Helheym — Vikipediya
Helheym (p.ger. Helheim; bukv. Helin ağalıq etdiyi yer) — german-skandinav mifologiyasında ölülər diyarı. Hel adlı div tanrı Odini devirdikdən sonra Helheymə ağalıq edir.
Etimologiya
[redaktə | mənbəni redaktə et]Qədim skandinav dilində qadın cinsində olan "Hel" xüsusi ismi bu diyara ağalıq edən varlıq ilə eynidir. Bu terminin müasir ingilis dilindəki "Hall", eləcə də qədim skandinav dilindəki "Valhalla" (azərb. Öldürülmüşlərin zalı) sözü ilə əlaqəsi var. Bu sözü bütün german dillərində tapmaq mümkündür. Məsəlüçün, qədim ingilis dilindəki "Hell"[a], qədim friz dilindəki "Helle", qədim sakson dilindəki "Hellia", qədim yuxarı alman dilindəki "Hella" və qot dilindəki "Halja" bu nümunələrə aiddir. Bu sözün bütün formaları bərpa edilmiş pragerman dilindəki qadın cinsində olan *xaljō" (azərb. Üstü basdırılmış yer/Cəhənnəm) ismindən törəmişdir. Bu sözün pragerman dilindəki forması da prahind-Avropa dilindəki "*kel-" və "*kol-" (azərb. Üstünü örtmək/Gizlətmək/Qorumaq) sözlərindən törəmişdir.[1][2]
Nəzəriyyələr
[redaktə | mənbəni redaktə et]Snorri Sturlusonun müəllifi olduğu "Böyük Edda" kitabında Helheym haqqında yazdıqları üzərində tədqiqat aparmış Hilda Ellis-Devidson qeyd edir ki, "Snorrinin cəhənnəm haqqında yazdıqlarının əsasən öz işindən ibarət olması doğruyabənzər görünür". Ellis-Devidsona görə, xəstəlikdən və yaşlılıqdan ölənlərin Helheymə daxil olması fikri Snorrinin bu ənənəni Valhalla ilə barışdırmaq cəhdidir və o, bunu Snorrinin verdiyi "Helheymin yeganə ətraflı izahı"nın Baldrın Helheymə yaşlılıqdan və ya xəstəlikdən ölməyərək daxil olması ilə əsaslandırır. Ellis-Devidson yazır ki, Snorri Helheymi izah edərkən böyük ehtimalla bizə məlum olmayan "zəngin bir mənbə"dən istifadə edirdi, ancaq bu mənbə ona çox məlumat verməyib. Ellis-Devidson əlavə olaraq, Snorrinin təqdim etdiyi Helheym təsvirinin bəzi hallarda xristian doktrinasındakı cənnət ilə bağlı öyrədilən məlumatlardan təsirləndiyini irəli sürür.[3]
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Bu sözdən müasir ingilis dilindəki "Hell" sözü törəmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Orel, 2003. səh. 156
- ↑ Uatkins, 2000. səh. 38
- ↑ Ellis-Devidson, 1968
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Sturluson, Snorri. Böyük Edda (ingilis). ISBN 0-14-044755-5.
- Sturluson, Snorri. Kiçik Edda (ingilis). ISBN 0-19-283946-2.
- Uatkins, Kalvert. The American Heritage Dictionary of Indo-European Roots (ingilis). Houghton Mifflin Company. 2000. ISBN 0-395-98610-9.
- Ellis-Devidson, Hilda. Saxo Grammaticus: The History of the Danes, Books I-IX : (ingilis) (Book II). 1998. ISBN 0-85991-502-6.
- Ellis-Devidson, Hilda. The Road to Hel: A Study of the Conception of the Dead in Old Norse Literature. 1968. ISBN 0-8371-0070-4.
- Orel, Vladimir. A Handbook of Germanic Etymology (ingilis). 2003. ISBN 9004128751.