Filip Kotler — Vikipediya

Filip Kotler
ing. Philip Kotler
Doğum tarixi 27 may 1931(1931-05-27)[1][2] (93 yaş)
Doğum yeri
Elm sahəsi marketinq
İş yeri
Təhsili
İmza
pkotler.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filip Kotler (ing. Philip Kotler; 27 may 1931[1][2], Çikaqo, İllinoys) — ABŞ-nin Şimal-Qərb Universitetinin tərkibində olan C.L.Kelloqa adına Ali Menecment məktəbinin beynəlxalq marketinq üzrə proffesoru. Çikaqo Universitetində iqtisadiyyat üzrə magistr və fəlsəfə doktoru dərəcəsi almışdır.

Filip Kotler 13 mart 2014-cü ildə Q. V. Plexanov adına Rusiya İqtisad Universitetinin hörmətli doktoru dərəcəsinə layiq görülmüşdür[3].

Kotlerin valideynləri o zaman Rusiya imperiyasının tərkibində olan Ukraynada yaşayırdı. Onlar inqilabdan sonra, 1917-ci ildə ABŞ-yə mühacirət etmişlər[4].

Marketinq və menecment üzrə bir çox kitabların, eyni zamanda aparıcı jurnallarda nəşr olunan 100-dən çox məqalənin müəllifidir. Journal of Marketing tərəfindən ən yaxşı məqalə üçün təltif edilən illik Alfa Kappa Psi mükafatına üç dəfə layiq görülmüş yeganə müəllifdir. Marketinq sahəsində göstərdiyi töhfələrə görə bir çox medallara və mükafat layiq görülmüşdür. Marketinqə aid bütün bilikləri sistemləşdirməsi onun əsas töhfələrindəndir. Onun "Marketinqin əsasları" kitabı 2009-cu ildə 9-cu dəfə yenidən nəşr edildi və marketinq sahəsi üzrə əsas "ədəbiyyat"dır.

  1. 1 2 Deutsche Nationalbibliothek Record #121409600 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Philip Kotler // SNAC (ing.). 2010.
  3. "Знаменитый маркетолог Филип Котлер стал почетным доктором РЭУ". РИА Новости. 2014-03-13. 2014-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-14.
  4. " Инберг В. Отличная компания!.. от других". 2008-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-05.