Gilgilçay — Azərbaycan RespublikasınınSiyəzən rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Gilgilçay fəhlə qəsəbəsi Həmyə kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Gilgilçay qəsəbə Soveti yaradılmışdır.[1]
Pir Xəlil türbəsi — Gilgilçay qəsəbəsində yerləşir. Şərq memarlıq üslubunda tikilmiş Pir Xəlil türbəsi VIII əsr abidəsidir. Türbədə dəfn edilmiş XVII əsr Sufi dərvişlərindən Xəlil Baba haqqında yazılı qaynaqlarda dəqiq məlumat yoxdur.