Feza Gürsey — Vikipediya

Feza Gürsey
türk. Feza Gürsey
Doğum tarixi 7 aprel 1921(1921-04-07)[1]
Doğum yeri
Vəfat tarixi 13 aprel 1992(1992-04-13)[2][1][…] (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbi prostat xərçəngi
İş yerləri
Təhsili
Üzvlüyü

Feza Gürsey (d. 7 aprel 1921[1], İstanbul[1]13 aprel 1992[2][1][…], Nyu-Heyven[3][1]) — Türk fizik və riyaziyyatçı.[4]

7 aprel 1921-ci ildə İstanbulda Prof. Dr. Remziye Hisar (1902–1992) və Dr.Reşit Süreyya Gürseyin ilk oğlu olaraq dünyaya gəldi (1889–1962). Onun atası, Reşit Süreyya Gürsey elm və sənətə böyük maraq göstərən həkim, fizik və müəllim olmaqdan savayı həm də maarifçi idi. Anası Dr. Remziye Hisar Darülfünunda təhsil alan ilk qız şagirdlərindən biri olub, Avropada qadınların çox az bir qisminin özünə iş qura bildiyi bir dövrdə Sarbonnada Dövlət kimya üzrə doktorluq müdafiə etməyə nail olan elm adamıdır.

Feza Gürsey İstanbul Anadolu hisarındakı Otağtepedəki Remziye xanımın ailə evində anadan olub. Parisdə Janna Dark adlı ibtidai məktəbdə təhsilinə başlamış və müəllimlərinin heyranlığını qazanmışdır. Bacısı Deha Gürsey Ouenin sözlərinə görə müəllimi Madam Denizot hər şeyi tez bir zamanda öyrəndiyinə görə Feza Gürseyi çox istəyirdi, onu yanından kənara buraxmırdı.

Qalatasaray Liseyində 3-cü sinifdə təhsilini davam etdirən Gürsey məktəbin sevilən tələbəsi olmuşdur. Sinif yoldaşı təqaüddə olan səfir Özer F.Tevs bir yazısında Feza Gürseydən belə bəhs edirdi:

"Feza Gürsey öz dövrünün Qalatasaray Liseyinin bütün tələbələrrinin və yerli, əcnəbi müəllimləri valeh etmiş bir tələbə idi. Orta məktəbin 3-cü sinfində bir də görərdik ki, Feza bir küncdə Proustun "İtmiş Zamanı Araşdırırakən" adlı fəlsəfi hekâyələrini oxuyur və ya Cézannenin təqlidlərini tədqiq edir… Fransız müəllimlərimiz böyük tənəffüslərdə onu müəllimlər otağına çağırır söhbət edirdilər…"

Feza Gürsey, fizika elminə yiyələnməyə artıq lisey illərində qərar vermişdi. Qalatasaray liseyini 1940-cı ildə qabaqcıllardan biri kimi başa vurduqdan sonra İstanbul Universiteti Fənn Fakültəsi tələbəsi olmuş, 1944-cü ildə Fizika-Riyaziyyat bölməsindən də qabaqcıl tələbə kimi məzun olmuşdur. Milli Təhsil Nazirliyi imtahanını uğurla verib İngiltərə İmperial Kollecinə getmək imkanı qazanmışdır. Burada 1945–1050-ci illər ərzində Prof.Dr.H.Consun rəhbərliyi ilə doktorluq tədqiqatlarına başlamışdır. Bu dövr ərzində "Tək ölçülü statistik sistem" və "İki komponentli dalğa tənlikləri ilə bağlı" başlıqlı iki mühüm məqalə çap etdirmişdir. 1951–1957-ci illərdə Cahit Arifin dəstəyi ilə İstanbul Universiteti Tətbiqi Riyaziyyat kafedrasına köməkçi kimi təyin edilmişdir. 1953-cü ildə "Spinli elektronların klassik və dalğa mexanizmi" adlı dissertasiyası ilə dosent ünvanını almış, bir il sonra Tətbiqi Riyaziyyat kafedrasına dosent təyin edilmişdir.

1961-ci ildə Türkiyəyə dönən Gürsey 1974-cü ilə qədər Prof. Dr. Erdal İnönünün əzmkarlığı və səyləri nəticəsində Yaxın Şərq Texniki Universitetində (ODTÜ) nəzəri fizika kafedrasında professor vəzifəsində çalışmışdır.

1965–1974-cü illərdə Yaxın Şərq Texniki Universitetindəki vəzifəsindən ayrılmaq istəməyən Gürsey Yale Universitetinə qonaq professor kimi qəbul edildi və işə davam etdi. Yaxın Şərq Texniki Universiteti-Yale Universitetləri arasında konform simmetriya, kiral modellər, arasında dönüşümlü olarak lineer olmayan kiral modeller, konform simetri, ümumi nisbilik üzerində tədqiqatlarını davam etdirmişdir.

1974-cü ildə Yale Universitetinin Fizika Bölməsində Feza Gürseyin professorluğunda dəyişiklik oldu. Belə ki, o bu vəzifəni davamlı olaraq icra etməyə başladı və Yaxın Şərq Texniki Universitetini tərk etməyə məcbur oldu.

Feza Gürsey 1971-ci ildə Yale Universitetinin Fizika Bölməsində 1991-ci ildə təqaüdə çıxana qədər işlədi.

1991-ci ildə təqaüdə çıxdıqdan sonra Türkiyəyə qayıtmış, Boğaziçi Universitetinin dəvətini qəbul edərək Fizika bölməsindəki otağına yerləşmişdir. O, 13 aprel, 1992-ci ildə Yale Universiteti xəstəxanasında prostat xərçəngindən vəfat etdi. Nəşi Anadoluhisardakı ailə qəbiristanlığında torpağa tapşırıldı.[5][4]

  • 1969 – TÜBİTAK Elm mükafatı.
  • 1977 – S. Glashow ilə birlikdə J.R. Oppenheimer mükafatı; R. Griffiths ilə Təbiət elmlərində A. Cressey Morrison mükafatı.
  • 1979 – Eynşteyn medalı.
  • 1981 – College de France-da qonaq professor və College de France medalı.
  • 1984 – İtaliya prezidentinin Commendatore mükafatı.
  • 1986 – Romada qonaq professorluq mükafatı.
  • 1989 – Türk-Amerikan alimləri və mühəndisləri Dərnəyinin görkəmli alimi mükafatı.
  • 1990 – Qalatasaray Vəqfi medalı.
  1. 1 2 3 4 5 6 7 8 http://www.encyclopedia.com/doc/1G2-2830905714.html.
  2. 1 2 http://arxiv.org/pdf/hep-th/9207089.
  3. 1 2 http://www.nytimes.com/1992/04/24/obituaries/dr-feza-gursey-71-a-decorated-physicist.html.
  4. 1 2 "Aşk ile Fiziğe Adanmış Bir Ömür: Feza Gürsey" (PDF). 2022-04-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-26.
  5. "From 2D conformal to 4D self-dual theories: quaternionic analyticity. CERN-TH.6533/92, 27 July, 1992" (PDF). 2022-06-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-26.