Hüseyn Haqverdiyev — Vikipediya

Hüseyn Haqverdiyev
Doğum tarixi (68 yaş)
Doğum yeri Ucar, Azərbaycan SSR, SSRİ
Atası Həsən Haqverdiyev
Fəaliyyəti heykəltaraş
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2021 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2002

Hüseyn Həsən oğlu Haqverdiyev (3 mart 1956, Ucar) — Azərbaycan rəssamı, fotoqraf və heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2021).

Rəssam Həsən HaqverdiyevinVera Kalininanın oğlu olaraq 1956-cı ildə Ucarda anadan olmuşdur. 1958-ci ildə ailəsi Bakıya köçmüşdür. 1971-ci ildə Əzim Əzimzadə adına İncəsənət kollecinə daxil olmuş, 1975-ci ildə oradan məzun olmuşdur. Həmin il Vera Muxina adına Leninqrad ali incəsənət akademiyasına daxil olmuş, heykəltaraşlıq fakültəsini 1980-ci ildə bitirmişdir. Azərbaycan Həvari Prefektinin baş kafedral kilsəsi olan Müqəddəs Bakirə Məryəm kilsəsindəki "Bakirə Məryəm" heykəlinin müəllifidir. Səngəçal terminalının girişindəki "Xəzər dənizi əfsanəsi" əsərinin müəllifidir.[1] İlk simpoziumu 1980-ci ildə nümayiş olunmuşdur. Hindistan, ABŞ, Almaniya, Gürcüstan, BƏƏ kimi ölkələrdə sərgi və simpoziumları baş tutmuşdur. 2014-cü ildə Özbəkistanda solo sərgisi baş tutmuşdur. Bakıda yaşayır.

Əli Haqverdiyev, Ucal Haqverdiyev, Səidə Haqverdiyeva, Aidə HaqverdiyevaZemfira Qafarovanın qardaşıdır. 

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. "Hüseyn Haqverdiyev bioqrafiyası". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-31.
  2. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 16 oktyabr 2021. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.
  3. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında". e-qanun.az. 30 may 2002. 12 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]