Harva kilsəsi — Vikipediya

Harva kilsəsi
Ölkə  Azərbaycan
Şəhər Ağdərə
Yerləşir Dovşanlı kəndi
Aidiyyatı Qafqaz Albaniyası
Xaçın knyazlığı
Harva kilsəsi (Azərbaycan)
Harva kilsəsi

Harva kilsəsiAğdərə rayonunun Dovşanlı kəndində yerləşən tarix-memarlıq abidəsi. Abidə böyük qaya içində yonulmuş və hörgü ilə tamamlanmış iki zallı kilsədən ibarətdir.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Dovşanlı kəndinin cənub hissəsində, böyük qayalığın altında yerləşən Harva kilsəsi bir-biri ilə əlaqəli mağaradan ibarətdir. Uğurlu inşaat işi sayəsində qarşı tərəfdən onlar bir-birindən ayrı iki sovməə kimi görünürlər. Daxildən isə onlar bir-birinə bitişik yarımqaya zal təsiri bağışlayrlar.[1]

Kilsə qarşısında qoyulmuş böyük hamar daş üzərində 1249-cu ilə aid yeddi sətirlik kitabə vardır. Kilsə monumental divar rəsmlərinə malikdir.[1] Kilsənin apsidasında biri dairəvi digəri isə düzbucaqlı plana malik iki kilsə binası təsvir olunmuşdur.[1]

  1. 1 2 3 Мкртчян, 1989. səh. 29
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989