Hematit — Vikipediya

Hematit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Fe₂O₃[1][2]
Strunz təsnifatı IV/C.04a[3]
Xüsusiyyətləri
Sıxlıq 5,1 ± 0,2 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hematit — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Alümohematit (30 mol. %-dək Al2O3), hidrohematit (4-8% H2O).

Rəng –  kristalları qara, torpaqvari aqreqatları parlaq-qırmızı rənglidir; Mineralın cizgisinin rəngi – albalı kimi qırmızı, qırmızımtıl-qəhvəyi; Parıltı – yarımmetal; Şəffaflıq – qeyri-şəffaf, nazik qırıntıları yarımşəffafdır; Sıxlıq – 4,9-5,3; Sərtlik – 5,5-6,5; Kövrəkdir; Ayrılma – yoxdur; Bölünmə – {0001} və {1011} üzrə; Sınıqlar – yarımqabıqlı; Başqa xassələr – yarımkeçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: lövhə - və təbəqəvarı, romboedrik, nadir hallarda prizmatik və skalenoedrik; İkiləşmə: tez-tez rast gəlir; {1011} üzrə polisintetik; nadir hallarda – sadə; pinakoid üzlərində üçbucaqlı, romboedr üzlərində paralel diaqonal cizgilənmə səciyyəvidir; Mineral aqreqatları: bütöv sıx, vərəq-, pulcuq-, salxım-, böyrək və torpaqvari, konsentrik - zonal kütlələr, axın formaları, oolitlər, maqnetit üzrə psevdomorfozalar – martit, kristalların dəmir gülü şəklində bitişikləri, nadir hallarda təbəqəvari dendritlər; aqreqatlarının xarakterinə görə mineralın növ müxtəliflikləri: dəmir parıltısı – metal parıltılı lövhəvari əmələgəlmələr; dəmir xaması – əldə yağlı hiss edilən incəpulcuqlu kütlələr, qırmızı dəmir filizi – sıx gizlikristallik aqreqatlar, «qırmızı şüşə kəllə» – səthi parıldayan böyrəkvari kütlələr.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Müxtəlif proseslər nəticəsində – maqmatik, kontakt-metasomatik, hidrotermal, ekzogen və metamorfogen yolla əmələ gəlir. Hematitin ən iri yığınları çökmə mənşəli qonur dəmir filizi qatlarının regional metamorfizmi ilə əlaqədar olub, dəmirli kvarsitlərdə toplanır. Mineralın əsasən martitdən ibarət olan kontakt - metasomatik əmələgəlmələri maqnetitlə sıx assosiasiyada skarnlarda müşahidə olunur. Hematitin əhəmiyyətli kütlələri hidrotermal yolla əmələ gəlir. Aksessor mineral kimi tez-tez müxtəlif maqmatik əmələgəlmələrin, həm intruziv (xüsusilə turş), həm də effuziv süxurların tərkibində iştirak edir. Peqmatitlərdə də qeyd edilir. Vulkanik eksqalyasiyalarla əlaqədar olan hematit qaysaqları vulkan kraterlərinin divarlarında müşahidə olunur. Dəmirli kvarsitlərin, serpentinitlərin və s. aşınma məhsulu kimi əsasən isti quru iqlim şəraitində əmələ gəlir. Hematitə dəniz mənşəli çökmə dəmir filizlərində, duz yataqlarında, yəşəmlərdə və s. rast gəlinir. Qırıntı mineral kimi çökmə süxurların çoxunda iştirak edir. Mineralın sıx əmələgəlmələri səpintilərdə toplanır. Ay süxurlarında aşkar edilmişdir. Birlikdə rast gəldiyi minerallar: maqnetit, ilmenit, diaspor, bömit, kvars, barit, xlorit, siderit və b. Mineralın tapıldığı yerlər: Krivoy Roq (Ukrayna); Kursk maqnit anomaliyası, Kutimski və Şabrov yataqları, Maqnitnaya və Vısokaya dağları (Rusiya); Elba adası (İtaliya); Doqnaşka (Rumıniya); Sen-Qotard (İsveçrə); Yuxarı göllər rayonu (ABŞ); Minas-Jerays (Braziliya) və b. Azərbaycanda Kiçik Qafqazın Şimal-Şərq hissəsində Alabaşlı hematit yatağı və bir sıra kiçik hematit filizi təzahürləri – Çardağlı, Atabəy və b. yerləşir. Hematit həmçinin bir çox dəmir filizi, kolçedan, polimetal, mis, və molibden-porfir, qızıl filizi obyektlərində (Daşkəsən, Gədəbəy, Mehmana, Paraqaçay, Filizçay, Katsdağ, Katex, Ağduzdağ filiz sahəsi və b. qeyd edilir.

Mühüm dəmir filizidir. Torpaqvari növ müxtəlifliyi boya (qırmızı orxa), qırmızı karandaş istehsalında, al-qırmızı rəngli sıx növ müxtəlifliyi isə zərgərlikdə istifadə edilir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]