Gürzə patrul maşını — Vikipediya
Gürzə | |
---|---|
Tipi | Patrul maşını |
İstismar tarixçəsi | |
İstismar illəri | 2013- |
İstismar edənlər | Azərbaycan |
İstehsal tarixçəsi | |
İstehsalçı | Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodu |
İstehsal illəri | 2012 |
Xüsusiyyətləri | |
Əsas silah | 1 ədəd 12.7 mm pulemyot |
Köməkçi silah | 2 ədəd 7.62 mm pulemyot |
Ekipaj | Sürücü və komandir daxil olmaqla 5 nəfərdir. |
Müdafiə Sənayesi Nazirliyi mühəndisləri tərəfindən yaradılmış patrul maşını barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində nazir Yavər Camalov açıqlayıb. Toyota HILUX 12 modelinin bazasında hazırlanmış "Gürzə" 4x4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12.7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 2 ədəd 7.62 mm çaplı pulemyot, bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. Maşının silahlanmasına həmçinin avtomatik qumbaraatan və digər vasitələr əlavə etmək olur. Yüksək keçicilik qabiliyyətinə malik maşın 114 at gücündə mühərriklə təchiz olunub.
Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş "Gürzə" adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 beynəlxalq müdafiə sərgisində nümayiş olunmuşdur. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənəmişdir.
Şəkillər
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun əsaslı yenidənqurmadan sonra açılışında