Günay Əhməd — Vikipediya
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin. Bu məqalə sonuncu dəfə 11 saniyə əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Günay Əhməd | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Dmanisi, Gürcüstan, Gürcüstan SSR SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 2005–h. h. |
![]() |
Günay Əhməd — Azərbaycanın teatr və kino aktrisası.
Həyatı
[redaktə | mənbəni redaktə et]Gunay Əhməd 1985-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. 1987-ci ildə ailəsi ilə birgə Rusiyann Kursk vilayətinə daha sonra 1992-ci ildə Bakı şəhərinə köçürlər. 1992-ci ildə "Karate Do" daha sonra Azərbaycan milli rəqslərinin sirrlərini öyrənir. 2002–2005-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Kütləvi tədbirlər rejissor" fakültəsində təhsil alır.2005–2006-cı illərdə Cabir Novruz Fondunun nəznində "CNF production"da prodüser kimi çalışıb. Həmin illərdə bir neçə klip ve reklamlarda çəkilir.2012-ci ildən aktrisa kimi fəaliyyətinə davam edir. İlk çəkildiyi serial "Sirr"serialı olur. 2014-cü ildə xalq artisti Pərviz Məmmədrzayevin köməyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəznində yaranan studiyada fəaliyyət göstərib. 2015-ci ildə xalq artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr"in üzvü olur. Hazırda "M-Teatr" ilə yanaşı seriallarda ve filmlərdə çəkilir. 2020-ci ildən "Actors Agency" aktyor agentliyi ilə əməkdaşlığ edir.
"M-Teatr" Müstəqil Teatrı
[redaktə | mənbəni redaktə et]Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Məsəl ya… | Qadın | 2016 | Vidadi Həsənov | Üzeyir Hacıbəyov |
Tıq-tıq xanım | Tıq-tıq xanım | 2016 | Vidadi Həsənov | Abdulla Şaiq |
O, mənimdir | Balaca şahzadə | 2016 | Gümrah Ömər | Antuan de Sent-Ekzüperi |
Bir gecənin nağılı | Gülnaz | 2016 | Vidadi Həsənov | Rövşən Ağayev |
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- 2021 "13-cü mənzil"serial(Günay)Gəray Həsənov. KN production/Xəzər TV
- 2020 "Ofis işi"serial(Reyhan)Vüsal Haciqədr. Cinemazade/Atv
- 2019"Kür nəğmə"serial(Leyla) Cavid Təvəkkül. İTV
- 2019 "Könül yarası"serial(Yasəmən). Qulu Əsgərov. MediaMaster/Arb
- 2018 "Sarı gəlin"serial(Sara). Qulu Əsgərov. Media Master/ARB
- 2018 "Sekspir" qısametrajlı film(qadın). Cavid Təvəkkül. Ultra production
- 2018"Qadina şiddətə son" sosial çarx(Qadın). Nuran Məmmədov
- 2017 "Yol ayricinda qalmış taksi" qisametrajli film (Qadın). Murad Quliyev. "Debut" film studiyası.
- 2017 "İkinci Pərdə"film(Samirə). Emil Quliyev
- 2016–2017 "Cehizsiz gəlinlər"serial(Qəmər). Rufət Şahbazov. Xəzər Tv
- 2016"Həyat sən nə qəribəsən"serial(Aydan). Ramin Nəbiyev. Xəzər TV
- 2015"Sonuncu fəsil"serial(Yağış). Rövşən İsaq. ATV
- 2015"Bir ovuc sonsuzluq"film (Könül). Battal Gazi Karabulak
- 2014"Bizim Əhməd haradadır"serial(Leyla). Elmir Süleymanov. Kaspi Global/ARB
- 2014"Tufanli Səma"serial. Sain Qəhrəman. Media Master/Lider TV
- 2013 "Son hədd(Qisas)"film (Ülviyyə). Adil Azay. ATV
- 2013"Ailəmiz"serial(Fidan). Elnur Əliyev. Lider TV
- 2012 "Sirr"serial (Rəna). Ülviyyə Könül. Soy production/ATV
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- https://www.trend.az/life/interview/2440408.html
- "Mən hamamdan çıxanda anama təcili yardım çağırdıq" — Günay Əhməd
- Azərbaycanlı aktrisa acı keçmişindən danışdı — Uşaq vaxtı çörək satırmış
- "İkinci pərdə"nin Samirəsi: "Öpüş səhnəsinə çəkilmərəm" — Video
- Günay Əhməd darıxdığını etiraf etdi
- "İkinci pərdə"nin aktrisası: "Anam məni görüb, qışqırmağa başladı" — FOTOLAR
- https://m.youtube.com/watch?v=_ROvPzdtaXQ
- https://m.youtube.com/watch?v=1upmcMsAHkc
- https://m.youtube.com/watch?v=6ol37J3BuP0
- https://m.youtube.com/watch?v=qm4JeSDJ01A
- https://m.youtube.com/watch?v=IMh_j1p9Wyw