Fyodorovka rayonu (Başqırdıstan) — Vikipediya
Fyodorovka rayonu | |||||
---|---|---|---|---|---|
Федоровка районы | |||||
| |||||
54°41′19″ şm. e. 56°08′10″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 31 yanvar 1935 | ||||
Sahəsi |
| ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
| ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 34746 | ||||
Poçt indeksi | 4532ХХ | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Fyodorovka (başq. Фёдоровка районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Fyodorovka kəndidir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Rayon Başqırdıstan Respublikasının cənub-qərbində, Uralın quraq çöl zonasında yerləşir. Qərbdən Orenburq vilayətinin Şarlıkski rayonu ilə, şimaldan Sterlibaş ilə, cənubdan Köyörqəze ilə, şərqdən Mələeuz rayonları ilə həmsərhəddir. Rayonun ümumi sahəsi 1693 km² -dir. Regional mərkəz Ufadan 230 km məsafədə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:
2024 - 15,99 min nəfər.
2035 - 13,68 min nəfər.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: tatarlar - 31,9 %, ruslar - 23,1 %, başqırdlar - 20 %, çuvaşlar - 12,2 %, mordvalar — 10,4 %, digər millətlərdən olanlar - 2,4 %[3]. Rusiya Federasiyasında əhalinin 10% -dən çoxunda beş millətin nümayəndəsi olan yeganə inzibati rayondur. Bu baxımından sıradakı digər 2 rayon fərqlənir: şəhər rayonları, Mahaçqala və Kaspiysk şəhər dairələri.
Yerli özünü idarəetmə
[redaktə | mənbəni redaktə et]Nuriman rayonu ərazisinə 14 kənd inzibati vahidliyinə ümumilikdə 68 yaşayış məntəqəsi daxildir
Sosial sfera
[redaktə | mənbəni redaktə et]Rayonda 40 ümumtəhsil məktəbi, o cümlədən 13 orta məktəb, uşaq incəsənət məktəbi, musiqi məktəbi, 23 kütləvi kitabxana, 32 klub və 4 xəstəxana vardır.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Rayon kənd təsərrüfatı istiqamətlidir. Sənaye və emal zəif inkişaf etmişdir. Kərpic xammalı, qum və çınqıl, tikinti daşı yataqları vardır. Kənd təsərrüfatına yararlı torpaqların sahəsi 136,2 min ha, əkin sahələri - 91,3 min ha, biçənəklər - 7,9 min ha, otlaqlar - 36.9 min ha təşkil edir.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Sterlibaş - Fedorovka - Mələuz, Fedorovka - Sterlitamak, Fedorovka - Dedovo - Ermolayevo magistral yolları rayon ərazisindən keçir.
KİV
[redaktə | mənbəni redaktə et]«Aşkadarskie zori» qəzeti rus, tatar və başqırd dillərində nəşr olunur.
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]Xabibulla Baxtiqareyeviç Abdyuşev, - Sosialist Əməyi Qəhrəmanı.
Radif Qaleeviç Akçurin - milli güləş üzrə dünya çempionu.
Nikolay Timofeyeviç Antoşkin - Sovet İttifaqı Qəhrəmanı.
Pyotr Yakovleviç Baklanov - iqtisadçı-coğrafiyaçı, Rusiya Elmlər Akademiyasının akademiki.
Qennadi Semenoviç Kazanin - geofizik, Arktik dəniz kəşfiyyat ekspedisiyasının baş direktoru.
İvan Nikolaeviç Antipov-Karataev - Sovet torpaqşünas alimi, Moskva Dövlət Universitetinin professoru (1940), Kliment Oxridski adına Sofiya Universitetinin fəxri doktoru (1947), Tacikistan SSR Elmlər Akademiyasının akademiki (1951)[4][5].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-25.
- ↑ "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.
- ↑ "Антипов-Каратаев Иван Николаевич, (1888-1965), почвовед, действительный член АН Таджикской ССР (1951)" (rus). Архивы Российской академии наук. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.
- ↑ "Антипов-Каратаев Иван Николаевич (1888—1965)" (rus). Действительные члены АН РТ с 1951 г. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.