Göydərə (Culfa) — Vikipediya

Göydərə
39°10′13″ şm. e. 45°40′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Göydərə xəritədə
Göydərə
Göydərə

Göydərə (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd Sovetindəki Noraşen kəndi Göydərə kəndi adlandırılmışdır.[2]

Əlincə çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Aradərə olmuşdur. XIX əsrdə Cənubi Azərbbaycandan gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi Noraşen adlandırılmışdı. 1992-ci ildən kəndin adı dəyişdirilərək Göydərə kimi rəsmiləşdirilmişdir.[3]

Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı ilə Culfa rayonunun Saltax kənd Sovetindəki Noraşen kəndi Göydərə kəndi adlandırılmışdır.[4]

Əhalisi 1448 nəfərdir.[5]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Eldəniz Məmmədov - idmançı, polis zabiti - karate üzrə 2 kat dünya çempionu (dünya rekortmeni). Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki.
  • Vəliyev Mübariz Əkbər oğlu - 1978-ci ildə Naxçıvan MR Culfa rayon Göydərə kəndində anadan olub. Həmin kənd orta məktəbində təhsilini başa vurub Ali təhsillidir. İlk təhsili: İqsadiyyatın tənzimlənməsi. 2-ci təhsili: Qida məhsullarının hazırlanma və saxlanılma texnologiyası. Təhsili: Belarus Dövlət Qida və Kimya Texnologiyaları Universiteti (BDQU) Beynəlxalq kurslar və xüsusi beynəlxalq sertifikatlar almışdır: «Maliyyə hesabatlarının idarə olunması» «Biznesin idarə olunması və təşkili» «HACCP» Keyfiyyətə nəzarət «HACCP» Qida təhlükəsizliyi AREGALA - Beynəlxalq Qastronomik (86 ölkə daxildir) Assosiasiyasının vitse prezidenti. Amerika və Avropanın «Cooks Without Borders» - MDB ölkələri, Avrasiya üzrə vitse prezidenti. «Azərbaycan Bayrağı» mükafatı - Azarbaycanın qida sahəsinin inkişafında xidmətlərinə görə. Avropanın « Elit Şeflər birliyi » nin Azərbaycan üzrə rəsmi direktoru. ECOLAB - Certificate of Participation / Food Safety / Hygiene Hellenic Executive Chefs Federation - Euro Chef Executive Chefs Club of Greece - Executive Chef Xüsusi Təlim Sertifikatı - Zeytun yağı haqqında Türkiyədə «Altın kepçe>> yarışında münsif qızıl nişanı. Crotia Chef Association - Plaque of Gratitude Twin England- Certificate of Achievement «Qızıl əllər» Ali Diplomu Laureatı (Azer KİVİHİ) «Master» Ali Diplomu Laureatı (Azer KİVİHİ) Zdrujenze of Slovenia - Master Chef Televiziya Layihələri: TV Kulinariya layihəsində layihə rəhbəri. «Ləzzət ovçusu» «Möcüzə ləzzətlər» «Səyahətin dadı» «Təbiətin dadı»
  • Vəfadar Məmmədov - idmançı - karate üzrə Dünya(1997) və Avropa(1996) çempionu. Azərbaycan Respublikası, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəis müavini, polkovnik-leytenant.
  • Bəxtiyar Əsgərov (siyasətçi) — Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri.
  • Racu Vəliyev - texnika üzrə fəlsəfə doktoru, 25-dən çox elmi məqalənin müəllifidir, ölkəmizdə və xaricdə bir sıra beynəlxalq elmi konfranslarda müxtəlif tezislərlə çıxış etmişdir. SOCAR-ın vitse-prezidentinin müavini.
  • Turan Vəlizadə

Azərbaycan futbolçusu, Azərbaycan futbol klubu olan "Neftçi" PFK-nın yarımmüdafiəçisi

  1. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. "Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı". 2018-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  3. Göydərə (Culfa) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. "Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı". 2012-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-03.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.