Frankokratiya — Vikipediya
Frankokratiya[a] — orta əsr Balkanlar və Anadolu[b] tarixində, 1204-cü ildə Konstantinopolun səlibçilər tərəfindən ələ keçirilməsindən sonra siyasi və iqtisadi gücün müxtəlif Qərbi Avropa mənşəli sülalələrin və hökmdarların əlində olduğu dövr. Pərakəndə və kiçik olmalarına baxmayaraq, frankokrat hakimiyyətlər dövrə görə təkmilləşmiş hərbi və iqtisadi keyfiyyətlər nümayiş edirdilər, lakin mədəni, dil və dini səbəblərdən yerli əhalinin əsas hissəsinin dəstəyindən məhrum olduqlarından bir müddət sonra Osmanlı imperiyası tərəfindən fəth edilmişdilər. Bu dövrü "Türkokratiya" adlandırırdılar.
Tarix
[redaktə | mənbəni redaktə et]XII əsrin ikinci yarısında Bizans imperiyasının zəifləməsi Şərqi Aralıq dənizində Qərbi Avropa dövlətlərinin təsirinin güclənməsinə zəmin yaratmışdır. Bu dövrdə əsasən fransızlardan ibarət səlibçi cəngavər-feodal ordusu, eyni zamanda Venesiya, Genuya və Piza kimi donanmaya malik İtaliya respublikaları Bizans imperiyasını süquta uğratmışdır. Birinci səlib yürüşünün təcrübəsi onu göstərirdi ki, aqressiv müsəlman dövlətləri ilə əhatə olunmuş səlibçi dövlətlərini saxlamaq Avropa xristianları üçün çətin idi. Səlibçilərin hədəfi tezliklə daha yaxın olan Bizans imperiyası tərkibindəki Egey adalarına və Balkan yarımadasına yönəlmişdir. Bu ərazilər böyük sahil ticarəti və hərbi postlar şəbəkəsinə malik idi. Səlibçi işğalının rəsmi səbəbi katolik və pravoslav xristianlar arasındakı fərqləri "həll etmək" cəhdi idi.
Bizans imperiyası türklərin Anadoluya daxil olması və Balkan yarımadasında yaşayan slavyanların azadlıqçı hərəkatlarının şiddətlənməsi nəticəsində tədricən vahid imperiya xarakterini itirməyə başlamışdı. 1204-cü ildə Konstantinopolun səlibçilər tərəfindən ələ keçirilməsi Bizans imperiyasının yerli şüurda mərkəzləşmiş gücünün varlığına son qoymuşdur. 50 ildən çox davam edən soyğunçuluq və quldurluqdan sonra şəhər faktiki olaraq əhalisizləşmiş və əvvəlki şöhrətini itirmişdir. Əlavə olaraq, yerli knyazlıqların mərkəzinə çevrilən Durasso və Teben kimi şəhərlərin rolu artmışdır. Səlibçilər imperiyanın qalıqları üzərində Qərbi Avropa knyazlıqlarının analoqlarını yaratmışdılar. Frankokrat dövlətlərdən olan Latın imperiyası formal xarakter daşıyırdı və Konstantinopol da daxil olmaqla Şərqi Frakiya ərazisini əhatə edirdi. Əksər frankokrat dövlətlərin köhnə imperiya ilə müqayisədə kompakt təbiəti onların rifahına müsbət təsir etmişdir. Ən uzun müddət mövcud olan frankokrat ərazilər Rodos, Kipr, Krit və Dalmatiya kimi ərazilər idi, çünki onlar böyük donanmalar tərəfindən qorunurdular və quru istilaları üçün əlçatmaz idilər.
Qalereya
[redaktə | mənbəni redaktə et]- Afina akropolunda frank qülləsi. 1874-cü ildə dağıdılmışdır.
- Xlemusi qalası.
- Rodos şəhəri. Təqribən 1490-cı il.
- Rodos qalası.
- Bakirə Məryəm kilsəsi. Rodos.
- Mitilini qalası.
- Platamon qalası.
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ yun. Φραγκοκρατία, mənası – Frankların hakimiyyəti. Həmçinin Latinokratiya (yun. Λατινοκρατία, mənası – Latınların hakimiyyəti) və ya Venetokratiya (yun. Βενετοκρατία, mənası – Venesiyalıların hakimiyyəti).
- ↑ Egey və İoniya adaları, Mərmərə dənizi, Kipr və Krım, həmçinin Azov dənizi də daxil olmaqla.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Bintliff, John. The Archaeology of Frankish-Crusader Society in Greece // The Complete Archaeology of Greece: From Hunter-Gatherers to the 20th Century A.D. John Wiley & Sons. 2012. 416–435. ISBN 978-1405154192.
- Bon, Antoine (1969). La Morée franque. Recherches historiques, topographiques et archéologiques sur la principauté d'Achaïe [The Frankish Morea. Historical, Topographic and Archaeological Studies on the Principality of Achaea] (in French). Paris: De Boccard. OCLC 869621129.
- Fine, John Van Antwerp (1994) [1987]. The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest. Ann Arbor, Michigan: University of Michigan Press. ISBN 0-472-08260-4.
- Geanakoplos, Deno John (1959). Emperor Michael Palaeologus and the West, 1258–1282: A Study in Byzantine-Latin Relations. Cambridge, Massachusetts: Harvard University Press. OCLC 1011763434.
- Jacobi, David (1999). "The Latin empire of Constantinople and the Frankish states in Greece". In Abulafia, David (ed.). The New Cambridge Medieval History, Volume 5, c.1198–c.1300. Cambridge: Cambridge University Press. pp. 525–542. ISBN 9781139055734.
- Maltezou, Chrysa A. Η Κρήτη στη Διάρκεια της Περίοδου της Βενετοκρατίας ("Crete during the Period of Venetian Rule (1211–1669)") // Panagiotakis, Nikolaos M. (redaktor). Crete, History and Civilization (yunan). II. Vikelea Library, Association of Regional Associations of Regional Municipalities. 1988. 105–162.
- Nicol, Donald M. The Despotate of Epiros 1267-1479: A Contribution to the History of Greece in the Middle Ages (2. expanded). Cambridge University Press. 1984 [1957]. ISBN 9780521261906.
- Zečević, Nada. The Tocco of the Greek Realm: Nobility, Power and Migration in Latin Greece (14th-15th centuries). Belgrade: Makart. 2014. ISBN 9788691944100.