Fərat Qalxanı əməliyyatı — Vikipediya

Fərat Qalxanı Əməliyyatı
Suriya vətəndaş müharibəsi
Tarix 24 avqust, 2016 - 29 mart 2017
(7 ay, 5 gün)
Yeri Suriya əraziləri, Türkiyə-Suriya sərhəddi
Nəticəsi Türkiyə Silahlı QüvvələriAzad Suriya Ordusu zəfəri
Münaqişə tərəfləri

Türkiyə Türkiyə
Azad Suriya Ordusu
ABŞ ABŞ

İŞİD

Suriya Kürdüstanı

Komandan(lar)

TürkiyəHulusi Akar
Türkiyə Zekai Aksakkalı
Türkiyəİsmail Mətin Təməl
Türkiyə Abidin Ünal
Türkiyə Zekai Aksakallı

Əbu Bəkr əl-Bağdadi
Ebu Hüseyin Tunusi [2]
Ebu Ensari [3]
Ebu Halid Ürdüni  [4]

Məhəmməd Əhməd(Cerablus Əsgəri Məclisi Komandiri)
Tərəflərin qüvvəsi

5000 Azad Suriya Ordu qüvvələri[5][6]</
Türkiyə 1300 Türkiyə Silahlı Qüvvələri əsgəri[7] 15 Türkiyə F16 Döyüş təyyarəsi[8]
2 Türkiyə Bombardımancı təyyarəsi[8]
80 tank

bilinmir

İtkilər

515+ ölü (ASO döyüşçüsü)
71 ölü[9]

2647 ölü, cəmi 3060 zərərsizləşdirildi[10] (Türk iddiası)

104 ölü (SİHİÖ ve SDG iddiası)

425 ölü, toplam 462 etkisiz hale getirildi [10] (Türk iddiası)

Ümumi itkilər
540 mülki şəxs öldü (SİHİÖ iddiası)[11]

Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİDYPG düşərgələrinin vurulduğunu bəyan etdi[12].

Öncəki vəziyyət

[redaktə | vikimətni redaktə et]

22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.[13]. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir.

24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir. Dövlət rəsmilərinin məlumatına görə qısa müddət ərzində 294 top atəşi həyata keçirilmiş və 81 hədəf məhv edilmişdir. Bir saat sonra Türkiyə Silahlı Qüvvələrinin tankları Fəratı keçərək Azad Suriya Ordusuna bağlı olan Türkman və Ərəbləri bir yerə toplamışdır. ABŞ havadan əməliyyatı dəstəkləyəcəyini bəyan etmişdir. ASO Keklicə və Kıvırcık kəndlərini İŞİD döyüşçülərindən təmizlədiyini bəyan etmişdir. İlk məlumata görə birinci toqquşmalar zamanı 46 İŞİD üzvü öldürülmüşdür[14]. 25 avqustda Suriya ərazisinə daha 15 tank göndərildi. 26 avqust saat 00:20 radələrində TSQ tərəfindən verilən açıqlamada "Fərat Qalxanı Əməliyyatının davam etdiyini, bölgə də yaşayan mülki əhalinin zərər çəkməməsi üçün hər cür tədbir görüldüyünü və bu mövzuda həsasiyyət göstərildiyi" bəyan edilmişdir.[15][16]. 27 avqustda Azad Suriya Ordusu Cerablus bölgəsinin cənub-qərbində Elvaniyə, Kamir (Haymar) və Aşağı Karakuyu kəndlərini İŞİD-dən təmizlədi.

Muxaliflər Türkiyə sərhədində, Gaziantepin Elbeyli ilçəsinin karşısında yer alan Memili (Tel Atiya) və Hacac kəndlərini ələ keçirdi.

Hərbi məlumatlara görə Cerablusun cənubunda İŞİD cəbhəxanası və komanda məntəqəsi partladılmışdır. Havadan əldə edilən kəşfiyyat məlumatlarında silah anbarında çoxlu sayda yeni partlamalar müşahidə edilmişdir[17]

27 avqustda YPG qrupları tərəfindən Türk tanklarına raket zərbələri endirilmişdir. Nəticədə iki tank zərər görmüş, ayrıca olaraq 3 Türk əsgəri yaralanmış 1 əsgər isə şəhid olmuşdur.

29 avqust tarixinə kimi 400 km² ərazidə yerləşən 43 kənd İŞİD və PYD silahlılarından təmizlənərək Azad Suriya Ordusunun nəzararəti altına alınmışdır.[18]

31 avqustda Cərablusun qərbində İŞİD ilə toqquşmada 1 Türk tankı vurulmuşdur. 3 Türk əsgəri bundan yaralanmışdır. Hücumu təşkil edən silahlılar zərərsizləşdirilmişdir.

3 sentyabrda Türk tankları Süriyanın Çobanbəy bölgəsinə yeridilir[19].

3 sentyabr (9) - Ərəb İzzax, Əl Fursan, İdalat, Talyax Garbiyax, Əl Atxariyax, Şeyx Yaqub, Vukuf, Ayyaşa, Əl Mutminax. 4 sentyabr (19) - Tuvayran, An Naxdax, Bab Əs Sallum, Ganamiyax, Kubat Turkuman, Əs Suveydah, Mintakat Cərəblus, Hacı Vəli, Zilfə, Al Baş, Kandurax, Liyavax, Əl Kadi, Mizab, Əz Zəhra, Vardax, Taflı, Əl Vira, Boranlı. 5 sentyabr (9) - Qarabax Mamal, Heydər Başa, Al Humayrax, Umm Ət Tadaya, Al Masannax, Cub Əl Dam, Əl Mustafa Əl Kabir, Nabra, Mazrat Nabra. 6 sentyabr (6) - Vukuf, Sadvi, Əl Əyyubiyax, Şandi, Sinekli, Abubiyat yaşayış məntəqələri ASO nəzarətinə keçir.

Əməliyyatın 15-ci günündə Şandi bölgəsində terrorçulara aid olan 4 hədəf müəyyən olunaraq Fırtına haubitsaları ilə 10 atəşlə tamamilə məhv edildiyi qeyd olunduğu məlumatda: " Fərat Qalxanı" əməliyyatının başladığı gündən bu günə qədər ümumilikdə 441 hədəfə 1967 atəş açılıb. Eyni zamanda, Şadır Məskun Mahalını qərbində aşkar edilən doçka silahı ilə yüklənmiş bir nəqliyyat vasitəsi, İŞİD terrorçularının qərargahı olaraq istifadə etdikləri 2 bina da daxil olmaqla 5 hədəf Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri tərəfindən açılan atəş nəticəsində məhv edilib[20]. 24 noyabr tarixində Suriya Hava Qüvvələri Türk Silahlı Qüvvələrinə zərbə edirdilər. Bu addımla rus təyyarəsinin vurulması olayının il dönəminə işarə etdilər.[21]

21 dekabr 2016-cı ildə İŞİD tərəfindən həyata keçirilən bombalı taran nəticəsində 14 türk əsgəri şəhid olmuş, 33 əsgər isə yaralanmışdır. Buna cavab olaraq Türk Hava Qüvvələrinin endirdiyi 67 zərbədən sonra 138 İŞİD tərəfdarı öldürülmüşdür[22]

Əməliyyatın 136-cı gününə (6 yanvar, 2017) olan məlumata görə 2 000 km² ərazi terrorçulardan təmizlənmişdir.

7 ay davam edən “Fərat qalxanı” əməliyyatnda 3500 nəfər terrorçu məhv edildi, 71 nəfər TSQ hərbi qulluqçusu şəhid oldu. Türkiyə sərhədindən 30 kilometr aralıda yerləşən, 2015 kv.km əraziyə malik ərazi, Əl-Bab şəhəri və 243 yaşayış məntəqəsi fevralın 23-də İŞİD və PKK/PYD/YPG-dən tam azad edildi. “Fərat Qalxanı” əməliyyatı 2017-ci ilin martın 29-da uğurla başa çatdı. Bu əməliyyat İŞİD-i ərazidən çıxarmaqla bərabər PKK/PYD/YPG qruplaşmalarına Kobani ilə Afrini birləşdirməklə Türkiyə sərhədində bir “terror dəhlizi”nin yaradılması təhlükəsinin aradan qaldırılmasına səbəb oldu. Əməliyyatdan sonra burada yaşayan yerli əhalinin sayı 2 milyona çatdı. Fərat Qalxanı əməliyyatı başa çatandan sonra TSQ Suriya ərazilərini tərk edib idarəetməni yerli əhalinin ixtiyarına verdi.[23]

  • Suriya: Suriya Xarici İşlər Nazirliyi ilk açıqlamasında "Türk tanklarının Suriyaya girməsini ərazi bütövlüyünün pozulması" olduğunu bəyan etmişdir.[24]
  • ABŞ: ABŞ Xarici İşlər Nazirliyi Sözcüsü Mark Toner, "Hər iki tərəf üçün burada əsl düşmənin İŞİD olduğunu xatırlatmağa çalışırıq." ifadəsini bəyat etmişdir.[25]
  • Rusiya: Rusiya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada, Türkiya-Suriya sərhədində baş verən hadisələrdən dərin narahatlıq keçirdiklərini bəyan etmişlər.[26] Açıqlamada "Türkiyənin Cerablusdakı əməliyyatlarda Şam hökuməti ilə əlaqəli şəkilədə iş görməli olnası" bildirilir.[27]
  • YPG Lideri Saleh Müslim;: "Türkiyə Suriya bataqlığında çox şey itirəcəkdir." açıqlamasını vermişdir.[28]
  • İsrail: İsrailin Ankarada olan səfiri Amira Oron, "Türkiyə sərhədlərində İŞİD-in olmasına izin verməz. Türkiyə ilə bu məsələ də həm fikirik və onu dəstəkləyirik” açıklamasını vermişdir.[29]
  • İran: İran Xariçi İşlər Nazirinin sözcüsü Bahram Kasimi verdiyi açıklamada, "Suriya topraklarında terrorist qruplarla mücadilə beynəlxalq hüquq çərçivəsində, ölkələrin ərazi bütövlüyü və mərkəzi hökumətlə koordinasiyalı şəkildə edilməlidir" ifadəsini bildirmişdir.[30]
  1. "Arxivlənmiş surət". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-25.
  2. "Arxivlənmiş surət". 2016-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  3. "Arxivlənmiş surət". 2017-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  4. "Arxivlənmiş surət". 2017-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  5. "Arxivlənmiş surət". 2017-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-25.
  6. Türkman Ordusu yaradıldı[ölü keçid]
  7. "Arxivlənmiş surət". 2019-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  8. 1 2 "Arxivlənmiş surət". 2016-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  9. *"Yine saldırı haberi geldi... Bir asker şehit, yaralı askerler var". 2017-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  10. 1 2 "Arxivlənmiş surət". 2017-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  11. "Nearly 100 civilians dead in Turkey-backed Syria op: monitor". 2018-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  12. "Türkiyə YPG və İŞİD-i vurdu". 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  13. "Türkiye'den Cerablus ve Menbic'e 'topçu ateşi'". BBC. 22 August 2016. 23 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2016.
  14. "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-24.
  15. "Fırat Kalkanı Harekatı Hakkında Basın Açıklaması". tsk.gov.tr. 26 Ağustos 2016. 2016-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  16. "TSK'dan Fırat Kalkanı Operasyonu açıklaması". Habertürk. 26 Ağustos 2016. 2016-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26. (#apostrophe_markup)
  17. "Azad Suriya Ordusi 5 kəndi ələ keçirdi". Milliyet qəzeti. 27 Ağustos 2016. 2016-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-27.
  18. "Arxivlənmiş surət". 2016-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-01.
  19. "Bir grup TSK zırhlısı Çobanbey'e girdi". 3 sntyabr 2016. 2016-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-07.
  20. "Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından Fərat Qalxanı əməliyyatı haqqında məlumat yayımlayıb". 2016-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-08.
  21. "Arxivlənmiş surət". 2016-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-06.
  22. "TSK: 14 asker şehit oldu, 138 DEAŞ'lı terörist öldürüldü". 21 dekabr 2016. 2016-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-06.
  23. "Türkiyədən Avropa İttifaqına uzanan təhlükəsizlik çətiri - "Barış Pınarı" ilə barışacaqlarmı?". 2019-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  24. "Suriya Cerablus əməliyyatını qınadı". CNN Türk. 22 Ağustos 2016. 2016-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  25. "Türkiye'nin Cerablus Harekatı İçin ABD'den İlk Açıklama'". Hürriyet. 22 Ağustos 2016.[ölü keçid]
  26. "Rusya'dan 'Cerablus' açıklaması: Derin bir endişeye yol açtı". evrensel.net. 24 Ağustos 2016. 2016-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  27. "Rusya'dan Cerablus operasyonuna ilk yorum'". CNN Türk. 22 Ağustos 2016. 2016-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  28. "Türkiye'nin Cerablus harekâtına Salih Müslim'den tepki, YPG'den açıklama'". Cumhuriyet. 22 Ağustos 2016. 2016-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  29. "Rus gazetesi Kommersant böyle yazdı: Rus istihbaratı Cerablus operasyonunu biliyordu". BirGün. 26 Ağustos 2016. 2016-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-29.
  30. "Cerablus operasyonuna İran'dan ilk resmi tepki". Hürriyet. 26 Ağustos 2016. 2016-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-29.