Həmədan şəhristanı — Vikipediya
Həmədan şəhristanı | |
---|---|
شهرستان همدان | |
34°56′ şm. e. 48°56′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həmədan şəhristanı (fars. شهرستان همدان) — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biridir. Mərkəzi Həmədan şəhəridir. Tərkibinə həmçinin Curəqan, Məryanəc və Qəhavənd şəhərləri də daxildir.
Ərazi
[redaktə | mənbəni redaktə et]2011-ci ilədək şəhristanın ərazisi keçmiş Famənin bəxşinin ərazisi ilə birlikdə 3675 km² idi.[2] Hazırda 1362 km² ərazisi olan keçmiş Famənin bəxşi Həmədan şəhristanından ayrılmış və ayrıca şəhristan olmuşdur.[3] Bu səbəbdən Həmədan şəhristanının ərazisi azalaraq 2313 km² təşkil etməkdədir.
Əhali
[redaktə | mənbəni redaktə et]Rəsmi olaraq Həmədan şəhristanının əhalisini 2006-cı ilin siyahıyaalınmasına əsasən 585,642 nəfər təşkil edirdi; siyahıya alınma zamanı şəhristanın ümumi əhalisi 626,183[4] nəfər təşkil etmişdir, ancaq 2011-ci ildə Həmədan şəhristanının Famənin bəxşi ayrılaraq yeni Famənin şəhristanına çevrilmişdir, 2006-cı ildə s.a. zamanı keçmiş Famənin bəxşində 40,541 nəfər qeydə alınmışdı. Bu səbəbdən Həmədan şəhristanının indiki sərhədləri çərçivəsində 2006-cı il s.a. əsasən əhalisi 585,642 nəfər olmuşdur.
Bəxşlərdə
[redaktə | mənbəni redaktə et]- Mərkəzi bəxşi
- Əhali: 560,133 nəfər (2006 s.a.)
- şəhər əhalisi: 491,442 nəfər (2006 s.a.)
- kənd əhalisi: 68,691 nəfər (2006 s.a.)
- Şara bəxşi
- Əhali: 25,509 nəfər (2006 s.a.)
- şəhər əhalisi: 2,407 nəfər (2006 s.a.)
- kənd əhalisi: 23,102 nəfər (2006 s.a.)
- Qeyd: Şəhristanın bəxşlərinin kənd əhalisi müvafiq bəxşlərin dehistanlarını əmələ gətirən kəndlərdə yaşayırlar.
Şəhərlərdə
[redaktə | mənbəni redaktə et]- Mərkəzi bəxşində:
- Şara bəxşində:
Milli tərkib
[redaktə | mənbəni redaktə et]Şəhristan əhalisi 92%-i farslardan və Azərbaycan türklərindən[6], 8%-i isə lurlardan (ləklər də daxil olmaqla), kürdlərdən və yəhudilərdən[7] ibarətdir.[8]
- Farslar: Həmədan şəhərində və Məryanəc şəhərində yaşayırlar. Həmədan şəhərində əhalinin yarıdan çoxunu-təxminən 63%[6]-ni farslar və digər İran dillilər təşkil edir .
- Azərbaycanlılar: Mərkəzi bəxşində bütün kənd əhalisi, Həmədan şəhəri əhalisinin 37%[6]-i və Curəqan şəhərinin əhalisi, Şara bəxşində bütün kənd əhalisi və Qəhavənd şəhərinin əhalisi etnik azərbaycanlılardan ibarətdir.
- Kürdlər: Şəhristanda olduqca az sayda kürd əsilli əhali məskunlaşıb və onların hamısı Həmədan şəhərində yaşayır.
- Lurlar (ləklər də daxil olmaqla): Həmədan şəhərində və Məryanəc şəhərində yaşayırlar.
- Yəhudilər: farsdillidirlər və Həmədan şəhərində yaşayırlar.
Həmədan şəhristanının inzibati bölgüsü
[redaktə | mənbəni redaktə et]- Mərkəzi bəxşi
- İnzibati mərkəzi: Həmədan; digər şəhərləri: Curəqan / Cuzqan, Məryanəc
- DEHİSTANLARI:
- Abaru dehistanı
- KƏNDLƏRİ: Abaru, Çəşin, Çeşməməlik, Xaku, Silvar, Simin-i Abaru
- Əlvəndkuh-i Qərbi dehistanı
- KƏNDLƏRİ: Ənsərülimam, Çeşməqəssaban, Padegan-e Həmədan [Həmədan hərbi qarnizonu (Hamadan Garrison)], Heydərə-i Püşt-i Şəhr, Mehdiabad, Muyicin, Solulan, Tuyicin, Vəfricin, Yekanabad
- Əlvəndkuh-i Şərqi dehistanı
- KƏNDLƏRİ: Əliabad-i Vərkanə, Ərzanfud, Sədd-i Ekbatan, Şəmsabad, Təfrican, Tikmədaş, Vərkanə, Yalfan
- Günbəd dehistanı
- KƏNDLƏRİ: Abhindu, Ağtəpə, Barabənd, Günbəd, Hacıabad, Heyran, Kürkəhriz, Məruf, Nişar, Qulukəndi, Rəhimabad, Sərdərə, Siyahkəmər
- Hegmətanə dehistanı
- KƏNDLƏRİ: Əliabad-i Ağhisar, Əliabad-i Püştşəhr, Əmzəcird, Bəhramabad, Şəhrək-e Sünəti-ye Buli [Buli sənaye ərazisi (Buli Industrial Estate)], Dehpiyaz, Qaraçoğa, Həsənabad-i Şəvərin, Nəhran / Nəhran-i Xarab, Övliyayi, Qasımabad, Qışlaq-i Qomar, Rabat-i Şəvərin
- Səngistan dehistanı
- KƏNDLƏRİ: Abşinə, Ağca-i Seyidan, Ağdaş, Ərəbli, Bağça, Dehdəliyan, Dingələkəhriz, Gürgəz, İvək, Küncinə / Gəncinə, Kürdbulaq, Məhbar, Mərtəbulaq / Şahbulaq, Pəhnabad, Pulşikəstə, Səbzabad, Səngistan, Şəvərin, Şirabad, Surxabad, Yeganə, Ziya-ül Din (Ziyaəddin)
- Abaru dehistanı
- DEHİSTANLARI:
- Şara bəxşi
- İnzibati mərkəzi: Qəhavənd
- DEHİSTANLARI:
- Çahdəşt dehistanı
- KƏNDLƏRİ: Böyükabad, Büzinəcird, Hacımaqsud, Həməkəsi, Həsənabad, İdahlı, Miləcird, Novdeh, Qıpçaq, Qırxlar, Səmavək, Yəsərli
- Ceyhundəşt dehistanı
- KƏNDLƏRİ: Əhmədabad, Əliabad-i Kürd, Ağdərə, Bərəkətabad, Boyaqçı, Dəştə, Dizac, İmamzadə Pir Nahan, Günbədçay (Gümbəzçay), Hizac, Ceyhunabad, Rəzac, Şirinabad, Tahunabad, Yeklə
- Şordəşt dehistanı
- KƏNDLƏRİ: Abanbar, Əbdülrəhim, Əhmədabad-i Təpə (Əhmədabadtəpə), Dövlətabad, Firuzabad, Xeyrabad, Xomacin, Kövzarə, Mühacirabad, Müslümabad, Qışlaq-i Ülya, Qışlaq-i Süfla, Qozluca, Rahcird, Vərkeş
- Çahdəşt dehistanı
- DEHİSTANLARI:
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ نتایج سرشماری جمعیت به تفکیک تقسیمات کشوری سال 1395.
- ↑ Cultural Heritage, Handicrafts and Tourism Portal of Hamedan :شهرستان همدان Arxivləşdirilib 2012-06-14 at the Wayback Machine
- ↑ Cultural Heritage, Handicrafts and Tourism Portal of Hamedan :شهرستان فامنین Arxivləşdirilib 2012-05-17 at the Wayback Machine
- ↑ World Gazetteer :"Hamadān type and level of administrative division". 2013-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-09.
- ↑ 1 2 3 4 5 World Gazetteer :"Hamadān: largest cities and towns and statistics of their population". 2013-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-05.
- ↑ 1 2 3 Unrepresented Nations and Peoples Organization (UNPO) :Southern Azerbaijan Arxivləşdirilib 2013-07-26 at the Wayback Machine
- ↑ BestİranTravel.com :HAMADAN Arxivləşdirilib 2012-09-01 at the Wayback Machine
- ↑ Road Maintenance & Transportation Organization of İslamic Republic of İran (RMTO): Provincial Transportation and Terminals Department of Hamedan :Preface Arxivləşdirilib 2012-07-21 at the Wayback Machine