Hamidi — Vikipediya
Hamidi | |
---|---|
Doğum tarixi | 1407 |
Doğum yeri |
|
Vəfat tarixi | 1485 |
Vəfat yeri | |
Milliyyəti | türk |
Fəaliyyəti | şair, tarix, yazıçı, tarixçi |
Əsərlərinin dili | Azərbaycan dili, ərəb dili, Osmanlı dili, fars dili |
Janrlar | qəzəl, qəsidə, qitə, şeir, divan |
Hamidi Vikimənbədə |
Hamidi (1407, İsfahan – 1485, İstanbul) — azərbaycanlı şair, XV əsr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Hamidi türk,fars və ərəbcə müxtəlif janrda şeirlər yazan şair həm də tarixçi idi. "Təvarixi-ali-Osman" adlı elmi əsərin müəllifidir. Geniş oxucu kütləsini nəzərə alaraq "Cami-süxənquy" əsərini yazmışdır.[1]Onun ən böyük xidməti anadilli şeirin inkişafına yardımçı olmasıdır. Onun şeirlərində artıq Füzuli ənənələri yoxdur. 1407-ci ildə İsfahanda anadan olmuş, ilk təhsilini burada alaraq şair kimi yetişmişdir. 20 yaşından etibarən ömrünün 30 ilini səyahətlərdə keçirmişdir. Bu haqda özünün "Həsbi-halnamə" əsərində məlumat vermişdir.[1]Hamidi Azərbaycanda mükəmməl mədrəsə təhsili aldıqdan sonra Fateh dövründə, 1455–1456-cı illərdə Osmanlıya getmişdir. Fars və türk dilində yazdığı şeirləri ilə sarayın diqqətini cəlb etmişdir. 20 il Fateh Sultan Mehmetin sarayında yaşayan şair bu barədə "Vəsf-halnamə" əsərində məlumat vermişdir. 1476–1477-ci (hicri təqvimi ilə 881-ci) ildə hökmdarın qəzəbinə səbəb olan Hamidi Bursaya, I Murad türbəsinə şeyx vəzifəsinə göndərilir. Daha sonra saraya dönən şair Sultan Bəyazidin hakimiyyətinin ilk illərinədək yaşayır. 1485–1486-cı ildə İstanbulda vəfat etmişdir.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Günümüzədək gəlib çatan ədəbi irsi öz əli ilə yazılmış avtoqraf divanından ibarətdir. 1949-cu ildə İsmayıl Hikmət Ərtaylan şairin divanını geniş bir müqəddimə ilə çap etdirmişdir. Divanda türkcə və farsca yazdığı qəsidələr, qəzəllər, rübailər, müəmmalar, maddeyi-tarixlər, "həsbi-halnamə" məsnəvisi və digər əsərləri toplanmışdır. Qəsidələrində Fateh Sultan Məhəmmədi, oğlu Sultan Bəyazidi, vəzirləri, sərkərdələrivə bir sıra şəxsləri mədh etmişdir. Öz əsərlərində klassik Şərq şairlərinin əsərlərindən faydalanmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Səfərli Ə. Q. XVII-XVIII əsrlər Azərbaycan epik şeri. Bakı: "Yazıçı" nəşriyyatı, 1982, s. 131-149.