Fəxrəddin Təhməzov — Vikipediya
Fəxrəddin Təhməzov | |
---|---|
Fəxrəddin Ayət oğlu Təhməzov | |
17 may 1992 – iyun 1993 | |
Əvvəlki | İlhüseyn Hüseynov |
Sonrakı | Nəriman İmranov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Salyan rayonu, Qaraçala, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | dövlət qulluqçusu |
Rütbəsi | General-mayor |
Fəxrəddin Təhməzov (10 yanvar 1951, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri (1992-1993).
Həyatı
[redaktə | mənbəni redaktə et]Fəxrəddin Ayət oğlu Təhməzov 1951-ci il yanvar ayının 10-da Salyan rayonunun Qaraçala qəsəbəsində müəllim ailəsində anadan olmuşdur.
1968-ci ildə Əli-Bayramlı şəhərində (İndiki Şirvan şəhəri) orta məktəbi, 1973-cü ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyat İnstitutunu bitirdikdən sonra bir müddət Əli-Bayramlı şəhərində orta məktəbdə müəllim işləmişdir.
Həqiqi hərbi xidmətə çağırılan F.Təhməzov 1975-ci ildə xidmətini başa vuraraq pedaqoji fəaliyyətini davam etdirmişdir.
1975-1977-ci illərdə SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbində təhsil almış, məktəbi bitirdikdən sonra 1977-ci ilin avqust ayından 1990-cı ilin iyun ayına qədər Azərbaycan Respublikasının DTK-nın mərkəzi aparatında kiçik əməliyyat müvəkkili, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisinin müavini, bölmə rəisi vəzifələrində fəaliyyət göstərmişdir.
1990-cı ilin iyun ayından 1991-ci ilin dekabr ayına qədər MTN (1991-ci ilin noyabrına qədər DTK) Gəncə şəhər və dəmir yol stansiyası şöbəsinin rəis müavini, 1992-ci ilin yanvar ayından Azərbaycan Respublikasının MTN Bakı şəhər üzrə İdarəsində şöbə rəisi vəzifələrində çalışmışdır.
F.Təhməzov 1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunmuş və həmin ayın 23-də general-mayor rütbəsi almışdır.
F.Təhməzov 1993-cü ilin iyununda tutduğu vəzifədən azad edilmişdir. Həmin ildə baş vermiş Gəncə qiyamının yatırılmasında iştirakına görə qısa müddətli həbs cəzası almışdır.[1][2]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Təhməzov Fəxrəddin Ayət oğlu: 1992 may -1993 iyun Arxivləşdirilib 2014-10-31 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Güc strukturlarının həbs olunmuş rəhbərləri - Azadlıq Radiosu". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-14.
- ↑ Türmədən keçən nazirlər - Bizim Yol qəzeti[ölü keçid]