Güləş — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Güləş | |
---|---|
| |
Tam adı | Güləş |
Yaranma tarixi | Eramızdan əvvəl 708-ci il |
Vikianbarda əlaqəli mediafayllar |
Güləş — iki nəfərin əl-ayaq vasitəsilə digərini arxası üstə yıxmağa cəhd etdiyi idman növü.[1]
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləş ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardır[mənbə göstərin]. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Müxtəlif ölkələrdə, ayrı-ayrı güləşçilər bir çox fəndlərdən istifadə edirdilər. Müasir güləşçilər də bu fəndlərin bəzilərindən istifadə edirlər. Klassik güləşməni götürək. Onu qabaqlar Yunan-Roma güləşi adlandırırlar. Bu güləş indi də qədim yunanların və romalıların güləşini xatırladır. Xüsusi geyimli güləşçilər xalça üzərinə çıxıb, bir-birinin əlini sıxır və güləşməyə başlayırlar. Məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna "təmiz qələbə" deyirlər. "Təmiz qələbə" mümkün olmayanda xal hesabı ilə qalib gəlmək olar. Xallar hər bir uğurlu fənd üçün verilir.
Rus pəhləvanı İvan Poddubni ən yaxşı güləşçilərdən biri idi. O, altı dəfə dalbadal dünya çempionu olmuş, onun kürəklərini yerə vuran olmamışdı.
Sərbəst güləş ilk baxışdan klassik güləşməyə oxşayır, lakin klassik güləşmədən fərqli olaraq sərbəst güləşmədə çarpaz vurmaq, badalaq gəlmək, beldən aşağı yapışmaq olar. Sərbəst güləşmədə də bəzi xalqların güləş fəndlərindən istıfadə edilir.
Klassik Sərbəst güləşdən fərqli olaraq burada qurşaqdan aşağı tutmaq və fənd tətbiq etmək olmaz. Bu güləş növünə "Yunan-Roma güləşi" də deyirlər.
Cüdo güləşi Yaponiyada yaranıb. Cüdo sərbəst güləşmədən onunla fərqlənir ki, burada ağrı verən və boğucu fəndlər də işlətmək olur. Qalib gəlmək üçün bəzən güləşçi rəqibinin qoluna çiyindən, yaxud dirsəkdən ağrıdıcı fənd tətbiq edir, vətərləri sıxır və yaxud boğaraq təslim olmağa məcbur edir.
Sambo güləşi ölkəmizin müxtəlif xalqlarının milli güləşlərindən götürülmüş fəndlərdən ibarətdir. Qazaxların "kures", azərbaycanlıların "güləş", gürcülərin "çidoba", taciklərin "güştingiri" güləşləri ilə sambo arasında oxşar cəhətlər çoxdur. "Sambo" sözü rusca "Самооборона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar. Azərbaycan milli güləşinin tarixi çox qədimdir. Peşəkar güləşçilər Sali Süleymanov, Rəşid Yusifov və başqalarının adı çoxlarına məlumdur. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra milli güləş respublikamızda daha da inkişaf etmişdir. 1937-ci ildən milli güləş üzrə rayon, şəhər və respublika yarışları keçirilir. Milli güləşdə beldən aşağı müxtəlif fəndlərə icazə verilir. Güləş pəhləvanların ənənəvi salamlaşması və özlərini təqdim etməsi mərasimindən sonra qoşa zurna ilə çalınan "cəngi" sədaları altında başlanır. Güləşmə üzrə beynəlxalq yarışlarda sovet idmançıları böyük müvəffəqiyyətlər qazanırlar. Sovet güləşçilərindən İ. Kotkas, G. Kartoziya, A. İvanitski, A. Medved, Ə. Əliyev, S. Andiyev, L. Tediaşvili, Azərbaycan güləşçilərindən İ. Dadaşov, M. Babayev, R. Məmmədbəyov, A. İbrahimov, A. Niftullayev, R. Hacıyev, T. Paşayev, M. Allahverdiyev (üç dəfə dünya çempionu), X. İsayev, K. Məcidov və başqaları dünya, Avropa çempionatları və ya Olimpiya oyunlarının, SSRİ birinciliklərinin qalibləri, yaxud mükafatçıları olmuşlar.
Güləş idmanının faydaları
[redaktə | mənbəni redaktə et]Güləş idmanı insanlıq tarixi qədər köhnədir. Mübarizə idmanları içərisində hər vaxt ən ön safda iştirak etməkdədir. Türk və İslam dünyasında çox böyük yer tutmuşdur. Bunun səbəbi sevimli peyğəmbərimizin Məhəmməd Mustafa (s.ə.v) şəxsən özləri güləş edərək şərəfləndirməsidir.
- Güləş digər idman sahələrinə görə gənclərin mühərrik tutumunu inkişaf etdirməsində çox təsirli olduğu isbat edilmişdir.
- Güləş yalnız sürət qüvvət elastiklik, dayanıqlılıq kimi fiziki xüsusiyyətlərini inkişaf etdirər.
- Güləş eyni zamanda cəsarət təvazökarlıq özünə güvən kimi insani xüsusiyyətləri inkişaf etdirər.
- Bəli güləş idmanı bir mübarizə idmanı olmaqla birlikdə insana aclığı susuzluğu yoxluğa söykən/dözmə əzmi qazandıran müdhiş bir idmandır.
- Bu ata idmanımız olan güləşi bütün uşaq və gənclərimizə öyrətməliyik. Çünki gələcək onların əlində yüksələcək.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.efremova.info/word/borba.html Arxivləşdirilib 2021-02-28 at the Wayback Machine Значение слова борьба. Ефремова Т. Ф. Новый словарь русского языка. Толково-словообразовательный. — М.: Русский язык, 2000
İdman ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |