FLEX — Vikipediya
FLEX (tam adı: ing. Future Leaders Exchange - azərb. Gələcək Liderlər Mübadilə Proqramı) — ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və keçmiş sosialist ölkələrindən olan 15-17 yaşlı gənclər üçün nəzərdə tutulan mübadilə proqramı. Proqram tibbi sığorta və gediş-dönüş biletləri daxil olmaqla bir akademik il müddətində 11-ci sinif şagirdlərinə Amerikada yaşamaq və məktəbə getmək getmək şansı verir. ABŞ Dövlət Departamenti tərəfindən fondlaşdırılır. FLEX proqramı 28 il ərzində fəaliyyət göstərmiş və bu müddət ərzində 27,000-dən çox tələbəyə təqaüd təqdim etmişdir. FLEX proqramı çərçivəsində 1,000-dən çox azərbaycanlı tələbə də ABŞ-da təhsil almışdır.[1]
Dəyərləndirmə və seçim
[redaktə | mənbəni redaktə et]FLEX imtahanları hər ilin payızında, əsasən oktyabrın ortalarında keçirlir. Üç turdan ibarətdir: birinci tur 16 sualdan ibarət, demək olar ki, asan testlərdən hazırlanmış imtahan şəklindədir. İkinci tur bakıda birinci turdan bir neçə gün sonra, rayonlarda isə elə həmin gün keçirilir. Şagirdlərdən üç başlıq altında esse yazmaq tələb olunur. Esse mövzuları heç bir akademik mahiyyət daşımır və aplikantın xarakterini ortaya çıxartma məqsədi güdür. İlk iki tur üçüncüyə nisbətən asan və rəqabətsiz keçir. Üçüncü turda valideynlərdən biriyə birgə qatıldıqları imtahan öncəsi orientasiyada şagirdlər anketlərlə təmin olunur və iki həftə ərzində onları dolduraraq Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Bakıdakı ofisinə göndərmək tələb olunur. Əks halda namizdələr qeydə alınmır. Anketlər həkim tərəfindən verilmiş tibbi arayışı və müəllim tərəfindən verilmiş referansı da özündə ehtiva edir, müəllimin vermiş olduğu akademik referansın məzmunu aplikantdan gizli saxlanılır. Üçüncü turda əvvəl esse yazılır, ardınca ELTIS testi keçirilir. 10-12 nəfərlik qrup-pleydən sonra şagirdlər iki nəfərlik jüriylə fərdi müsahibədə olurlar. Namizədlərin bu mərhələdə aktiv davranışı və liderlik bacarıqlarını sərgiləməsi həlledici rol oynayır. Ardından intervü və şagirdin doldurduğu anketlər Vaşinqtondakı əsas ofisə göndərilir. Şagirdlərin finalist statusu alması Vaşinqtonda fəaliyyət göstərən müstəqil komissiyadan asılıdır.
Seçim nəticələri
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "ingilis dili kurslari". British Centre (az.). 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-23.