisi Adil Hüseynzadə
Rahib Əliyev
İdman dərəcəsi İdman ustalığına namizəd
Komandası Azərbaycan milli batut gimnastikası və tamblinq komandası
Rəsmi saytı
29 avqust 2024 tarixində yenilənib.

Elnur Məmmədov (9 fevral 2005) — azərbaycanlı batut gimnastı.[1]

Elnur Məmmədov 2005-ci ildə anadan olub.

Hazırda Batut gimnastikasıtamblinq üzrə Azərbaycan milli komandasının üzvüdür.[2]

2014-cü ildə Litvanın Visaginas şəhərində tamblinq üzrə keçirimiş beynəlxalq turnirdə gümüş medal qazanıb.

2017-ci ildə Rusiyada təşkil olunmuş tamblinq üzrə beynəlxalq turnirlərdə Stavropoldakı yarışda 4-cü, Krasnodarda isə 6-cı yeri tutub.

2021-ci ildə Bakıda baş tutmuş Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarında Azərbaycanı təmsil edən 15 gimnastdan biri olub.[3]

2022-ci ildə Bakıda keçirilmiş Azərbaycan birinciliyində tamblinq növü üzrə 3-cü yerin sahibi olub.[4]

2023-cü ildə Böyük Britaniyanın Birminhem şəhərində təşkil olunmuş Batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında komanda hesabı ilə qızıl medal qazanıb.[1][5]

  1. 1 2 "Məmmədov Elnur - Gimnast". Azərbaycan Gimnastika Federasiyası.
  2. "Milli komanda". Azərbaycan Gimnastika Federasiyası.
  3. "Batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarının final gününün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib". Media Təhlil Mərkəzi (MTM). 28 noyabr 2021. 2024-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-31.
  4. "Batut gimnastikası üzrə 6-cı və tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı" (PDF). Azərbaycan Gimnastika Federasiyası. 2022-10-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-08-28.
  5. "Çempionluq uğrunda mübarizə". Azərbaycan Gimnastika Federasiyası. 10 dekabr 2023. 2024-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]