Hikmət Xudiyev — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hikmət Xudiyev | |
---|---|
Xudiyev Hikmət Cəmil oğlu | |
Doğum tarixi | 1959 |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, yazıçı, publisist |
Mükafatları |
Xudiyev Hikmət Cəmil oğlu — «Əməkdar jurnalist» (2011).
Həyatı
[redaktə | mənbəni redaktə et]1959-cu ildə Xankəndində müəllim ailəsində anadan olub.
1966-1976-cı illərdə Xankəndindəki Nizami Gəncəvi adına 4 saylı məktəbdə orta təhsil alıb.
Orta məktəbi bitirdikdən sonra Bakı şəhərində 12 saylı Texniki Məktədi əla qiymətlərlə bitirərək kinomexanik və fotoqraf peşələrinə yiyələnib.
1981-ci ildə Xankəndi Pedaqoji İnstitutununun tarix fakültəsini bitirdikdən sonra Xankəndindəki Nizami Gəncəvi adına 4 saylı orta və Kərkicahan qəsəbəsindəki 6 saylı səkkizillik məktəbdə tarix müəllimi işləyib. SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub.
1984-cü ildə Xankəndi şəhər Daxili İşlər Şöbəsində daxili işlər orqanlarında xidmətə başlayıb.
1984-2005-ci illərdə Xankəndi, Şəki və Bakı şəhərlərində daxili işlər orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən Daxili İşlər Nazirliyində Şəxsi Heyətin Sosial Müdafiəsi və Mətbuatla İş İdarəsi rəisinin müavini, Mətbuat Xmdmətinin rəisi, «Mübariz keşikdə» qəzetinin redaktoru, DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində şöbə rəisi vəzifələrində xidmət edib.
1997-ci ildə DİN-nin Polis Akademiyasını bitirərək ikinci ali təhsil alıb və hüquqşünas ixtisasına yiyələnib. ABŞ-da Mançester Universitetində ixtisasartırma kursunda olub.
1999-cu ildə polkovnik rütbəsi alıb.
2006-cı ildən Fövqəladə Hallar Nazirliyi sistemində xidmətini davab etdirib. FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin, Dövlət Yanğından Mühafizə Xidmətində İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi vəzifəsində xidmət edərək, əhalinin yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndiriləməsi işinə rəhbərlik edib. Yanğına qarşı təbliğat xarakterli kitabçaların tərtibçisidir.
1984-2012-ci illər ərzində xidmət dövründə dəfələrlə mükafatlandırılıb, xidmət illərində medallarla təltif olunub, heç bir cəza almayıb.
«XIX əsrin sonu – XX əsrdə Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin qorunub-saxlan¬ılmasın¬da yanğından mühafizə idarəsinin rolu» adlı namizədlik dissertasiyasını 26 sentyabr 2007-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Dissertasiya Şurasında müvəffəqiyyətlə müdafiə edib. Tarix üzrə fəlsəfə doktorudur..
Yaradıcılığına «Şuşa» qəzetindən başlayan Hikmət Xudiyev Hikmət Cəmilzadə imzası ilə «Gənclik» jurnalında, «Azərbaycan gəncləri», «Azərbaycan müəllimi», «Azərbaycan pioneri», «Səhər», «Sovet kəndi», «Sovet Qarabağı» və s. qəzetlərdə hekaye və publisistik yazılarla çıxış edib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Hikmət Xudiyev Qarabağ, vətənpərvərlik, yanğın təhlükəsizliyi mövzusunda silsilə plakatların tərtibçisidir.
Hikmət Xudiyev
«Azərbaycanın ilk Mili Qəhrəmanları» (1993)
«Azərbaycan polisinin Milli Qəhrəmanları» (1993)
«Bizi geri qaytaracaqlar» (1993)
«Döyüşən şəfa ocağı» (1994)
«Sakit okeandan odlu Laçına» (1994)
"Milli qəhrəman İlqar İsmayılov" (1995)
«Odlu tarix» I kitab (1999)
«Odlu tarix» II kitab (2000)
"Bayrvğımız, gerbimiz, himnimiz" (2000)
«Odlu tarix» III kitab (2001)
«Qədir bizdə qalan Qarabağdır», (2001)
«Odlu tarix» IV kitab (2002)
«Yanğın təhlükəsizliyi» (2002)
«Azərbaycanın yanğın təhlükəsizliyi» (2003)
«Dağlıq Qarabağ: şəxsiyyət ömründən səhifələr» (2004)
“Qaz təsərrüfatı – yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı” (2009)
“Dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi tədbirləri” (2010)
“Pambıq yığımı mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” (2010)
“Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” (2010)
«Heydər Əliyev və Azərbaycanın yanğın təhlükəsizliyi» I nəşr (2010)
“Elektrik enerjisindən istifadə edərkən yanğın təhlükəsizliyi qaydalarına riayət edin” (2011)
"Yanğın təhlükəsizliyi ali məqsədimizdir" (2011)
“Mehmanxanaların yanğın təhlükəsizliyi” (2012)
"Tikintidə yanğın təhlükəsizliyi” (2012),
"Şərəfli ömür yolu" (2012)
“Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi” (2012),
“Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” (2013),
«Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» (2013),
«Heydər Əliyev və Azərbaycanın yanğın təhlükəsizliyi» II nəşr (2013)
«İnzibati binaların yanğın təhlükəsizliyi» (2014)
"Azərbaycanin yanğin təhlükəsizliyi qurumlarinin tarixi -1885-2015" (2015)
"Şəxsiyyət ömrü - nəsillərə nümunə" (2016)
"Doktor İbrahim Yıldırım"(2016)
"Qəlbinizdə yaşayacağam" (2017)
"Bütün gözəlliyi Tanrım o sərvinazə verib" (2018)
"Milli Qəhrəman Polad Həşimov" (2021)
"Doktor Bəhruz Səfərəliyev" (2022)
"Professor Bingür Sönməz - türk dünyasının dəyəri" (2022)
kitabların müəllifidir.
1993-cü ildə «Qızıl qələm» mükafatı almış Hikmət Xudiyev mətbuatda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2011-ci il tarixli sərəncamı ilə «Əməkdar jurnalist» fəxri adına layiq görülmüşdür.
Ailəlidir, 4 övladı var.
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |