Hacı Cəfər məscidi — Vikipediya
Hacı Cəfər məscidi | |
---|---|
41°21′46″ şm. e. 48°30′34″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Quba |
Rayon | Quba rayonu |
Yerləşir | Ərdəbil küçəsi 62 |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | islam memarlığı |
Sahəsi | 400 m² |
İstinad nöm. | 4619 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Hacı Cəfər məscidi — XIX əsrin əvvəllərində Azərbaycanın Quba şəhərində tikilmiş tarixi-memarlıq abidəsi.
Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
[redaktə | vikimətni redaktə et]Hacı Cəfər məscidi 1905-ci ildə Quba şəhərinin mərkəzində tikilib[1]. Şəhərin ən böyük məscididir, sahəsi 400m² təşkil edir. Deyilənə görə məscid Hacı Cəfər tərəfindən tikildiyinə görə onun adını alıb[1].
Şəhərin yaşlılarının dediklərinə görə Quba soyqırımında ermənilər qocaları, qadınları və uşaqları bu məscidə toplayıb diri-diri yandırmaq istəyiblər. Həmin vaxt məscidin axundu olmuş Hacı Baba bunun qarşısını alıb. Hacı Baba evində kimsəsiz erməni qızlarını öz qızları kimi böyüdüb, saxlayıb və bunu ermənilərə bildirib. Deyib ki, biz sizin qızlarınıza öz övladlarımız kimi baxırıq, əvəzində siz bizi öldürmək istəyirsiniz. Bundan sonra ermənilər insanları yandırmaqdan vaz keçirlər[1][2].
Sovet işğalında
[redaktə | vikimətni redaktə et]Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[3]
İşğaldan sonra məscid bağlanıb. 1930-cu illərdə məscidin günbəzi dağıdılıb. İlk dövrlər tələbə yataqxanası kimi istifadə olunsa da sonradan taxıl anbarı kimi istifadə olunub. Sonradan günbəz yerli əhalinin hesabına 1943-cü ildə bərpa edilib[1] və 1944-cü ildən yenidən məscid kimi fəaliyyət göstərməyə başlayıb. Məsciddə həm şiələr, həm də sünnilər namaz qılırlar[2].
Müstəqillikdən sonra
[redaktə | vikimətni redaktə et]Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[4]
Memarlığı
[redaktə | vikimətni redaktə et]Bişmiş kərpicdən inşa olunmuş məscidin binası, 4 otaqdan ibarətdir. Məscid planda dördbucaqlı olub, əsas ibadət zalından və önündəki köməkçi otaqlardan ibarətdir. Məscidin əsas baş girişi şimal tərəfdəndir. Mehrab qapı ilə üzbəüz yerləşib. Əsas zalın ortasında tavan örtüyünü saxlamaq üçün iki ədəd sütun vardır. Qadınlar üçün ayrılmış kiçik zal ikinci mərtəbədə yerləşir. Məscidin günbəzi xaricdən ağ dəmir ilə örtülmüşdür. Məscidin şərəfi günbəzin üzərində yerləşir. Şərəfə çıxmaq üçün içəridə sağ tərəfdə pilləkənlər var.[5] Mehrab sadə quruluşa malikdir və qoz ağacından düzəldilib. Məscidin mismardan istifadə edilməyərək hazırlanan qədim oyma naxışlı qapısı indiyənədək qorunub saxlanılıb[1].
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 "Qubanın ən boyük ibadət evi: Hacı Cəfər məscidi" (az.). shimal.news. 26 avqust 2021. 17 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
- ↑ 1 2 Leyla Abdullayeva. "Şiə və sünnilərin birgə namaz qıldığı məscid: Orada qalan tələbələr dəli olurmuş..." (az.). sputnik.az. 2 sentyabr 2019. 17 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
- ↑ Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2 avqust 2001. 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 oktyabr 2022.
- ↑ İlqar Balakişiyev. "Qubanın tarixi məscidləri" (az.). shahdagpeoples.az. April 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2022.