Haubitsa — Vikipediya

Fəllucədə 155 millimetrli haubitsa

Haubitsa (alm. haubitze‎, çex. houfnice, ilkin mənası — daş atmaq üçün silah (sapand)) — açıq və örtülü yerlərdəki (səngər, xəndək) hədəfləri, habelə səhra müdafiə qurğularını məhv etmək üçün artilleriya silahı növü. 70°-dək yüksələn bucaq altında atəş aça bilər. Haubitsanın lüləsi topa nisbətən qısadır (20–30 kalibr), mərmisinin başlanğıc sürəti və təsir məsafəsi isə eyni kalibrli adi toplarınkından azdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]