Əncir — Vikipediya

Əncir
Elmi təsnifat
Beynəlxalq elmi adı
Əncir

Əncir (lat. Ficus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.

Əncirin orqanizmə təsiri

[redaktə | vikimətni redaktə et]

Azərbaycanın bir çox yerlərində yetişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin meyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat verirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır. Bununla belə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir. Əncir ağacıO, həmçinin, sidiyin tutulmasına, şiddətli ürəkdöyüntüsünə qarşı xeyirlidir. Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. . Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həm də yarpaqlarından da istifadə edirlər. Onun tərkibində qətranlı maddələr, furokominlər, P, C vitaminləri və üzvü turşular mövcuddur. Yarpaqların həlimi və cövhərini öskürək, bronxial astma və böyrək xəstəliyində qəbul edirlər, tər-tər yarpaqları isə çibanların üzərinə qoyurlar. Əncirin təzə meyvəsinin tərkibində 23% şəkər (qlyukoza, fruktoza), pektin maddələri, lifli maddələr, üzvü turşular, C, B1, B2, B6, PP vitaminləri, karotin (A provitamini), pantoten və foli turşuları, kalium, fosfor, kalsium, maqnezium və dəmir mövcuddur. Əncirin quru meyvəsində 71%-ə qədər şəkər vardır, onun kalorisi yüksəkdir . Əncirin meyvəsi işlətmə təsirinə malik olan kafiol preparatının tərkibinə daxildir. Əncir yarpağından hazırlanan psoberan preparatı vitiliqo və keçəlliyə qarşı müalicə üçün icazə verilib. Müasir təbabət ənciri ürək-damar xəstəliyində müalicəvi vasitə kimi, damar trombozlarında (qanın laxtalanmasını azaldır) istifadə etməyi məsləhət görür. Süddə bişirilmiş əncir yuxarı nəfəs yolları xəstəliyində yaxşı kömək edir. Meyvənin həlimi və mürəbbəsi tərqovucudur, qızdırmanı aşağı salır, həzmə kömək edir və yüngül işlətmə təsirinə malikdir.

Əncir haqqında

[redaktə | vikimətni redaktə et]

Yer üzündə 750 -dən çox əncir növü olduğu söylənilir. Əncir ağacı insan təkamülündə və mədəniyyətin yaranmasında da rol oynayıb. Bu ağaclar həm tarixə şahidlik edib, həm də onu formalaşdırıb. Əgər bu ağaclara düzgün yanaşsaq, gələcəyimizi də zənginləşdirə bilərik. Çiçək açan bir çox bitki çiçəklərini nümayiş etdirsə də, latınca adı Ficus olaraq bilinən əncir bitkisinin çiçəkləri, içi boş meyvələrin içində gizlənir. Bundan başqa, bir çox bitkinin kökləri yerin altına inkişaf etdiyi halda, bəzi əncir növlərində köklər, yerin üzərində böyüyür. Florida ənciri və ya strangler ənciri adı ilə də tanının ağacın toxumları, quşlar və məməli heyvanlar vasitəsilə digər ağacların başına düşür və oraya düşən bol işıq ilə böyümək şansı yaranır. Bu müddət ərzində üzərində böyüdüyü ağacdan aşağıya sallanan köklər, uzanaraq torpağa çatır. Bu köklər inkişaf etdikcə, ana ağacı tam şəkildə sarıyaraq ölümünə belə yol aça bilir.

Florida ənciri

[redaktə | vikimətni redaktə et]

Florida ənciri və ya strangler ənciri adı ilə də tanının ağacın toxumları, quşlar və məməli heyvanlar vasitəsilə digər ağacların başına düşür və oraya düşən bol işıq ilə böyümək şansı yaranır. Hindistandakı İndus Vadisi mədəniyyətləri, min illərlə əfsanə və rəvayətlərində, rəsmlərində bu bitkini təsvir ediblər.

Asiyanın tropik və subtropik bölgələrində yaranıb inkişaf edən mədəniyyətlər, əncir ağacını iqtidar simvolu və ibadət yeri olaraq görüblər. Bunların arasında banyan adı ilə də tanınan Hind ənciri, önəmli yeri tutur. Yaradılış hekayələri, folklor və məhsuldarlıq çağına çatmaqla əlaqələndirilən bu ağac, o qədər böyükdür ki, uzaqdan kiçik bir meşəni xatırlada bilər.

Əncir ağacı digər bütün bitkilərdən daha çox yabanı həyatı bəsləyir. Yer üzündə 1200 canlı növü əncir ilə qidalanır. Bunlar arasında quşların onda biri, meyvə yarasaları, primatlar da var. Bu canlılar əncirlə bəsləndikcə, toxumların yayılmasına kömək olur. Ekoloqlar bu səbəblə, ənciri "əsas qaynaq" olaraq görürlər. Əncir yox olarsa, qalan hər şey də çökər.

Enerji ilə dolu bu meyvə, insanın beyninin böyüməsinə fayda verə bilər. Belə ki, bəziləri insan əlinin, əncirin yetişmişini tapıb yığa biləcək formada təkamül etdiyinə inanırlar. Əncir ağacı min illər öncə insanın ilk əkib yetişdirdiyi bitiklərdəndir. Qədim Misir fironlarının məzarına başqa şeylərlə yanaşı, quru əncir də qoyularmış.[3][4].

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 482. doi:10.5962/BHL.TITLE.746
  2. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1059.
  3. "Əncir və onun faydaları" (az.). https://kayzen.az/blog/erzaq. 14 iyun 2011. 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7mart 2021.
  4. "İnsanlıq tarixini formalaşdıran ağac" (az.). https://www.bbc.com/azeri. 24 Yanvar 2017. 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2021.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]