Hafiz Paşayev — Vikipediya

Hafiz Paşayev
Hafiz Mir Cəlal oğlu Paşayev
Bayraq
Azərbaycan Respublikası
Xarici İşlər Nazirinin müavini
İkinci bayraq
14 avqust 2006 – 29 oktyabr 2019
Şəxsi məlumatlar
Doğum tarixi (83 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti diplomat, siyasətçi
Atası Mir Cəlal Paşayev
Elmi fəaliyyəti
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru

Təltifləri "Şərəf" ordeni — 2016 "Şöhrət" ordeni — 2011 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2021 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hafiz Mir Cəlal oğlu Paşayev (2 may 1941, Bakı) — azərbaycanlı diplomat və fizik, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikası xarici işlər nazirinin keçmiş müavini, "ADA" Universitetinin rektoru.

Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. 1963 – Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir

1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir.

1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975–1976-ci illərdə İrvin şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir

Amerikalı qonaqlarla

1992–2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda MeksikaKanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir.

100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilisrus dillərini bilir.

Evlidir, iki övladı, dörd nəvəsi var.

  • 2 may 2011-ci il Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib[1].
  • 2 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib[2].
  • 9 iyul 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[3]
  • 29 aprel 2021-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[4]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar H.M.Paşayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (azərb.). 2 may 2011. 6 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2011.
  2. "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar H.M.Paşayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (azərb.). 2 may 2016. 6 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2016.
  3. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.
  4. "H.M.Paşayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.