Gərmiyanoğulları bəyliyi — Vikipediya
bəylik | |
Gərmiyanoğulları bəyliyi | |
---|---|
| |
Paytaxt | Kütahya |
İdarəetmə forması | Monarxiya |
Sülalə | Gərmiyanoğulları |
{{{rəhbər_titulu}}} | |
• | Gərmiyanoğlu Əlişir bəy |
• | I Yaqub bəy |
• | Mehmed bəy |
• | Süleyman şah |
• | II Yaqub bəy |
Gərmiyanoğulları bəyliyi — Anadolu Səlcuqlu dövlətinin dağılması və parçalanması ilə başlayan Anadolu bəylikləri dövründə mərkəzi Kütahyada olmaqla Qərbi Anadoluda mövcud olmuş bir bəylikdir. Gərmiyan adının mənası farsca "isti" mənasını verən germa sözündən və yenədə farsca cəm şəkilçisi olan yân şəkilçisinin köməkliyi ilə əmələ gəlmişdir. Bu sözün mənası isə "isti bulaqlar" deməkdir. Gərmiyan tayfasının mənşəyi haqqında da müxtəlif fikirlər mövcuddur.
I Muradın dövründə dövlətin bəzi torpaqları (Simav, Emet, Dovşanlı və ətrafı) cehiz olaraq Osmanlılara hədiyyə verilmişdir. Ankara döyüşündən sonra dövlət yenidən yaradılarkən, 1428-ci ildə II Yaqub bəy dövləti bacısının nəvəsi olan II Murada vəsiyyət etmiş və onun vəfatından sonrada Gərmiyanoğulları bəyliyi Osmanlıların tərkibinə qatılmışdır.[1][2]
Mənşəyi
[redaktə | vikimətni redaktə et]türk/türkmən
[redaktə | vikimətni redaktə et]İbn Şəddadın Baybars tarixində[3] Gərmiyanoğulları Əli-şir Beg "Əli-şir ət-Türkmani" və İbn Bibinin Əl-Əvamirü'l-Ala'iyyə fi'l-Umûri'l-Ala'iyyə adlı əsərində isə Gərmiyanoğulları tayfası "Türkan-ı Gərmiyan" olaraq qeyd olunmuşdur.[4] Nəşrinin Kitab-i Cahannüma adlı əsərində isə “Germiyan Türkini gətirdi” ifadəsinə yer verilmişdir.[5] Əhməd Əflakinin “Müdriklərin əfsanələri” (orijinalı belədir: "Ariflerin Menkıbeleri") adlı əsərində isə Gərmiyanoğlu Əlişir bəy haqqında “Türk olduğu üçün övliyalar aləmindən qafil və xəbərsiz idi”[6] (orijinalı belədir: "Çünkü o Türk'tü laubali ve velilerin aleminden habersizdi") deyilmişdir.
Digər boylar
[redaktə | vikimətni redaktə et]Fuad Köprülü Gərmiyanoğullarının mənşəyinin monqol istilasından sonra əvvəlcə Malatyaya, ondan sonra isə Kütahyaya köçmüş olan əfşar tayfasından olduğunu bildirmişdir.[7] Zəki Vəlidi Toğan isə tayfanın Xarəzmdən gəldiyini iddia etmiş və onları Kanqlı-Qıpçaq mənşəli hesab etmişdir.[8]
Kürd-türk iddiası
[redaktə | vikimətni redaktə et]Klod Kahenin "Nates Paur l'Histaire des Turcamans" adlı məqaləsindəki onların kürd mənşəli olması iddiaları, sadəcə olaraq orijinal dilin səhv tərcüməsindən irəli gələn səhv qənaətlər olduğu üçün heç bir ilkin mənbə əsası olmayan iddialardır.[9] Sülalənin kürd mənşəli olması iddiası birmənalı qarşılanmasa da, bəzi akademiklər mövcud iddianı dəstəkləməktədir.[10][11][12][13]
Tarix
[redaktə | vikimətni redaktə et]Kütahya və ətrafında məskunlaşmaları
[redaktə | vikimətni redaktə et]Gərmiyanoğullarının Kütahya və ətrafında konkret olaraq nə zamandan etibarən yerləşdikləri dəqiq olaraq məlum deyildirdir. Sultan I Əlaəddinin dövründə Kütahyanın türklərin qəti hökmranlığı altına keçməsindən sonrakı illərdə bu regiona müntəzəm olaraq türkmən axını baş vermişdir. Monqolların Anadoluya hücumları ilə əlaqədar olaraq bu sıxlıq daha da artmışdır. O dövrdə Kütahya və ətrafında məskunlaşan türkmənlərin ümumi sayının üç yüz min nəfər civarında olduğu ehtimal edilir. Təxmini olaraq elə eyni dövrlərdə gələcəkdə mərkəzi Kütahya olmaqla bəylik yaratmış olacaq Gərmiyanoğulları tayfasının da Kütahya regionuna yerləşdiyi müşahidə edilir.[14] 1241-ci ildə Baba İshaq üsyanı yatırıldıqdan sonra onların Qiyasəddin Keyxosrov tərəfindən regionda yerləşdirildikləri iddia edilir. Həmçinin də, Səlcuqlu şahzadəsi olması iddiası ilə Qaramanoğlu Mehmed bəyin ortaya qoyduğu Cimrinin (Qıyasəddin Siyavuş) tutulması prosesində (1277) iştirak etdikləri üçün o dövrdə Kütahya, Afyon və Dənizli ətrafında məskunlaşdıqları təxmin edilir. Baba İshaq tərəfindən başladılmış olan Babai üsyanı zamanı Malatyada olan gərmiyanoğullarının Cimri hadisəsi zamanı Qərbi Anadoluda olması onların monqol istilası nəticəsində bu regiona köç etdiklərini göstərir.
Gərmiyanoğulları bəyliyinin yaradılması
[redaktə | vikimətni redaktə et]Cimri hadisəsi zamanı (1277) Qərbi Anadoluda olan və Anadolu Səlcuqlarının xidməti altında hərəkət edən gərmiyanlılara göstərdikləri xidmət müqabilində Kütahya və civarı iqta (timar) kimi verilmişdir. Bu hadisə zamanı Sahibataoğulları bəyliyinin tabeliyi altında olduğu görülən gərmiyanlar, bu tarixdən etibarən qüdrətli bir bəylik olmağa başlamışdırlar. Böyük ehtimal ilə Qərbi Anadoluda mövcud olan Aydın, Məntəşə, Saruhan və Dənizli bəyləri ilk dövrlərdə Gərmiyanoğullarına tabe idilər.[15]
Monqolların Anadolunu tutması və Səlcuqlu dövləti üzərində hökmranlığa başlamasından sonra XIII əsrin sonu ilə XIV əsrin əvvəllərində uclardakı bəylər öz müstəqilliklərini qazanmağa başlamışdırlar. Gərmiyanlılar da səlcuq-monqol idarəsinə qarşı çıxırlar və 1283-cü ildən etibarən isə bəylik kimi təşkilatlanaraq II Məsuda qarşı mübarizəyə başlayırlar. 1286-cı ildə isə gərmiyan türkləri Əşrəfoğullarının Qarqurum vilayətini talan edərək dağıdırlar.[16] Bu haqda məlumat aldıqdan sonra isə II Qiyasəddin Məsud öz əsgərlərindən və monqollardan ibarət olan qoşunları ilə gərmiyalılara qarşı yürüş təşkil edir. Gərmiyan əsgərlərinin bir qismi qətlə yetirilsə də, əksəriyyəti geri çəkilməyə məcbur olurlar.[17] Bu vaxt isə Səlcuqlu vəziri olan Sahib Ata Fəxrəddin Əli Konyaya, oradan isə Qarqurumda olan və germiyanlıları cəzalandırmağa gedən II Məsudun yanına gəlir. II Məsud məhv etdiyi Gərmiyan qüvvələrinin yenidən meydana çıxacağına ümid etmədiyi üçün onun əsgərləri ehtiyatı əldən vermişdilər. Hətta Gərmiyan əmirlərindən olan və II Məsudun ordusu tərəfindən əsir götürülən 10 nəfəri belə azad edirlər. Sərbəst buraxılanlar isə öz növbəsində səlcuq ordusunun nizamsız vəziyyətini gərmiyalılara bildirirlər və gərmiyanlılar da bu vəziyyətdən istifadə edərək qəfil hücuma keçərək II Məsudun ordusuna basqın edirlər və Ramazan ayının 17-ci günü, çərşənbə günü səlcuq ordusunu məğlubiyyətə düçar edərək öz əsirlərini də xilas edirlər.
1287-ci ildə isə II Qiyasəddin Məsud qüvvələrini bir yerə cəmləyərək yenidən gərmiyanlıların üzərinə yürüş edir. Bu hücum zamanı Gərmiyan qüvvələri heç meydana çıxmırlar. Məsud Gərmiyan vilayətini qarət edərək, çoxlu qənimət malları ilə Kayseriyə qayıdır.[18]
1288-ci ildə II Məsud Elxanilərin yanında olarkən I Yaqub bəyin bacısı oğlu Bədrəddin Murat Səlcuqlularla sülh əldə etmək üçün Konyaya gəlir. Qiyasəddin Məsudun sərkərdələrindən biri olan Xasbalaban, Konya xaricində düşərgə quran gərmiyanlıların yanına gedib onlarla görüşərək onların könüllərini fəth edir və bununla da döyüş bitir.[19]
1289-cu ildə isə Səlcuqlularla Gərmiyanoğulları arasında yenidən müharibə başlamış və hətta sərhədlərdə olan əmirlər də hərəkətə keçmişdirlər. Məsudun komandirlərindən biri olan İzzəddin Bəylərbəyi Gərmiyanoğulları üzərinə yürüş edir və Dənizlinin mərkəzi mahalının yaxınlığında Bədrəddin Muradın qüvvələrinin üstünə hücuma keçir. Bu müharibədə Gərmiyan əsgərləri məğlubiyyətə düçar olurlar və Bədrəddin Murad öldürülür. Bədrəddinin kəsilmiş başı Konyaya gətirilərək mümayiş etdirilmişdir. Gərmiyanlılar isə bu məğlubiyyətdən sarsılmırlar; Gərmiyan əyaləti talan edilir, bu mübarizə zamanı bəzən Məsudun qüvvələri, bəzən isə Gərmiyanoğulları qalib gəlirlər. Döyüş 1290-cı ildə sakitləşdi. Baş vermiş olan bu hadisələrdən sonra Səlcuqlularla gərmiyanlılar arasında hansı əlaqələrin olduğu dəqiq məlum olmasa da, 1299-cu ilə aid olan bir kitabədən görünür ki, Gərmiyalılar zahirən də olsa, Səlcuqluların hökmranlığını tanımışdırlar.[20]
Gərmiyanoğullarının digər bəyliklərlə münasibətləri
[redaktə | vikimətni redaktə et]Aydınoğlu Mehmed bəyin I Yaqub bəyin əmirlərindən biri olduğu və yunanlara qarşı döyüşmək üçün qərbdəki İzmir vilayətinə və ətraf ərazilərə göndərildiyi məlumdur.[21]
Məntəşəoğullarından biri olan Məntəşə bəyin kürəkəni olan Əmir Sasa bəy daha əvvəl qərbə gələrək Tirə və Ayasuluq (Səlcuq) ərazilərini ələ keçirdərək Xios adasını qarət etmişdir. Sasa bəy onun fəthində iştirak etmək istəyən Gərmiyan sərkərdəsi Mehmet bəyin Birgi (Ödəmiş) qalasını ələ keçirməsinə dözə bilmir. Aydınoğlu ilə təkbaşına mübarizə apara bilməyəcəyini başa düşən Sasa bəy xristianlarla ittifaq bağlayır, lakin Sasa bəy onların arasında baş vermiş olan döyüş zamanı öldürüldü (1310).[22] Mövlananın nəvəsi olan Ulu Arif Çələbi Birgiyə ilk səfəri zamanı buranın yenicə ələ keçirildiyini və Aydınoğlu Mehmet bəyin Gərmiyan əmirinin subaşısı kimi Birgidə olduğunu yazmışdır.[23] Bu hadisələr Aydınoğulları bəyliyinin Gərmiyan əmirlərindən olan Mehmet bəy tərəfindən yaradıldığını açıq şəkildə göstərir. Əslində çox güman ki, o dövrdə hökumət yaratmış olan Sarıxan bəy və Karəsi bəy kimi əmirlər də Gərmiyanoğulları əmirləri olmuşdurlar.[24]
İzmirin ətrafına qədər qüvvə göndərən Gərmiyan hökmdarlarının Alaşəhər və Simav regionlarına qədər genişləndiyi məlumdur. Manisa və Balıkəsir ətrafına yayılan Karəsi və Sarıxan bəylərinin hər tərəfdən Gərmiyan qüvvələri ilə əhatə olunmuş olan bu regiona haradan gəldiyinin bilinməməsi bu bəylərin Gərmiyanoğullarının əmirləri olduğunu bir daha təsdiq edir. Həm Aydınoğlu Mehmet bəy, həm də digər uc bəyləri tutduqları ərazilərdə hökmranlıq edərək Gərmiyanoğullarının hakimiyyətini bir müddət tanımışdırlar. Aydınoğlu Mehmet bəyin kürəkəni olan Əmir Səadəddin Mübarək Qəbizin Gərmiyan əmiri olması Mehmet bəyin Gərmiyanoğulları ilə olan əlaqəsini izah edir.[25]
Ərtoğrul bəyin uclarda yerləşməsi və Osmanoğulları ilə həmsərhəd olandan sonra, Gərmiyanoğulları Osmanoğulları ilə rəqib olurlar. Məhz buna görə də I Yaqubun dövründə onların aralarındakı münasibətlər həmişə düşmənçilik xarakteri daşımışdır. Məhz belə münasibətədn hətta yunanlar da məmnun idilər.[26] Gərmiyan hökmdarı Biləcik ərazisinə müntəzəm olaraq hücumlar təşkil edərək yunan torpaqlarını qarət etmiş, daha sonra isə Ərtoğrul Qazi o əraziyə yerləşdikdən sonra Gərmiyanoğulları Biləcik rumlarına qarşı olan hücumlarından əl çəkmişdirlər.[27] Ərtoğrul Qazinin vəfatı təxminən 1289-cu ildə baş verdiyi üçün iki bəylik arasındakı düşmənçiliyin başlanğıc tarixi Yaqub bəydən əvvəlki dövrə təsadüf edir.
Gərmiyanoğularının Osman bəyə düşmənçilik etməsinin səbəblərindən biri də Əskişəhərin Səlcuq hökmdarı tərəfindən Osman bəyə mülk olaraq verilməsi idi.[28] 1313-cü ildə Osman bəy Ləblücə (Ləbləbiçi) qalasını almağa gedərkən Gərmiyanoğullarının hücum etməsindən qorxduğu üçün Qaracahisarın mühafizəsini oğlu Orxan bəyə tapşırmışdır.
1315-ci ildə isə[29] Gərmiyan oğlunun təşviqi ilə Çavdar tatarları Orxan Qazinin Əskişəhərdə olduğu və əsgərlərinin də tərxis olunduğu bir vaxtda Osman bəyin torpağına hücuma keçərək Qaracahisar şəhərini və bazarını qarət edirlər. Bu xəbəri eşidən Orxan bəy cəmləmiş olduğu qüvvə ilə tatarların arxasından gəlib Çavdar oğlunu məğlubiyyətə düçar edərək onu əsir götürür.
Gərmiyanoğullarından olan bir vergiyığan məmur Əskişəhər bazarında alış-veriş edənlərdən gömrük vergisi almağa çalışmış və bunun qarşısı alınaraq bu ergiyığan məmurƏ skişəhərdən qovuldmuşu.r Bu hadisə iöz növbəsində ki hökumət arasında müharibəyə səbəb oldmuşvə Gmüharibədə eəmiyanoğulları məğlub iyyətəodüçar ldmuşu.rlar [30]
1318-ci ildə Osman bəyin qocalığına bir də onun xəstəliyi əlavə olunmuş və buna görə də Orxan bəy ordunun komandanlığını öz üzərinə götürmüşdür. Orxan bəy Bizans imperiyası ərazisinə böyük və güclü bir hücum planı hazırlamış və bu planı həyata keçirmək üçün əhəmiyyətli sayda bir qüvvə göndərmiş olsa da, Gərmiyanoğullarının arxadan Osmanlılara hücum etməsi ilə bu cəhd müvəffəqiyyətsizliyə düçar olmuşdur.
1361-ci ildə Orxan Qazi Dimetokanın ələ keçirilməsi xəbərini Sarı Laçın vasitəsilə Gərmiyanoğullarına bildirmiş, Gərmiyanoğulları isə öz növbələrində cavab olaraq Mövlana Əli Fəqihi göndərmişdirlər.
Süleyman şah: “Qaraman oğluna qız verəndən Osman oğlu diyarımıza əl uzatdı”[31] deyərək Osmanoğullarından gileylənmişdir. Bu vəziyyət isə öz növbəsində Süleyman Şahla I Murad arasında o dövrdə pis münasibətlərin olduğunu nümayiş etdirir. Qaraman və Osmanlı imperiyası kimi iki güclü dövlətin arasında qalan Gərmiyanoğulları bu iki hökumətin hücumlarına həmişə açıq vəziyyətdə idilər. Belə bir təhlükəli vəziyyəti görən və hər iki hökumətlə də dostluq münasibətləri çox da yaxşı olmayan və xüsusilə Qaramanoğlunun düşmənçilik hərəkətlərindən son dərəcə narahat olan Süleyman şah qızını I Muradın oğlu olan İldırım Bəyazidə vermək üçün Ədirnəyə bir nümayəndə heyəti göndərmiş və ən yaxşı vilayətlərini Osmanlılara hədiyyə etmişdir.
Gərmiyanoğulları bəyliyinin hökmdarları
[redaktə | vikimətni redaktə et]I Yaqub bəy
[redaktə | vikimətni redaktə et]Gərmiyanoğulları bəyliyinin yaradıcısı Yaqub ibn Kərimüddin Əli Şir olmuş və bəylik onun dövründə ən parlaq dövrünü yaşamışdır. Yaqub bəy Anadolu Səlcuqlu dövlətinin xidmətində böyük əmir (əmiri-kəbir) kimi mühüm vəzifələr yerinə yetirmişdir. Bu dövrdə Yaqub bəy ərazilərini Kırşəhərə qədər genişləndirmişdir. III Əlaəddin Keyqubad taxtdan imtina etdikdən sonra ikinci dəfə Səlcuqlu taxtına çıxan Qiyasəddin Məsuda tabe olmayan Yaqub bəy Elxanilər dövlətinin hakimiyyətini tanımış və illik vergilərini birbaşa onlara verməyə başlamışdır. Bu dövrdə Anadoluda Qaramanoğlu bəyliyindən sonra ən əhəmiyyətli bəylik Gərmiyan bəyliyi olmuşdur. Təxminən 1305-ci ildə isə Yaqub bəy Qərbi Anadoluda sərhədlərini genişləndirmək işini sərkərdəsi Aydınoğlu Mehmed bəyi təyin etmişdir. Aydınoğlu Mehmed bəy isə öz növbəsində mərkəzi Birgi olmaqla İzmir və ətrafını ələ keçirməyə təşəbbüs göstərmiş, daha sonralar isə regionda öz bəyliyini yaratmışdır. Yaqub bəyin dövründə Bizanslılarla qarşılıqlı müharibələr aparılmışdır. Belə ki, Yaqub bəy 1305-ci ildə Menderes çayı sahilində yerləşən Tripolis və Angir (Kiliseköy) şəhərlərini ələ keçirdərək otuz minlik bir qüvvə ilə Alaşəhər (Filadelfiya) şəhərini mühasirəyə almışdır. Lakin Bizanslıların xahişi ilə köməyə gəlmiş olan katalonların hücumları qarşısında geriyə çəkilməyə məcbur olmuşdur. Katalanlar regionu tərk etdikdən sonra isə Yaqub bəy yenidən Alaşəhirə (Filadelfiya) gələrək buranı vergiyə bağlamışdır (1314).
Elxani hökmdarı Olcaytu tərəfindən Anadoludakı bəylikləri tabe etdirmək üçün göndərilmiş olan (1314) Əmir Çobanın dəvətinə gələn və tabe olduqlarını bildirən bəylər arasında Gərmiyanlı Əlişiroğulları və Gərmiyanoğullarına tabe olan bəylər də var idilər. Daha sonralar isə Əmir Çobanın oğlu olan Əmir Dəmirdaş Sulduz Anadoluya gəldiyi zaman (1325) Əşref və Həmidoğulları bəyliklərini süquta uğratmış, digərlərinin torpaqlarını ələ keçirmək üçün isə Əyridirdə hazırlıq işləri görərkən, tabeliyindəki bəylərdən biri olan Ərətnanı Qarahisar tərəfə göndərmişdir. Yaqub bəyin kürəkəni olan Qarahisar bəyi isə qaynatasının yanına Kütahyaya sığınmışdır. Yaqub bəylə Ərətna bəy arasında müharibə başlayarkən isə Əmir Dəmirdaş Sulduzun əmri ilə Ərətna bəy Sivasa çəkilmişdir (1327). Yaqub bəyin 1340-cı illərdə vəfat etdiyi təxmin edilir. Əl-Öməri qeyd edir ki, Yaqub bəyin dövründə Gərmiyan bəyliyinin təlim keçmiş nizami ordusu mövcud idi.
Mehmed bəy (1340-1361)
[redaktə | vikimətni redaktə et]Yaqub bəydən sonra isə taxta oğlu Mehmed bəy keçmişdir. Mehmed bəyə mübariz və ya döyüşçü mənası verən Çahsedan və ya Çağsadan ləqəbi verilmişdi. Onun dövründə əvvəllər katalonlar tərəfindən ələ keçirilmiş olan Küldi (Kula) şəhəri rumlardan, Angir (Simav) şəhəri isə Bizans imperiyasından geri alınmışdır. Mehmed bəy haqqında mənbələrdə çox da məlumat olmadığı üçün onun haqqında çox az şey məlumdur. Germiyanoğulları Bəyliyi Yaqub bəydən sonra əvvəlki üstünlüyünü itirmiş, hətta Aydınoğulları da "Mehmed bəy" dövründə müstəqil olmuşdur. Mehmed bəy 1361-ci ildə vəfat etmişdir.
Süleyman Şah (1361-1387)
[redaktə | vikimətni redaktə et]Şah Çələbi kimi də tanınan Süleyman Şah, atası Mehmed bəyin vəfatından sonra Gərmiyan taxtına çıxmışdır. Onun hakimiyyətinin ilk illəri sakit keçmişdir. Qaramanoğulları Əlaəddin bəy ilə Həmidoğlu İlyas bəy arasında gedən mübarizələr zamanı İlyas bəyin tərəfi tutulmuşdur. Qaramanoğlunun hücumuna məruz qalan İlyas bəy ona sığınandan sonra İlyas bəyə edilmiş köməklik nəticəsində İlyas bəy torpaqlarını geri almağı bacarmışdır. Lakin bu hadisə Süleyman Şah ilə Qaramanoğlu Əlaəddin bəy arasında olan münasibətləri pozmuşdur.
Bu dövrdə Germiyan bəyliyi Anadolunun iki mühüm bəyliyi arasında qalmışdır. Süleyman şah öz torpaqlarını şimalda daimi olaraq ərazilərini genişləndirən Osmanlılardan, cənub-şərqdə isə Qaramanlıların hücumlarından müdafiə etmək üçün bəzi fürsətlər axtarırdı. Bu məqsədlə qızı Dövlətşah Xatunu I Muradın oğlu İldırım Bəyazidlə evləndirmiş və qızının cehizi olaraq Kütahya, Dovşanlı, Simav və Əyrigöz ərazilərini Osmanlılara vermişdir. Beləliklə, böyük fədakarlıqlar hesabına dostluq əlaqələri yaratmağa çalışan Süleyman şah Kulaya çəkilmişdir (1381). İldırım Bəyazid isə Kütahya valisi təyin edilmişdir.
Həmin dövrdə Qaramanoğlu Əlaəddin bəy də Osmanlılarla qohumluq münasibətləri yaratmaq istəmiş və I Muradın qızı Mələk Xatunla evlənmişdir. Lakin bu evlilik Gərmiyanoğlu Süleyman Şahı narahat etmişdir.
Süleyman şah 1387-ci ildə Kulada vəfat etmiş və orada tikdirdiyi Gürhanə mədrəsəsində dəfn edilmişdir. Ondan sonra isə taxta oğlu II Yaqub bəy bəy gəlmişdir.
II Yaqub bəy
[redaktə | vikimətni redaktə et]Atası Süleyman şahın dövründə Uşak və Sühud ərazilərinin valisi olan Yaqub bəy, atasının vəfatından sonra (1387) Gərmiyan bəyi olmuşdur.[32]
Osmanlı sultanı olan I Murad, bəzi digər bəyliklər kimi, Birinci Kosovo döyüşünə köməkçi qüvvələr göndərmişdir. Lakin Yaqub bəy I Murad döyüş meydanında öldürüldükdən sonra Osmanlı əsarətindən xilas olmaq istəmişdir. Başda Qaramanoğulları olmaqla, bəzi torpaqları Osmanlılar tərəfindən tutulan Həmid, Sarıhan və Məntəşə bəyliklərinin təşkil etmiş olduqları ittifaqı dəstəkləmişdir. Həmçinin o bu vəziyyətdən istifadə edərək atasının bacısına cehiz kimi verdiyi yerləri də geri alaraq Kütahyanı tutmuşdur.
Belə bir vəziyyətlə üz-üzə qalan İldırım Bəyazid Rumelidə sülh və əmin-amanlığı təmin etməklə yanaşı, həm də serblərlə müqavilə bağlamışdır. Daha sonra isə dərhal Anadoluya gələn Bəyazid ona qarşı yaradılmış olan ittifaqı tez bir zamanda darmadağın etmişdir. Sarıxan, Aydın və Məntəşə bəyliklərinin torpaqlarını işğal etdikdən sonra isə Kütahya istiqamətində hərəkət etmişdir. II Yaqub bəy yaranmış olan yeni vəziyyətdən narahat olduğu üçün İldırım Bəyəzidi çoxlu hədiyyələrlə qarşılamışdır. Lakin Osmanlı sultanı bacısının yoldaşına etibar etmədiyi üçün onu vəziri Hisar bəy ilə bərabər Rumelidəki İpsala qəsrində həbs etdirmişdir.
Beləliklə də, Gərmiyanoğullarına aid olan bütün torpaqlar Osmanlı imperiyasının işğalı altına düşmüşdür (1390).
Yaqub bəy 1399-cu ilə qədər İpsalada qalmış və nəhayət fürsət tapan kimi qaçaraq dəniz yolu ilə Şama getmişdir. Həmin vaxt Şama gələn Teymurun yanına sığınan Yakup bəy əmri altında olanlar ilə bərabər Ankara döyüşündə iştirak etmişdir (1402). İldırım Bəyazidin ordusunun Teymur tərəfindən darmadağın edilməsindən sonra Osmanlı imperiyası parçalanmış və bu parçalanma nəticəsində digər bəyliklər kimi Gərmiyan bəyliyi də yenidən formalaşdırılmış və bəylikdə hakimiyyətə yenidən II Yakub bəy gəlmişdir. Beləliklə, Yaqub bəy on iki illik fasilədən sonra yenidən öz bəyliyinin başçısı olmuşdur. Teymur Ankara döyüşündən sonra Kütahyaya gəlmiş və bir aya yaxın burada qalmışdır.
İldırım Bəyazidin vəfatından sonra Osmanlı şahzadələri arasında yaranan qarışıqlıqda Yaqub bəy əvvəlcə Qaramanoğlu ilə ittifaqa girmiş, daha sonra Çələbi Mehmedin tərəfinə keçmişdir (1410). Lakin Qaramanoğlu Nəsrəddin Mehmed bəy bu vəziyyətə reaksiya verərək Gərmiyan vilayətinə gələrək Kütahyanı ələ keçirmişdir. Beləliklə də, Yaqub bəy ikinci dəfə ölkəsini tərk etməyə məcbur olur. Çələbi Mehmed bəyin Rumelidə asayişi bərqərar etdikdən sonra yenidən Anadoluya gəlməsi ilə Bursaya qədər irəliləyən Qaramanoğlu dərhal geriyə çəkilmiş, hətta Gərmiyan torpaqlarınıbelə tərk etmişdir. Osmanlı sultanı Çələbi Mehmed Qaramanoğullarının üstünə yürüş edərkən Yaqub bəy də ona kömək etməyə çalışmış, taxıl və ləvazimat verməklə əməliyyatı asanlaşdırmışdır. Beləliklə də, Yaqub bəy ikinci dəfə ölkəsinin sahibi olmuş və Osmanlının hakimiyyətini tanımışdır (1413).
II Murad hakimiyyətdə olarkən də, Osmanlılarla yaxşı münasibətlər yaratmağa çalışan Yaqub bəy oğlu olmadığı və qocaldığı üçün ölkəsini Osmanlı sultanına verməyi düşünürdü. Bu məqsədlə təxmini olaraq səksən yaşında olarkən Bursadan Ədirnəyə getmişdir. II Murad görüş zamanı onu təntənə ilə qarşılamışdır. O Germiyan vilayətini II Murada vəsiyyət edərək ölkəsinə qayıdır. Yaqub bəy Kütahyaya qayıtdıqdan bir il sonra (1429-cu ilin yanvar ayında) vəfat etmiş və imarətinin məscidindəki mehrabın arxasında dəfn edilmişdir. Yaqub bəy fasilələrlə 42 il hökmranlıq etmişdir.
Təşkilat və mədəniyyət
[redaktə | vikimətni redaktə et]Gərmiyanoğulları bəyliyinin sərhədləri
[redaktə | vikimətni redaktə et]Gərmiyanoğulları bəyliyinin sərhədləri daxilində təxmini olaraq yeddi yüz qala mövcud idi. Onun qərb sərhədləri Menderes çaylarını əhatə edirdi və əhali bu çayların sularından çox faydalanırdı.[33] Germiyanoğullarının tabeliyi altında olan əsas yaşayış məntəqələri bunlardır: Kütahya, Uşak, Gədiz, Kula, Əşmə, Alaşəhər, Dovşanlı, Simav, Əmət, Sarayköy, Banaz, Çivril, Dənizli, Honaz, Dinar, Sarıgöl, Buldan, Afyonqarahisar .[34]
Sosial və iqtisadi həyat
[redaktə | vikimətni redaktə et]İctimai və iqtisadi həyatın Gərmiyanoğulları bəyliyinin ən güclü olduğu I Yaqub bəyin dövründə inkişaf etdiyi məlumdur. Səhabəddin Öməri bildirir ki, Gərmiyan bəyinin 700 şəhər və qalası, tam təchizatlı ordusu, qiymətli əşya və heyvanları vardır. Ticarətə əhəmiyyət verən və Menderes çayını transport üçün istifadə edən germiyanlılar ixracat mallarının bir hissəsini Ayasuluq və Balat vasitəsilə dəniz yolları ilə ixrac edirdilər. Həmçinin bu dövrdə Bizans hər il Gərmiyan bəyliyinə hədiyyə olaraq 100.000 dinar və çoxlu qiymətli əşyalar göndərirdi.
Gərmiyanoğulları bəyliyi dövründə "Gərmiyan parçaları" kimi tanınan parçalar çox qiymətli idilər. Bütün Anadoluda məşhur olan və Bursa bazarlarında da satılan Gərmiyan parçaları da Osmanlı sarayına göndərilən hədiyyələr arasında yer alırdı. Dənizlidə də toxunan ağ aləmli adlanan parçadan xalat hazırlanırdı.[35] Həmçinin də bu regionda çalma bezləri toxunurdu və I Muradın geyindiyi ağ çalma ilə qırmızı kaftan və cübbə Gərmiyan toxuculuğunun məhsulu idi.[36] Alaşəhərin qırmızı parçalarından da bayraqlar hazırlanırdı. Gərmiyan əsgərlərinin paltarları ləl-cəvahirat, qırmızı atlaz və bu kimi bəzəklərlə bəzədilirdi.
Kütahyanın "Gümüş" qəsəbəsində çoxlu gümüş, indiki Şaphane distriktində isə çoxlu alum var idi. “Serköy” qəsəbəsində isə çoxlu çəltik becərilirdi. Menderes çayları sayəsində gəmilər ilə ticarət aparılırdı. Damazlıq Germiyan atları çox məşhur idi və onlar xaricə də göndərilirdi.
Gərmiyanoğullarından Osmanlılara keçən vəqf sənədlərinə görə, yaradılmış olan imarət və zaviyələrdə səyyahlara və yoxsullara ən yaxşı şəkildə xidmət edilirdi.
O dövrdə xalq iki yerə bölünürdü: oturaq və köçəri əhali. Kəndlərdə və qəsəbələrdə yaşayan əhali əkinçilik təsərrüfatına malik olduğu halda, şəhərlərdə yaşayanlar ticarətlə məşğul olurdular. Köçəri əhali isə heyvandarlıqla məşğul olurdular. Meyvə, süd, qatıq və bal kifayət qədər ucuz idi və əkinçiliklə məşğul olanlar firavan yaşayırdılar.[37]
Gərmiyan hökmdarı Süleyman şahın və II Yaqub bəyin adına zərb edilmiş olan gümüş sikkələr vardır. Bundan əlavə, Yaqub bəy Teymurun himayəsində olarkən onun adına, Osmanlı himayəsində olarkən isə II Muradın adına sikkələr zərb edilmişdir.
Bundan əlavə, Gərmiyan hökmdarlarının Dənizlidə yay iqamətgahlarıda var idi.[38]
Ordu
[redaktə | vikimətni redaktə et]Digər Anadolu bəyliklərində olduğu kimi Gərmiyanoğullarında da hərbi qüvvələr timarlı sipahilərə əsaslanırdı. Bundan əlavə, bəylərin iqta sahələrinə əsasən silahlı qüvvələr vermələri tələb olunurdu. Ordu komandiri Subaşı adlanırdı. Gərmiyanoğullarına tabe olan bəyliklərlə birlikdə hərbi qüvvəsi 200.000 atlı və piyadadan ibarət idi. Bəyliyin özünün ordusu isə 40.000 nəfər təşkil edirdi. Gərmiyanoğulları bəyliyi ordusunda nizə və oxlardan istifadə edən xüsusi dəstələr var idi və ordu döyüşlərdən əlavə olaraq vaxtaşırı hərbi manevrlər də həyata keçirirdi. Bundan əlavə, gərmiyanlar sərhədlərini müdafiə etmək və müharibəyə qarşı tədbirli olmaq üçün sərhədyanı ərazilərində səngərlər qazıb burada cəmlədikləri qüvvələr ilə döyüşə hazırlıq işləri görürdülər.
Elmi və mədəni fəaliyyətlər
[redaktə | vikimətni redaktə et]Gərmiyanoğulları dövründə Kütahya elmi və ədəbi fəaliyyətin əsas mərkəzi olmuşdur. Burada bu gün Dəmirqapı Mədrəsəsi olaraq da bilinən Vacidiyə Mədrəsəsi və II Yaqub bəy mədrəsəsi mühüm elmi müəssisələrdən biridir. Fiqh alimi və eyni zamanda da Gərmiyanoğulları Vəqfinin müvəkkili olan İshaq Fəqihin tikdirdiyi mədrəsə də bu dövrdə fəaliyyət göstərmişdir. Bu mədrəsələrdə dini elmlərlə yanaşı, astronomiya da tədris olunurdu.
Umur ibn Savcının tikdirdiyi Vacidiyə mədrəsəsinə adını vermiş olan Müdərris Əbdülvəcid uzun illər müəllimlik etmiş və bəzi əsərlər də yazmışdır. Fiqh sahəsində Serhu'n-nikaye adlı əsər (1403) yazan Əbdülvəcid Çağminin Mülahhas adlı astronomiya kitabına şərh yazmışdır.
Gərmiyanoğulları dövründə yetişmiş olan alim və ziyalıların olması bu dövrdə bəylik mərkəzinin mədəni həyatının nə qədər canlı olduğunu əyani olaraq nümayiş etdirir. Germiyan bəylərinin elm adamlarını, ziyalıları himayələri altına almaları və onlara dəyər vermələri də bu mühitin inkişafına münbit şərait yaratmışdır. Gərmiyan vilayətinin Osmanlıların nəzarəti altına keçməsi ilə bu dövrdə yetişmiş olan alim və ziyalılar, ədəbiyyat adamları və şairlər Osmanlı hakimiyyəti altında həyatlarını davam etdirmiş, əsərlər yazmağa davam etmişdirlər.
Ədəbiyyat sahəsində isə Şeyxoğlu Mustafa, Əhmədi, Şeyxi, Əhməd-i Dâi, Abdullah-ı İlahi, Cəmali Gərmiyani, Qasım İzari, Rəhimi kimi ədiblər yetişmişdir.
Şeyxoğlu Mustafa Süleyman Şahın əmri ilə farsca olan “Mərzübannamə” və “Kəbusnamə”ni türk dilinə tərcümə etmişdir. Yenə də Süleyman Şahın xahişi ilə yazmış olduğu Xürsidnamə adlı məsnəvisini də onun vəfat etməsindən sonra Osmanlı padşahı olan İldırım Bəyazidə hədiyyə etmişdir. Onun “Siyasətnamə” üslubunda yazmış olduğu “Kənzü’l-Kübəra” əsəri isə türk dilində mənsur (nəsr) əsərdir. Şeyxi Yusif Sinan isə həm istedadlı saray həkimi idi, həm də Xosrov və Şirin və Xarnamə başda olmaqla mühüm əsərlər yaratmışdır.
Əhmədinin “İsgəndərnamə”si də məhz bu dövrdə yazılmışdır. Əhməd-i Dai isə Yaqub bəyin göstərişi ilə farscadan yuxu yozmaları ilə bağlı olan Təbirnamə adlı əsəri tərcümə etmişdir.
Memarlıq fəaliyyətləri
[redaktə | vikimətni redaktə et]Gərmiyanoğulları dövründə məscidlər, mədrəsələr, fəvvarələr kimi müxtəlif memarlıq əsərləri tikilmişdir. Afyonqarahisarda fəvvarələr, Ankarada Qızılbəy məscidi (1299), Dənizlidə Süleyman Şah tərəfindən tikilmiş olan Ulu məscid (1368) və Mərkəzi fəvvarə, Sandıqlıda Çavuş fəvvarəsi, Kütahyada Yaqub Çələbi mədrəsəsi, Hisar fəvvarəsi, Sərvi (Çatal) məscidi, Kale-i Bala məscidi (1377), Kurşunlu məscidi (1377), Balıklı məscidi, Analıca məscidi, Vâcidiyə mədrəsəsi, Uşakda Kavşit fəvvarəsi, Kütahyada İshak Fəqihə aid fəvvarə ən mühüm memarlıq əsərləridir.
Hökmdarlarının siyahısı
[redaktə | vikimətni redaktə et]Hökmdar | Hakimiyyət müddəti | ||
---|---|---|---|
Əlişir | |||
Müzəffər əd-Din | Əlişirin oğlu | ||
Əlişir Kerimuddin | Müzəffərin oğlu | ||
Hüsaməddin | Əlişirin oğlu | ||
Yaqub | 1299[39][40][41]/1300[42]/1302[43][44][45] —1340[42][40][45] | 1 | Əlişirin oğlu |
Mehmed | 1340[42][40]—1361[42]/1363[43][46] | 2 | Yaqubun oğlu |
Süleyman şah | 1361[42]/1363[43][46]/1368[47]—1387[42][44][47] | 3 | Mehmedin oğlu |
II Yaqub | 1387[42][44][48]—1390[48] | 4 | Süleyman şahın oğlu oğlu |
1390[48]—1402[48] | |||
II Yaqub | 1402[48]—1411[48] | 4 | |
1411[48]—1414[48] | |||
II Yaqub | 1414[48]—1428[48] | 4 |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "ÖSS Tarih Konu Anlatımlı". Esen Yayınları. 2008. s. 113.
- ↑ Uzunçarşılı, İ.H., Kütahya Şehri, İstanbul Devlet Matbaası, 1932, sayfa, 32
- ↑ Baybars tarihi: al-Melik-al-Zahir (Baypars) hakkındaki tarihin ikinci cildi (türk). Maarif Matbaası. 1941. 4 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2022.
- ↑ İbn Bîbî. El-Evamirü’l-Alâ’iyye fi’l-Umûri’l-Alâ’iyye. Tıpkı Basım. səh. 698.
- ↑ Neşrî. Kitâb-i Cihan-nümâ: Neṣrî tarihi. Cilt 1 (ingilis). Turk Tarih Kurumu Basimevi. səh. 103. 4 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2022.
- ↑ Ahmed Eflaki- Arifelerin Menkıbeleri (türk). səh. 307. 17 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2024.
- ↑ Köprülü, Mehmed Fuad. Osmanlı devleti'nin kuruluşu (türk). Türk Tarih Kurumu basımevi. 1988. səh. 35-36. 4 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2022.
- ↑ Togan, Ahmed Zeki Velidi. Umumi Türk tarihine giriş (türk). Ismail Akgün Matbaasĭ. 1946. səh. 485. 4 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2022.
- ↑ Mustafa Çetin Varlık. Germiyan-oğulları tarihi (1300-1429). səh. 1-15.
- ↑ Ducas, Harry J. Magoulias, Ducas, 1975, Decline and fall of Byzantium to the Ottoman Turks, p. 265, Wayne State University Press, University of Virginia ISBN 0-8143-1540-2, ISBN 978-0-8143-1540-8, The Germiyan were probably Kurdish and Turkish half-breeds who came from east of Malatya.
- ↑ Peter Malcolm Holt, 1986, The Age of the Crusades: the Near East from the eleventh century to 1517, p. 176, Longman, University of Michigan, ISBN 0-582-49303-X, 9780582493032 The second of the eastern principalities, Germiyan, developed from a group, probably of mixed Kurdish and Turkish origin
- ↑ Marios Philippides, Biblioteca apostolica vaticana - 1990, Byzantium, Europe, and the early Ottoman sultans, 1373-1513: an anonymous Greek chronicle of the seventeenth century, p. 6, A.D. Caratzas, University of Michigan, ISBN 0-89241-430-8, ISBN 978-0-89241-430-7, Near Byzantine borders in Phrygia, the emirate of Germiyan was formed by a mixed population of Turks and Kurds, who had come from east of Malatya
- ↑ Carl F. Petry, 2008, The Cambridge History of Egypt, p. 527, Northwestern University, Illinois, ISBN 9780521068857, Germianoğulları: Anadolu'da bir Türkmen ve Kürt beyliği
- ↑ Yılıdz, Hakkı Dursun, a.g.e., İstanbul, 1981-1982, s, 38
- ↑ Kerimüddin Mahmud-i Aksarayî, Müsâmeretü'l-Ahbâr, "el-kıssa, ez her taraf ki bâd, ümera-yı etrak ser ber hatt-ı tâat nihâdend. Felekeddin Dündar Hamid ez bu Oğlu ve evlâd-ı Eşref ez Gurgurum ve esbât sahib-i Fahreddin ez Karahisar düvele ve ümera-yı Germiyan ve Ebna-yı Alişîr ez Kûtâhiyye ve kal'a-i an hudûd ve Süleyman Paşa ez Kastamonya ki der hiç ahdi ez uhûd mütekaddim ihdâr ve istihdar-ı îşân suret-i ne-beste bûd. Cümle müteâkıb be-kışlak-ı Karaburuk hâzır şodend ve mutâvaat u imtisal numûdend mutî ve munkad geşend"
- ↑ Gargurum: Şimdiki Beyşehir ve civarı, Yenişarbademli yakınları
- ↑ Selçuknâme, Paris Nüshası, sayfa, 62-63
- ↑ Uzunçarşılı, İ.H., a.g.e., İstanbul Devlet Matbaası, 1932, sayfa, 29, 30, 31
- ↑ Selçuknâme, Paris Nüshası
- ↑ Bu kitabə əvvəllər Ankaradakı Qızıl bəy məscidinin minbərində idi. Hal-hazırda isə İstanbul muzeyindədir
- ↑ Germiyan ilinden idüp fethi bab, Germiyan tutaridi ana rikap, Sasa Bey derler adı bir gazi er, Gelmiş Aydın iline evvel meğer, Evvelâ ol birgiyi fetheylemiş, Aydın oğlunu getirmiş toylamış (Düsturname-i Enverî)
- ↑ Hem hasetten fitne sasa eyledi, müminiken avni tersa eyledi, Ol gazada katl oldu ol dahi, çok ganimet mal alur miri sahi (Düsturname-i Enverî) Düsturname Birgi şehrinin Sasa Bey tarafından zapted ilüp Ayasluğ ve Keles i Mehmet Beyin aldığını ve menakibülarifiyn ise Birginin Mehmet bey tarafından zaptedildiğini yazarlar. Menakibülarifinin müteleasını Birgideki Mehmet Bey camii kapısı üzerindeki kitabe de te'yit eder. Birginin zaptı 707 hicri senesindedir. Aydın oğlu Mehmet Beyin Birgiyi zapteden Sasa Bey i istirkap ile katlettirerek kendisinin serbest kalmış olması pek muhtemeldir (Uzunçarşılı, İsmail Hakkı, a.g.e., sayfa, 35)
- ↑ Eflaki, Menakıb'ül Arifin, umumî kütüphane nüshası
- ↑ Uzunçarşılı, İ.Hakkı, a.g.e., sayfa, 36
- ↑ Memankıb'ül Arifin Germiyan oğlu yakub bin alişirin Ladik de Ulu Arif Çelebi ile olan macerasını anlatırken Yakup Beye darılan çelebinin göynünü almak üzere Aydın oğlunun damadı bulunan Sadeddin mübarek kâbızı, çelebi nezdine gönderildiğini yazar
- ↑ Neşrî Tarihi ve Âşık Paşazade Tarihi, sayfa, 4, 11, 15
- ↑ Hadîdî Tarihi
- ↑ İn-önü ile beraber Eskişehirin Osman Beye verilmesi (688) hicri senesindedir. Buna da sebep Germiyanlılarla Selçukilerin husumeti ve Osman Beyi Germiyanlılar aleyhine kullanmak siyasetidir. (Tarih Encümeni Osmanlı Tarihi, sayfa, 581 Cihannüma)
- ↑ Bu vak'ayı İbni Kemal Tarihi 713 senesinde göstermekte ve Çavdar oğlunun esaretten tahş,yes,m, 715 senesinde zikretmektedir
- ↑ Hayrullah Efendi Tarihi, cilt, 2, sayfai 39-40. İbn-i Kemal Tarihi
- ↑ Şikarî, Karaman-nâme
- ↑ "Ya Osmanlı Olmasaydı: Germiyanoğullarının Entrikalarla Dolu Öyküsü". 5 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
- ↑ Mesalikülebsar
- ↑ Müneccimbaşı Ahmed Dede, Câmiü’d-Düvel
- ↑ Âşıkpaşazâde, Tevârîh-i Âl-i Osman
- ↑ Joseph von Hammer, Osmanlı İmparatorluğu Tarihi Tercemesi, c, 1, s, 222
- ↑ Mesalikü'l Ebsar
- ↑ Ahmed Vefik Paşa, Lehçe-i Osmani
- ↑ Uzunçarşılı, 1969. səh. 41
- ↑ 1 2 3 Varlık, 2013
- ↑ Lindner, 2007
- ↑ 1 2 3 4 5 6 7 Varlık, 1996
- ↑ 1 2 3 Melikoff, 1991
- ↑ 1 2 3 Uzunçarşılı
- ↑ 1 2 Uzunçarşılı, 1932. səh. 33
- ↑ 1 2 Uzunçarşılı, 1969. səh. 43
- ↑ 1 2 Uzunçarşılı, 1932. səh. 47
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Uzunçarşılı, 1932. səh. 53