Gilgit-Baltistan — Vikipediya
Gilgit-Baltistan | |
---|---|
urdu گلگت بلتستان | |
| |
Ölkə | Pakistan |
İnzibati mərkəz | Gilgit |
Ən böyük şəhəri | Skardu[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1 noyabr 1948-ci il |
Sahəsi | 72 971[2] km² |
Saat qurşağı | UTC+05:00 |
Əhalisi | |
Əhalisi | 1 800 000 nəfər nəfər (2015) |
Rəsmi dillər | urdu, ingilis (rəsmi) |
Rəqəmsal identifikatorlar | |
Abreviatura | GB |
ISO kodu | PK-GB |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Gilgit-Baltistan (urdu گلگت بلتستان) və ya keçmiş adı ilə Şimal əraziləri[3] Pakistan İslam Respublikasının ucqar şimalında yerləşən muxtar bölgədir.[4] Bu vilayət cənubdan Hindistanın nəzarəti altında olan Azad Kəşmir, şimaldan Əfqanıstana məxsus Vahan dəhlizi, qərbdən Hayber Paxtunxva bölgəsi, şərqdən və şimal-şərqdən Çinin Sintszyan-Uyğur Muxtar Rayonu ilə əhatə olunmuşdur. Gilgit-Baltistan Hindistan və Pakistan arasında mübahisəli ərazi olan Kəşmirin tərkib hissəsidir.[4][5][6]
Hazırda Gilgit-Baltistanın yerləşdiyi ərazi 1970-ci ildə "Şimal əraziləri" adı altında muxtar inzibati vahid elan olunmuşdur. 2009-cu ildə Pakistan Prezidenti Asif Əli Zərdari tərəfindən imzalanmış əmrə əsasən muxtar bölgənin adı Gilgit-Baltistan formasına qaytarılmışdır. Bu bölgənin əhalisi Kəşmirlə birləşməyin əleyhinə olmuş, Pakistanın tərkibində beşinci muxtar vilayət olmaq istəmişdir, lakin Pakistan hökuməti BMT-də müzakirə olunan Kəşmir məsələsi ilə əlaqədar olaraq bu istəyi qəbul etməmişdir.
Gilgit-Baltistanın sahəsi əksər hissəsi yüksək dağlıq relyef olmaqla 72,971 km²-dir. 2015-ci il hesablamalarına əsasən bölgə əhalisi 1 milyon 800 min nəfər təşkil edir. Paytaxtı Gilgit şəhəridir. Bu muxtar bölgədə olan zirvələrin 50-dən çoxunun hündürlüyü 7000 metrdən çoxdur. Qütb zonasını çıxmaqla dünyada mövcud olan ən uzun üç buzlaq Gilgit-Baltistan ərazisində yerləşir. Alpinizm əsas turizm sahəsi hesab olunur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Demoqrafiya
[redaktə | mənbəni redaktə et]1998-ci ildə həyata keçirilmiş ölkə miqyaslı son siyahıyaalma nəticəsində Gilgit-Baltistan bölgəsinin əhalinin sayının 870,347 nəfər olduğu müəyyən olunmuşdur.[7] Urbanizasiya səviyyəsi təqribən 14% qeydə alınmışdır.[8] Əhali dil, etnik və dini baxımdan müxtəlif yerlərə bölünmüşdür. Etnik qruplara şinlər, yaşkunlar, kəşmirlilər və s. daxildir.[9] Gilgit-Baltistandan olan əhalinin böyük bir qismi Pakistanın Pəncab və Kəraçi şəhərlərində məskunlaşmışdır.
Dil
[redaktə | mənbəni redaktə et]Çoxdilli region olan Gilgit-Baltistanda Urdu dili rəsmi dövlət dilidir. Bu dil burada "linqva franka" yəni, etnoslararası münasibət məqsədilə də istifadə olunur. İngilis dili ikinci rəsmi dildir. Əsasən təhsil sahəsində istifadə olunur. Ərəb dili isə dini məqsədlər üçün istifadə olunur.
Din
[redaktə | mənbəni redaktə et]Əhalinin böyük əksəriyyəti müsəlmanlardan ibarətdir. Pakistanda əhalinin əksər hissəsinin İslam dininin Sünni təriqətinə mənsub olmasına baxmayaraq, Gilgit-Baltistan ölkədə Şiələrin üstünlük təşkil etdiyi yeganə bölgədir.[10] 1948-ci ildə əhalinin 85%-ni şiələr təşkil etmişdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Skardu". Skardu. 2016-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2017. (#apostrophe_markup)
- ↑ "UNPO: Gilgit Baltistan: Impact Of Climate Change On Biodiversity". unpo.org. 2016-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2017.
- ↑ Hinman, Bonnie, We Visit Pakistan, Mitchell Lane Publishers, Inc., 15 sentyabr 2011, səh. 41, ISBN 978-1-61228-103-2, 2022-04-08 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-11-20
- ↑ 1 2 Weightman, Barbara A. Dragons and Tigers: A Geography of South, East, and Southeast Asia (2nd). John Wiley & Sons. 2 dekabr 2005. səh. 193. ISBN 978-0-471-63084-5.
- ↑ "Gilgit-Baltistan: Disputed or victim of Kashmir dispute?". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
- ↑ "The Myth of Gilgit-Baltistan's Linkage with Jammu & Kashmir". 2018-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
- ↑ "Administrative Divisions and Population of the Northern Areas (1998)". Northern Areas Management Information System. 2006-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2017.
- ↑ "Population, poverty and environment" (PDF). Northern Areas Strategy for Sustainable Development. 2004-11-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2017.
- ↑ "Pakistan's Fragile Foundations". Council on Foreign Relations. 12 mart 2009. 2010-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.
- ↑ "Sectarian conflict in Gilgit-Baltistan" (PDF). pildat. May 2011. 2013-09-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2017.