Futbol meydançası — Vikipediya

"Tofiq Bəhramov" stadionun meydançası

Futbol meydançası — futbol oynamaq üçün meydança. Oyunlar həm süni, həm də təbii örtükdə oynana bilər. Süni örtük yaşıl rəngdə olmalıdır. Onun ölçüsü futbolda birinci qaydaya görə təyin olunur.

  • 1863 – Meydançanın ölçüsünə aid ümumi qaydalarda ilk göstərişlər.
  • 1875 – Şeffild Futbol Assosiasiyasının təzyiqləri altında, İngiltərə Futbol Assosasiyası yeni qaydalar qəbul edir. Bundan sonra qapının yuxarı tiri daha sərt materialdan düzəldilməyə başlandı və lent istifadəsi qadağan olundu. Qapıların yekun ölçüsü təsdiq olunmuşdu.
  • 1891 – Qapılara tor salınmağa başlanır.
  • 1901 – Meydanda ilk dəfə cərimə meydançası çəkilməsinə aid qanun təsdiq olunur.
  • 1912 – Qapıçılara yalnız cərimə meydançasında topu ələ götürməyə icazə verildi, bundan öncə qapıçılar meydanın istənilən yerində topu ələ götürmək haqqına sahib idilər.
  • 1937 – Сərimə meydançasının qövsü penalti nöqtəsindən 10 yard uzaqda olmalıdır.

Meydança düzbucaq formasındadır. Yan xətt mütləq qapı xəttindən daha uzun olmalıdır.

Meydançanın ölçüləri:

Uzunluğu: minimum 90 m (100 yard), maksimum 120 m (130 yard)

Eni: minumum 45 m (50 yard), maksimum 90 m (100 yard)

Milli komandalar oyunu zamanı meydançanın ölçüləri:

Uzunluğu: minimum 100 m (110 yard), maksimum 110 m (120 yard)

Eni: minimum 64 m (70 yard), maksimum 75 m (80 yard)

Tövsiyə olunan ölçülər[1]:

Uzunluğu — 105 metr

Eni — 68 metr

Meydanın mərkəzi

[redaktə | mənbəni redaktə et]

Meydança iki yerə bölünür. Həm də orada mərkəz xətti var, o, yann xətlərinin mərkəzini birləşdirir. Orta xəttin mərkəzində dairə şəklində meydanın mərkəzi işarəsi çəkilir, dairənin 0.3 m (1 fut) diametri var. O işarənin içində 9,15 m (10 yard) diametrli daha bir çevrə çəkilir. Meydanın mərkəzində oyun başlayanda, qol vurulanda, əsas vaxt və əlavə olunmuş dəqiqələr bitəndə ilk zərbə yerinə yetirilir. Meydanın mərkəzində başlama vuruşu yerinə yetirərlərkən, hər oyunçu meydançanın komandasına aid olan yarısında olmalıdır. Başlama vuruşunun yerinə yetirilməsini gözləyən rəqib komanda isə mərkəzi dairədən kənarda olmalıdır.

Qapının sahəsi

[redaktə | mənbəni redaktə et]

Meydanın hər iki yarısında qapının sahəsi nişan olunur. Həmin bu zonadan qapıdan zərbə yerinə yetirilir. Qapı xəttinə düz bucaq altında olan və qapı dirəyindən 5.5 m (6 yard) aralığında yerləşən məsafədə meydanda iki xətt çəkilir. 5.5 m (6 yard) məsafəsində bu xətlər, qapı xəttinə paralel olan başqa xətlə birləşir. Beləliklə qapının sahəsi 18,32 metr (20 yard) 5,5 metrə (6 yarda) bərabərdi.

Cərimə meydançası

[redaktə | mənbəni redaktə et]

Meydanın hər yarısında cərimə meydançası yerləşir. Bu meydançada qapıçı topu əlinə götürə bilər və burada oyunçu oyun pozuntusu eləsə, bu 11 metrlik cərimə zərbəsi kimi dəyərləndirəcək. Qapı xəttinə düz bucaq altında olan və qapı dirəyindən 16.5 m (18 yard) aralığında yerləşən məsafədə iki xətt çəkilir. 16.5 m (18 yard) məsafəsində bu xətlər, qapı xəttinə paralel olan başqa xətnən birləşir. Beləliklə, cərimə meydançasının sahəsi 40,32 metr (44 yard) 16,5 metrə (18 yarda) bərabərdir. Cərimə meydançasl daxilində, qapı xəttinin ortasında və qapıdan 11 m aralı olan yerdə penalti zərbəsinin işarəsi qeyd edilir. O işarə diametri 0,3 m (1 yard) bərabər olan dairədən ibarətdir.

Künc sektorları

[redaktə | mənbəni redaktə et]
Bayraq ağacı

Meydançanın hər 4 küncündə 1 m (1 yard) diametrində olan qövs çəkilir, hansınınki mərkəzi meydançanın küncündə yerləşir.

Künc sektorların 9.15 m (10 yard) uzaqlığında, yan xəttlərdə və qapı xəttində bəzi işarələr qoyula bilər. Bu işarələr, künc zərbəsini yerinə yetirərkən, oyunçuların hansı məsafədə olduğunu ölçmək üçündür. Künclərdə mütləq bayraq ağacları olmalıdır, onların ölçüsü 1,5 metrdən (5 fut) çox olmamalıdır və başı iti olmamalıdır.

Qapıların ölçüləri 7,31×0 m olmalıdır. Qapıların yerə etibarlı şəkilldə təsbit olunması vacibdir. Səyyar qapılar ancaq tələblərə cavab verdiyi halda, istifadə oluna bilər. Qapı xəttinin eni dirəklərin və tirin eninə bərabər olmalıdır. Qapıya tor salınmalı, möhkəm bərkitməli və elə yerləşdirilməlidir ki, qapıçıya mane olmasın. Dirəklər və tir ağacdan, metaldan və başqa icazə verilmiş standart materiallardan hazırlanmalıdı, en kəsiyi isə ya düzbucağ, ya ellips, ya kvadrat yada dövrə formasında olmalıdı, həmçinin rəngi ağ olması mütləqdir.

Oyun keçirilən zamanı, ehtiyat oyunçular və texniki personal üçün ayrılan yer texniki zona adlandırılır. Bu zona oyun meydanına bilavasitə yaxın olmalıdır. Zonanın sərhədini göstərmək üçün xüsusi işarələndirmə məsləhətlidir.Texniki zonada yalnız Baş məşqçi və 1 ehtiyat oyunçu ayaqüstə dayana bilər

Futbol meydanın konstruksiyası

[redaktə | mənbəni redaktə et]

Dünya standartlarına uyğun futbol meydançası mürəkkəb çoxqatlı bir qurğudur. Futbol meydançası bundan ibarətdir:

Ot örtüyünü suvarmaq və gübrələmək lazımdır. Belə örtük çox oyun keçirtməyə imkan vermir, və çox taptalanmasın deyə həftədə ancaq 2 oyun keçirtməyə icazə verilir. Müasir stadionlarda ot meydançada yetişdirilmir, rulon formasında meydançalara gətirilir.

Tofiq Bəhramov stadionun ot örtüyünə 2014 ildə 400 min avro xərclənmişdi. Yenilənmiş stadionda keçirlimiş ilk oyun "Qarabağ"-"Sent Etyen" arasında idi[2]

Sintetik örtük

[redaktə | mənbəni redaktə et]

Sintetik örtük ot örtüyünü əvəz edə biləcək vasitədir. Bu ötrük həm də fotosintez şərtləri pis olan reqionlarda çoxlu istifadə olunur.

Sintetik örtük sintetik materiallardan, süni "otcuqlardan" ibarət olan bir "xalçadır". Oyun xüsusiyyətlərinin təmin etmək üçün, süni örtüyü qumla və rezin qırıntıları ilə doldurular.

Sintetik örtük üçün 2 tip qulluq tələb olunur:

  • Sərt örtüyünü tullantılardan təmizələnməsi (ağac yarpağları və s.), və kvars qumundan və rezin qranulyatdan ibarət olan altılıqı lazım olan səviyyəyə qədər nizamlı doldurulması.
  • Altılıqı xüsusi avadanlıqıla sıxılaşması. O cihaz altılıqı yumşaldır.
  1. "Arxivlənmiş surət" (PDF). 2012-11-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-09-08.
  2. http://bizimyol.info/?xeber=32195