GNOME — Vikipediya
GNOME | |
---|---|
Tipi | masaüstü mühiti |
Müəllif | Gnome Tərtibatçıları |
Repozitoriya | gitlab.gnome.org/GNOME |
Proqramlaşdırma dili | C[3], C++[3], C#, HTML, JavaScript[3], Perl[3], Python[3] |
Əməliyyat sistemi | Linux və başqa Unix tipli əməliyyat sistemləri |
İnterfeysin dili | Çoxdilli (40 dildən artıq) |
Yayımlanma tarixi | 15 avqust 1997[1] |
Sonuncu versiya |
|
Lisenziya | GPL, LGPL |
Sayt | gnome.org |
Vikianbarda əlaqəli mediafayllar |
GNOME (GNU Network Object Model Environment, tələffüzü: /ɡˈnoʊm/ və ya /ˈnoʊm/) — əməliyyat sisteminin üzərində çalışan qrafik masaüstü mühitdir. Tamamilə azad və açıq mənbəli proqram təminatıdır. 1997-ci ildə Miguel de Icaza və Federico Mena tərəfindən azad proqram təminatı kimi yaradılmağa başladı. 1999-cu ildə ilk versiyası istifadəyə buraxıldı. Unix xüsusi ilə də Linux əməliyyat sistemlərində masaüstü mühit kimi KDE Plasma və GNOME geniş istifadə olunur.
Əsas alt proyektləri
[redaktə | mənbəni redaktə et]- GNOME shell - Gnome 3-ün istifadəçi interfeysi
- GVFS - virtual fayl sistemi
- GNOME keyring - şifrləmə açarlarını və təhlükəsizlik haqqında məlumatı saxlamaq üçün alət
- GTK+ - qrafik tətbiqlər yaratmaq üçün alətlər paneli
GNOME işlədən əməliyyat sistemləri
[redaktə | mənbəni redaktə et]- Ubuntu
- Fedora
- Debian
- Mageia
- CentOS
- Kali Linux